İslam / Xüsusi

Ana qarğışı və qəbr əzabı

Dəniz qızı | 10-01-2016, 23:00
2 485 10

 

Nəql olunur ki, günlərin birində Peyğəmbər (s) məsciddə olduğu vaxt Cəbrayıl (ə) nazil olub, salam verdikdən sonra dedi:
"Ey Allahın Rəsulu! Bəqi qəbiristanlığına gedin. Bəlkə sizin mübarək qədəmlərinizin sayəsində dar və qaranlıq qəbir içində əzab çəkənlər nicat tapalar.”
Peyğəmbər (s) səhabələrdən bir neçəsi ilə birlikdə Bəqi qəbiristanlığına yollandı. Əli (ə) Peyğəmbərlə (s) yolda rastlaşarkən salam verib hara getdiklərini soruşanda "Bəqi qəbiristanlığına”–deyə Peyğəmbər (s) cavab verdi. Həzrət Əli (ə) də onlarla birgə Bəqi qəbiristanlığına yollandı. Qəbristanlığa çatanda Peyğəmbər (s) qəbirlərin birindən gələn səsi eşitdi:
"Dadıma çat, ya Rəsulallah!
Peyğəmbər (s) səs gələn qəbirə yaxınlaşıb dedi: "Ey qəbir əhli! Nə üçün və necə əzab çəkdiyinin səbəbini söylə.
Qəbirdən cavab gəldi: "Ey günahkarların dadına yetən! Ana qarğışı məni bu əzaba düçar etmişdir. Ona görə ki, anamı çox incitmişdim.”
Peyğəmbər (s) üzünü Bilal Həbəşiyə tutub dedi: "Mədinə camaatına xəbər verin ki, hamı öz ölənlərinin qəbirləri ətrafında toplaşsın.” Bilalın çağırışını eşidən Mədinə camaatı qəbiristanlığa toplaşdılar. Beli bükülmüş qoca bir qarı da gəlib həmin qəbrin kənarında dayandı. Qarı Peyğəmbərə (s) salam verib, soruşdu: "Ey Allahın Rəsulu! Bizi buraya yığmağınızın səbəbi nədir?”
"Ay qarı, bu sənin övladının qəbridir?–deyə Peyğəmbər (s) soruşdu.
Qarı dedi: Bəli.
Peyğəmbər (s) qarıya dedi: "Sənin övladın çox dəhşətli əzaba düçar olub. Gəl sən onun təqsirindən keç və haqqını ona halal et!”
"Yox, onu heç vaxt bağışlamaram!–deyə qarı dilləndi.
Peyğəmbər (s) səbəbini soruşanda qarı dedi: "Ey Allahın rəsulu! Bu uşağı min bir əzab-əziyyətlə böyütdüm ki, qocalanda mənə hayan olsun. Amma o, böyüyüb mənə daha da əziyyət verdi.
Peyğəmbər (s) buyurdu:
"Ay qarı, övladının təqsirindən keç ki, bu dəhşətli əzabdan qurtula bilsin.”
Peyğəmbər (s) əllərini göyə qaldırıb dua etməyə başladı:
"Ey Rəbbim, Səni and verirəm "Pənc tən Ali əba hörmətinə, bu övladın səsini anasının qulağına çatdır. Bəlkə ana ürəyi övladının yalvarışlı səsini eşidib rəhmə gələ!” Sonra üzünü qarıya tutub dedi:
"Qulağını oğlunun qəbirinə söykə ki, onun fəryad səsini eşidəsən.” Qarı qulağını qəbirə söykəyəndə ürək ağrıdan nalə səsi eşitdi. İxtiyarsız olaraq ağlamağa başladı. Qarı dedi:
"Ey günahkarlara şəfaət edən, bu necə fəryad və nalə səsidir ki, qəbirdən gəlir? O deyir: "Başımın üstündə və ayağımın altında, sağ və sol tərəfimdə hər yer alovdur! Ey ana! Məni bağışla və günahımdan keç. Yoxsa qiyamət gününə qədər bu əzab içində qalacağam.”
Bu sözləri eşidəndən sonra qarının ürəyi yumşaldı və oğlunun halına acıyaraq dedi: "Ey Allahım! Övladımın günahından keçdim və onu bağışladım.”
Ana övladına halallıq verən kimi Allah-təala öz rəhmət libasını ona geydirib, günahlarını əfv etdi.
Qəbirdən səs gəldi:
"Ay ana! Sən məndən razı olduğun kimi, Allah-təala da səndən razı olsun.”

Real Madrid CF | 20 yanvar 2016 14:25 | Status: Qonaq | Şərh: 0
Anani qezeblendirmek cox pisdir ananin bir qargisi senin ciyinlerine ne qeder gunah yazar cennet analarin ayaqlari altindadir.
Ay_Sun | 18 yanvar 2016 21:36 | Status: Brilliant user | Şərh: 13 408
Sitat: SEVDA
Heç kim anasın incitməsin ki, belə əzablara da düçar olmasın!
Təşəkkürlər Dəniz qızı...
Dəniz qızı | 13 yanvar 2016 22:49 | Status: Brilliant user | Şərh: 8 017
Təşəkkür edirəm mənim gözəl bacılarım.
Azeri Fidashka | 11 yanvar 2016 22:14 | Status: Şərhçi | Şərh: 734
Allah butun ANAlarin canini sag elesin
ESMERRi | 11 yanvar 2016 19:57 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: SEVDA
Heç kim anasın incitməsin ki, belə əzablara da düçar olmasın!
Təşəkkürlər Dəniz qızı...
SEVDA | 11 yanvar 2016 15:49 | Status: Nəzarətçi | Şərh: 17 439
Heç kim anasın incitməsin ki, belə əzablara da düçar olmasın!
Təşəkkürlər Dəniz qızı...
dılay | 11 yanvar 2016 10:21 | Status: Brilliant user | Şərh: 8 183
Cox tesirli heykayedir twk..
Qaracaqiz | 11 yanvar 2016 01:08 | Status: VİP user | Şərh: 1 882
Çox gözel menalı hekayedir.Allah günahlarımız varsa bağışlasın.Valideyinlerimiz bizlerden inşallah razı olsunlar
B.Fereh | 11 yanvar 2016 00:47 | Status: Nəzarətçi | Şərh: 6 975
Cox tesirlendim oxuyub,hem analara hem de ovladlara ibret ola bilecek bir hedisdi...tewekkurler.
Nara88 | 11 yanvar 2016 00:20 | Status: Professional user | Şərh: 4 253
men esitdiyime gore ananin yox, atanin ovladina etdiyi argis tutur ,ancaq gozel xeberdir,7 ci like menden)