Həyat tərzi / İslam

Sıxıntı və İmtahanlar

♔ Rəşad ♔ | 14-12-2014, 13:30
7 179 34



Rəhmli və Mərhəmətli Allahin adi ilə

 
Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.

Bundan sonra:

Allahu Əzzə və Cəllə buyurur: «Yoxsa siz elə güman edirdiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınız? Onlara elə sıxıntı və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və onunla birlikdə olan möminlər də: "Allahın köməyi nə vaxt (gələcək)?”– dedilər. Həqiqətən, Allahın köməyi yaxındır». (əl-Bəqarah 214)

Digər ayətdə isə: «Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik».(əl-Ənbiyə 35)

Həmçinin: «Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə mujdə ver». (əl-Bəqarah 155)

Ayətlərdən məlum olduğu kimi Uca Allah insanı müəyyən vaxtda və müəyyən yerdə şərlə və xeyirlə imtahana çəkir. Uca Allah əl-Bəqarah sürəsindəki ayətin sonunda isə, səbr edənlərə müjdə verilməsini əmr edir. Həmçinin Muhəmməd (Allahın ona salavat və salamı olsun) onları müjdələyərək buyurur: «Savabın böyüklüyü imtahanın böyüklüyü ilədir. Allah bir qulunu sevərsə onu imtahan edər. Kim razı qalsa, Allah ondan razı qalar. Kim qəzəblənib razı qalmasa, Allah ona qəzəblənər». (ət-Tirmizi, Albəni həsənləşdirib)

Müsəlmanın imtahan olunmasında faydalar çoxdur. Bunlardan bəziləri:

1. Bu imtahan Allahın həmin müsəlmanı sevməsinə işarədir. İmtahan nə qədər böyük olsa deməli Allah onu daha çox sevir. Bir şərtlə ki, müsəlman bu imtahandan üzü ağ çıxmalıdır. Məhz bu səbəbdən də ən çox imtahan olunanlar Peyğəmbərlər idi.

2. Bu imtahan həmin müsəlman üçün savab qazandırır.

3. İmtahandan üzü ağ çıxandan Allah razı olar.

4. Həmin müsəlmanın günahlarına kəffarədir.

5. İmtahanın şiddətlənməsi və çətinləşməsi çıxış yolunun yaxınlaşmasına, asanlığın tezliklə gəlməsinə bir işarədir. Buna dəlil, Uca Allahın bu ayəsidir: «Yoxsa siz elə güman edirdiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınız? Onlara elə sıxıntı və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və onunla birlikdə olan möminlər də: "Allahın köməyi nə vaxt (gələcək)?”– dedilər. Həqiqətən, Allahın köməyi yaxındır» (əl-Bəqarah 214)


Adəm övladı,ona bir sıxıntı və ya bəla üz verdikdə onu aradan qaldırmaq üçün bir çox vasitələrdən istifadə edir. Lakin əksəriyyətimiz cahilliyimiz səbəbi ilə kədəri sevinclə əvəz etməyə Qadir olan Rəbbimizi unudaraq faydası olmayan vasitələrə əl atırıq. Və beləliklə sıxıntı üzərinə sıxıntı əlavə etmiş oluruq. Lakin Allahın rəhməti sayəsində, İslam dini bizlərə sıxıntı anında nə etməli olduğumuzu bildirib.
İlk öncə sən, Allahın izni olmadan heç kəsin sənə nə fayda nə də zərər verə bilməyəcəyini bilib hər şeydən əvvəl ümidini yalnız Allaha yönəltməlisən. Necə ki, Uca Allah, insana fayda və zərər verməyə Ondan başqa heç kəsin qadir olmadığını bildirərək buyurur: «Əgər Allah sənə bir zərər vurmaq istəsə, bunun qarşısını Ondan başqa heç kəs ala bilməz. Əgər sənə bir xeyir toxundursa, (hec kəs Ona mane ola bilməz). O, hər şeyə qadirdir» (əl-Ənəm 17)
Eləcə də, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) sevimli səhabəsi olan İbn Abbasa (Allah ondan razı olsun) nəsihət edərək buyurur: «Allahı qoru, Allah da səni qorusun. Allahı qorusan, Onu qarşında taparsan. İstədikdə, yalnız Allahdan istə, komək dilədikdə, yalnız Allahdan kömək dilə. Bil ki, insanlar sənə fayda vermək ucun bir yerə toplansalar, Allahın yazdığından başqa bir şeylə sənə fayda verə bilməzlər. Həmcinin sənə zərər vermək ucun bir yerə toplansalar, Allahın sənə qarşı yazdığından başqa bir şeylə sənə zərər verə bilməzlər. Qələmlər qaldırılmış, səhifələr qurumuşdur» (ət-Tirmizi, 2516, Albəni, Sahih əl-Cəmi, 7834)
 
