İslam / Xüsusi

İmam Cəfər Sadiqin (ə) dilindən müvəffəqiyyətin 25 yolu

Gülçin | 31-01-2016, 13:30
1 639 6

 

 
1) Behişti axtardım nəhayət onu, bağışlamaq və alicənablıqda tapdım; 
2) Və sağlamlığı və doğruçuluğu axtardım nəhayət onu, (özünü islah etmək üçün müsbət) kənara çəkilməkdə tapdım;
3) Və (yaxşı) əməllərin ağır gəlməsi yolnu axtardım nəhayət onu, Allah-Taalanın yeganəliyinə və İslam Peyğəmbərinin (s) risalətinə şəhadət verməkdə tapdım;
4) Və Behiştə sürətlə daxil olmaq yolunu axtardım nəhayət onu, bütün əməllərin xalis Allaha xatir görülməsində tapdım;
5) Və ölümü gülərüzlə qarşılamaq yolunu axtardım nəhayət onu, Allah razılığına görə əvvəlcədən Axirətə sərvət yollamaqda (ölməzdən əvvəl, infaq-ehsan etməkdə) tapdım; 
6) İbadətin şirinlik yolunu axtardım nəhayət onu, günahın tərk olunmasında tapdım; 
7) Qəlbin yumşalması yolunu axtardım nəhayət onu, orucluq vasitəsi ilə aclıq və susuzluqda tapdım;
8) Qəlbin nurani olmasını axtardım nəhayət onu, təfəkkür edib (Allah qorxusundan) ağlamaqda tapdım;
9) Siratın köprüsündən asanlıqla keçmək yolunu axtardım nəhayət onu, sədəqə verməkdə tapdım;
10) Çöhrənin nurani olması yolunu axtardım nəhayət onu, gecə namazında tapdım; 
11) Cihadın fəzilətini axtardım nəhayət onu, ailə-uşağın xərcı üçün ruzinin qazanmasında tapdım;
12) Allahla dost olmağın yolunu axtardım nəhayət onu, günahkarlarla düşmən olmaqda tapdım;
13) Sevimli və ehtiramlı olmaq yolunu axtardım nəhayət onu, Allah bəndələrinə xidmət və xeyirxahlıq etməkdə tapdım;
14) Qəlbin sakitliyinin yolunu axtardım nəhayət onu, sərvətin azlığında tapdım;
15) Ən dəyərli işləri axtardım nəhayət onu, dözümlü olmaqda tapdım;
16) Dəyər və qədr-qiymətin yolunu axtardım nəhayət onu, bilikdə tapdım;
17) İbadəti axtardım nəhayət onu, pərhizkarlıqda tapdım;
18) Aramlığı axtardım nəhayət onu, səbrli olmaqda tapdım;
19) Üstünlük və dahilik yolunu axtardım nəhayət onu, təvazökarlıqda tapdım;
20) İzzət və dəyərlilik yolnunu axtardım nəhayət onu, doğruluq və düzgünlükdə tapdım;
21) Mülayimlik və bəndəçilik yolunu axtardım nəhayət onu, orucluqda tapdım;
22) Qüdrətli və dövlətli olmaq yolunu axtardım nəhayət onu, qənaətdə tapdım; 
23) Sakitçilik və həmdəm olmaq yolunu axtardım nəhayət onu, Quran oxumaqda tapdım;
24) Camaatla bir olub, onlarla dil tapmaq yolunu axtardım nəhayət onu, xoşxasiyyətli olmaqda tapdım;
25) Allah razılığını axtardım nəhayət onu, ata-anaya yaxşılıqda tapdım;
 
nur.az

Ay_Sun | 7 fevral 2016 00:10 | Status: Brilliant user | Şərh: 13 408
Gozel xeber ucun tesekkur gozel xalam.
Gülçin | 3 fevral 2016 11:50 | Status: Brilliant user | Şərh: 6 780
Sitat: SEVDA
Dəyərli xəbərə görə təşəkkürlər Gülçin xanım...

Mən təşəkkür edirəm, oxuyub dəyər verdiyinizə görə. love
SEVDA | 1 fevral 2016 16:05 | Status: Nəzarətçi | Şərh: 17 439
Dəyərli xəbərə görə təşəkkürlər Gülçin xanım...
dılay | 1 fevral 2016 00:04 | Status: Brilliant user | Şərh: 8 183
Sitat: B.Fereh
Nece de gozel sozlerdir heqiqetende,Tewekkurler!
Real Madrid CF | 31 yanvar 2016 14:21 | Status: Qonaq | Şərh: 0
Ugur qazanmagin ilk yolu sebrli olmaqdir mence ilk once sebirli ve iradeli olmalisan.
B.Fereh | 31 yanvar 2016 14:12 | Status: Nəzarətçi | Şərh: 6 975
Nece de gozel sozlerdir heqiqetende,Tewekkurler!