Həyat tərzi / İslam

Həzrət Əli buyurur, buyurun oxuyun!

Real Madrid CF | 9-08-2015, 13:30
4 276 7

 


Həzrət Əli (ə) buyurur:
"Büdrəməmək üçün əvvəlcə düşün, sonra danış.”

Həzrət Əli (ə) buyurur:
"Az tapılır ki, insan qarınqulu olduğu halda, xəstələnməsin.”

Həzrət Əli (ə) buyurur:
"Hər kəsin dəyəri onun biliyi qədərindədir.”

İmam Sadiq (ə) buyurur: 
"Başqasının sirri üzərindən pərdəni götürənin öz evinin sirləri aşkar olar.”

İmam Sadiq (ə) buyurur:
"Qardaşına quyu qazan özü düşər.”

İmam Sadiq (ə) buyurur:
"Qadınlarınızın pak qalması üçün gözünüzü xalqın namusundan çəkin.”

İmam Sadiq (ə) buyurur:
"Mömin başqaları ilə keçinir və əsla kimsə ilə didişmir.”

İmam Sadiq (ə) buyurur:
"Dolanışıqda orta həddi gözləyən şəxs heç vaxt fəqir olmaz.”

Həzrət Əli (ə) buyurur:
"Çox vaxt bir saatlıq şəhvət ləzzətindən uzun qəm-qüssə yaranır.”

Həzrət Əli (ə) buyurur:
"Özünü islah etməyən şəxs başqasını necə islah edə bilər?!”

Həzrət Əli (ə) buyurur:
"Qəlbini dünya məhəbbəti tutan kəs Allah sevgisini necə iddia edə bilər?!”

Həzrət Əli (ə) buyurur:
"Nadanlığın sübutu üçün insanın özündən razı olmağı yetər.”

Həzrət Əli (ə) buyurur:
"Hədsiz zarafat abır-həyanı aradan aparır və düşmənçiliyə səbəb olur.”

Həzrət Əli (ə) buyurur:
"Hədsiz zarafat axmaqlıq nişanəsidir.”

Həzrət Əli (ə) buyurur:
"Kömək etdiyin kimi kömək görərsən.”

Həzrət Əli (ə) buyurur:
"Axirəti üçün sədəqə verməyənlərə dünyanın heç bir faydası yoxdur.”

Həzrət Əli (ə) buyurur:
"Çox gülənin qəlbi ölər.”

Həzrət Əli (ə) buyurur: 
"Başqalarının eyblərindən danışan kəs əvvəlcə öz eyblərindən başlamalıdır.”

Həzrət Məhəmməd (s) buyurur: 
"Özün üçün bəyənmədiyini başqaları üçün bəyənmə. Özün üçün istədiyini qardaşın üçün də istə.”

Həzrət Məhəmməd (s) buyurur: 
"Xalqın ən dəyərlisi faydasız işdən uzaqlaşan kəsdir.” 

İmam Həsən (ə) buyurur: 
"Kərəm odur ki, sənə ağız açılmamış əta edəsən.”

İmam Həsən (ə) buyurur:
"Gözlərin ən üstünü xeyir işlərdə çalışan gözlərdir.”

İmam Həsən (ə) buyurur: 
"Özündən razı olmaq sizin nəsihət qəbul etməyinizə mane olur.”

İmam Həsən (ə) buyurur:
"İbrətlərdən nəsihət alın və keçmişdəkilərin başlarına gələnlərdən ibrətlənin.”

İmam Həsən (ə) buyurur: 
"Dünya və axirət ağıl və düşüncə ilə əldə edilər.”

İmam Həsən (ə) buyurur:
"Xoş xasiyyət qədər başqa heç bir şey həyatı şirin etmir.”

İmam Həsən (ə) buyurur: 
"Elminizi başqalarına öyrədin və başqalarının elmini öyrənin.”

İmam Həsən (ə) buyurur:
"Ağılın kamilliyi xalqla xoş münasibətdə olmaqdır.”

Həzrət Məhəmməd (s) buyurur:
"Xoş o kəsin halına ki, öz eyblərinə məşğul olduğuna görə, möminlərdə eyb axtarmaqdan uzaqdır.”

Həzrət Əli (ə) buyurur:
"Bilmədən bir iş görən şəxsin xarab etdiyi düzəltdiyindən çox olar.”

Həzrət Məhəmməd (s) buyurur: 
"Hər kəs başqasının pis işini başqalarına bildirsə, özü o işi görmüş kimidir.”

Həzrət Məhəmməd (s) buyurur: 
"İsrafçılıq yaxşı deyildir, amma yaxşı işdə israf yoxdur.
 

Redaktə etdi: Girl

ESMERRi | 22 mart 2016 16:15 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: Ay_Sun
Sitat: SEVDA
Deyerli xebere göre twk...
Ay_Sun | 12 avqust 2015 14:47 | Status: Brilliant user | Şərh: 13 408
Sitat: SEVDA
Deyerli xebere göre twk...
Real Madrid CF | 11 avqust 2015 10:16 | Status: Qonaq | Şərh: 0
Sitat: perishka2
Kız sənin belə xəbərin də varmış.Elə bildim Gülçin xalanındı.

Hee can qerara geldimki dini xeberlerde atim.

Redakteye gore Nermise tesekkurler.
SEVDA | 11 avqust 2015 00:21 | Status: Nəzarətçi | Şərh: 17 439
Deyerli xebere göre twk...
gözəl_mələk | 10 avqust 2015 18:41 | Status: Qonaq | Şərh: 0
təşəkkürlər canım belə qiymətli kəlamlar bu dövürdə hamıya lazımdı
Narin-Ulker | 10 avqust 2015 16:16 | Status: Gümüş user | Şərh: 2 748
Əllərinə saqliq canim
Dəniz qızı | 10 avqust 2015 15:56 | Status: Brilliant user | Şərh: 8 017
Kız sənin belə xəbərin də varmış.Elə bildim Gülçin xalanındı.