Həyat tərzi / İslam

Fitrə zəkatı

Ay_Sun | 14-07-2015, 16:30
1 794 14

 
Bismilləhir-Rəhmanir-Rəhim
 
Həmd və səna olsun bizi Ramazan ayına yetişdirənə, bizə oruc tutmağı nəsib edənə. Şükürlər olsun Uca Rəbbimizə ki, bizim üçün müqəddəs və mübarək aylar tə'yin etmişdir. Salat və salam olsun Onun Rəsuluna (s.a.s), həmçinin Onun (s.a.s) ailəsinə, yaxınlarına və səhabələrinə.


Əziz və hörmətli müsəlmanlar!
Ramazan ayının bitməsinə çox az bir müddət qalıb. Bu mübarək ayda kimlərinsə keçmiş günahları bağışlandı, kimlərsə Cəhənnəm əzabından qurtuldu, kimlərsə də bu aydan qənimətsiz və faydasız olaraq çıxacaqlar. Ramazan ayında oruc tutmaqla bərabər, namazlarımızı və başqa ibadətlərimizi də artırırıq, kasıblara və kimsəsizlərə əl tuturuq, sədəqə veriririk, Qur'an oxuyurq. Ramazan ayında bu kimi əməllərimizi çoxaldırıq, Allahu Təalaya daha da yaxın olmağa çalışırıq. Bunlar isə bizə Peyğəmbərimizdən (s.a.s) və Onun səhabələrindən miras olaraq qalmışdır, biz də onlar kimi bu mübarək aydan səmərəli istifadə etməyə çalışırıq. Ramazan ayında görülməsi gərəkən bir sıra əməllər vardır ki, bu əməllərdən Ramazan ayını başqa əməllərdən fərqləndirir. Ramazan ayında bizə vacib olan fitrə-zəkatı da vardır ki, bunu hər bir oruc tutan müsəlman verməlidir.

Zəkat iki qismə bölünür: 1) Fitrə zəkatı. Bu zəkat Ramazan ayının son iki günündən başlayaraq bayram namazına qədər kasıblara verilməlidir. Fitrə zəkatı un, xurma, kişmiş, düyü, buğda və başqa bu kimi ərzaq məhsullarından verilir. Bu zəkatın miqdarı təqribən üç kiloqramdır.
2) Varlıların öz mallarından verdikləri zəkat.

Söhbətimiz əsasən fitrə zəkatındandır. Fitrə zəkatı Allahın verdiyi nemətlərə şükür etmək, bayram günü kasıbları sevindirmək və oruc vaxtı yol verilmiş kiçik günahlardan təmizlənmək üçündür. Bu zəkatı vermək fərzdir. Abdullah ibn Ömər (r.a) rəvayət edir ki, "Peyğəmbər (səllallahu aleyhi və səlləm) camaat bayram namazına gələnə qədər xurma və ya arpadan bir saa (dörd ovuc) miqdarında fitrə zəkatı verməyi müsəlmanlardan azad və qul olana, kişiyə və qadına, uşağa və böyüyə vacib buyurdu." (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir).

Bəzilərimiz fitrə zəkatının pulla verilə biləcəyini düşünürlər. Fitrə zəkatı pulla verilmir. Fitrə zəkatı un, xurma, kişmiş, düyü, buğda və başqa bu kimi ərzaq məhsullarından verilir. 
Həmçinin fitrə zəkatını qeyri müsəlmanlara vermək olmaz. Çünki fitrə zəkatının məqsədlərindən biri də bayram günü müsəlman kasıbları sevindirməkdir.
 
Allah oruclarınızı və bütün ibadətlərinizi qəbul etsin!
 
Mənbə: Azerislam.com

Real Madrid CF | 19 iyul 2015 08:04 | Status: Qonaq | Şərh: 0
Maraqli melumatlariydi twk canim hec bilmirdim.
Gülçin | 16 iyul 2015 11:43 | Status: Brilliant user | Şərh: 6 780
Gözəl məlumatdır. Təşəkkürlər, Aysunum. love
Nergiz love | 16 iyul 2015 01:20 | Status: Professional user | Şərh: 7 871
Cox tesekkurler..
kristal | 15 iyul 2015 13:02 | Status: VİP user | Şərh: 1 184
Pulla verilməsi daha yaxwidir.belke derman alasidi hemin adam.
Hami aparib erzaq verse neynir o qeder xurmani ve s.belke ayaqqabisi yoxdu.ozuneye ehtiyaci var onyda verer
gulnar 2 | 15 iyul 2015 11:57 | Status: Şərhçi | Şərh: 313
Teşekkürler biz hemişe pul ile veririk
SEVA | 14 iyul 2015 22:59 | Status: Professional user | Şərh: 5 150
Allah razi olsun canim
Muellime qiz | 14 iyul 2015 21:24 | Status: Qonaq | Şərh: 0
Bunu da təzə esitdik:Fitrəzzəkatı pul ilə verilmir.Elə keçən il Qafqaz Müsəlmanları I dairəsi özləri ailədə her nəfərə 5m pul məbləği təyin etmişdi. fitrə ehtiyacı olan adamlara verilir.Pul ilə də verilsə həmin adam ehtiyacına xərcləyir.Mən pul ilə verilməz fikri yanlışdır.
Ekberli Nermin | 14 iyul 2015 19:54 | Status: Şərhçi | Şərh: 305
Cox sag olun Aysun xanim. Allah her kese komek osun
SEVDA | 14 iyul 2015 19:04 | Status: Nəzarətçi | Şərh: 17 439
Xebere göre twk...
gül həyat | 14 iyul 2015 17:55 | Status: VİP user | Şərh: 548
Sitat: perishka2
Hə deməli pulla vermək olmazmış.


Mənde elə bilirdim pul olar.Sağ ol Aysun maraqlı xebəre göre.
BULUTUM | 14 iyul 2015 17:55 | Status: Professional user | Şərh: 7 387
Tewkkurler
Dəniz qızı | 14 iyul 2015 17:36 | Status: Brilliant user | Şərh: 8 017
Hə deməli pulla vermək olmazmış.
Meley... | 14 iyul 2015 17:35 | Status: VİP user | Şərh: 696
aysun baci fitre kimlere verilir onuda yazardinda
miss xərçəng | 14 iyul 2015 16:44 | Status: Şərhçi | Şərh: 437
Təşəkkürlər məlumata görə...