İslam / Xüsusi

Həqiqi izzət xalqa yox, Allaha bağlılıqdadır

Gülçin | 13-01-2016, 18:00
1 021 10

 

 
Kimsə hiylə və günah vasitəsi ilə izzətə çatmayıb.
"İzzət istəyən varsa, bütün izzət Ona məxsusdur. Ona doğru yüksələn yalnız pak sözdür və onu saleh əməl yuxarı qaldırır. Pis əməllərlə plan cızanlar üçün ağır əzab var və onların hiylələri puça çıxar.” (Fatir, 10)

مَن كَانَ يُرِيدُ الْعِزَّةَ فَلِلَّهِ الْعِزَّةُ جَمِيعًا إِلَيْهِ يَصْعَدُ الْكَلِمُ الطَّيِّبُ وَالْعَمَلُ الصَّالِحُ يَرْفَعُهُ وَالَّذِينَ يَمْكُرُونَ السَّيِّئَاتِ لَهُمْ عَذَابٌ شَدِيدٌ وَمَكْرُ أُوْلَئِكَ هُوَ يَبُورُ


"Əlkəlimut-təyyib” dedikdə tövhid, risalət və vilayətə şəhadət nəzərdə tutulur. Rəvayətlərdə göstərilən "la ilahə illəllah və sübhanəllah...” zikrləri də pak sözün bir nümunəsidir.
"Yəbur” sözü puça çıxma, həlak olma mənalarını bildirir.

Hazırkı ayə başqa şəkillərdə də mənalandırılmışdır:
1. Yaxşı söz Allaha doğru yüksələr, amma saleh əməl ona ucalıq və dərəcə verər.
2. Yaxşı söz həm özü yüksələr, həm yaxşı əməlləri yüksəldər.
Kafirlər izzəti ya maddiyyatda axtarar, ya da digər bağlılıqlardan umarlar. ("Məryəm”, 81; "Nisa", 139.) Əslində isə izzət yalnız Allaha bağlılıqdadır.

1. Həqiqi izzət xalqa yox, Allaha bağlılıqdadır.
2. İzzət iman və saleh əməl sayəsində əldə olunur.
3. Əqidə və əməl arasında sıx rabitə var, onlar bir-birinə təsir göstərir.
4. İman və saleh əməldə izzət axtaran möminlərin yolu təkamül yoludur. Yalan və hiylə vasitəsi ilə izzət arayanların yolu batil və puçdur.
5. Kimsə hiylə və günah vasitəsi ilə izzətə çatmayıb.
 
nur.az
 

Real Madrid CF | 19 yanvar 2016 16:15 | Status: Qonaq | Şərh: 0
Muselman dini imani olan sexs ilk novbede Allahi sevmeli,ona bagli olmalidir.
Ay_Sun | 18 yanvar 2016 22:26 | Status: Brilliant user | Şərh: 13 408
Sitat: Dəniz qızı
Təşəkkür xalam gözəl xəbər üçün.
ESMERRi | 15 yanvar 2016 13:17 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: SEVDA
Təşəkkürlər xəbərə görə...
SEVDA | 14 yanvar 2016 21:53 | Status: Nəzarətçi | Şərh: 17 439
Təşəkkürlər xəbərə görə...
Dəniz qızı | 13 yanvar 2016 22:34 | Status: Brilliant user | Şərh: 8 017
Təşəkkür xalam gözəl xəbər üçün.
guldeniz | 13 yanvar 2016 22:23 | Status: Professional user | Şərh: 1 641
tewekurler
Nara88 | 13 yanvar 2016 21:39 | Status: Professional user | Şərh: 4 253
Tesekkurler!!
Azeri Fidashka | 13 yanvar 2016 18:49 | Status: Şərhçi | Şərh: 734
bu islami xebere gore 3 like menden
dılay | 13 yanvar 2016 18:39 | Status: Brilliant user | Şərh: 8 183
Tewekkurler
Sunay Elizade | 13 yanvar 2016 18:35 | Status: Gümüş user | Şərh: 2 156
xebere gore tsk