Bunları bildikdən sonra, insan Rəbbinin izni olmadan heç kəsin ona nə fayda nə də, zərər verə bilməyəcəyinə yəqin şəkildə inanmalı, və ümidini yalnız Rəbbinə yönəltməlidir. Daha sonra insan ona fayda verəcək səbəblərə əl atmalıdır. Bu səbəblərdən bəzilərini zikr etmək istərdik. Bunlardan biri duadır. Dua etmək çətinlik zamanı təsəlli üçün ən asan əməl hesab edilsə də insanların çox az bir qismi buna əməl edir. Bunun əsas səbəbi isə, dua vasitəsi ilə nələrə nail ola biləcəklərindən qafil olmalarıdır. Allahın Kitabından və Sünnədən bizə çatan xəbərlərə görə, dua hətta qədəri belə dəyişə bilər (qeyd etmək lazımdır ki, insanın dua etməsi də qədərdəndir).
Sıxıntı və ya bəla üz verdikdə nə etməli olduğumuz barədə Quran və Sünnədə bir çox məlumatlar varid olmuşdur. Allahu Tə`ələ buyurmuşdur: «Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: "Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!”– deyirlər. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır» (əl-Bəqarah 155-157)



Eləcə də Muhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bəla üz verdikdə nə deməli olduğumuzu bizlərə bildirərək buyurur: «Allah üçün guclu mömin zəif mömindən daha yaxşı və daha sevimlidir. Onların hər birinin öz xeyri var. Sənə fayda verən şeylərə həris ol, Allahdan kömək dilə və aciz olma. Başına bir iş gələrsə demə ki, əgər belə-belə etsəydim….(belə olardı). De ki: "Qadəru Llahi və mə şəə fə’ələ — Bu, Allahın qədəridir, O nəyi istədi onu da etdi”. Çünki, «Əgər» sözu şeytana qapı açır» (Muslim) Digər Hədisdə isə buyurur (Allahın ona salavat və salamı olsun) : «Əgər bir müsəlmana müsibət baş verərsə və Allah-təala ona əmr etdiyini: "İnnə liLləhi va innə ileyhi raaci’un. Allahummə, əcirni fi musıbəti və-xlif li xayran minhə — Həqiqətən də, biz Allahınıq və ona tərəf də qayıdacağıq. Ey Allahım, mənə bu müsibətə görə əcr ver və ondan xeyirlisini mənə əvəz et” deyərsə, Allahu Tə`ələ mütləq ona müsibətindən xeyirlisinin əvəzini verər» (Muslim, 918; əbu Dəvud, 3119)
Bu anda çox mühim bir məsələyə toxunmaq istərdik. Bu da, sıxıntı anında duaların qəbul olmasıdır. Bəzi insanlar bu anda dua etsələr belə, duaları qəbul olunmur. Bunun ən əsas səbəbi isə odur ki, insanların əksəriyyəti firavanlıq günlərində Rəbbini unudur və yalnız sıxıntı və ya bəla üz verdikdə Rəbbinə dönürlər. Lakin Uca Allah onlardan bu bəlanı və ya sıxıntını uzaqlaşdırdıqda, yenidən əvvəlki hallarına qayıdıb, əvvəlcə Kimə dua etdiklərini unudarlar. Necə ki Uca Allah Qurani Kərimdə buyurur: «İnsana bir zərər toxunduqda Rəbbinə üz tutub təkcə Ona yalvarır. Sonra Allah Özündən insana bir nemət verəndə o, əvvəlcə kimə yalvardığını unudur və (insanları) Allahın yolundan çıxartmaq məqsədilə Ona şəriklər qoşur. De: "Küf­­rünlə (bu dünyada) bir az dolan. Şübhəsiz ki, sən Cəhənnəm sakinlərindənsən!» (əz-Zumər 8) Həmçinin digər ayətdə: «İnsana bəla üz verdikdə uzananda da, oturanda da, ayaq üstə olanda da Bizi çağırar. Bu bəlanı ondan sovuşdurduqda isə sanki ona üz vermiş bəladan ötrü Bizi çağırmamış kimi çıxıb gedər. Həddi aşanlara etdikləri əməllər beləcə gözəl göstərildi» (Yunus 12)

 


 


Eləcə də, Dahhək (Allah ona rəhmət etsin) buyurmuşdur: «Allahu Təalanı xoş anlarınızda xatırlayın ki, O da sizi çətin anlarınızda xatırlasın. Necə ki, Yunus (Allahın ona salamı olsun) Allahı xoş anlarında Ona ibadət edərək və s. xatırlayardı. O vaxt ki, balıq onu uddu Allahu Təala onu balığın qarnından sağ-salamat xilas edərək belə buyurdu: «Əgər o, Allaha tərif deyənlərdən olmasaydı, balığın qarnında Qiyamət gününə qədər qalardı». (əs-Saffət 143-144) Həmçinin Firon yer üzündə fitnə-fəsad törədər və Allaha ibadət etməyərək Onu xatırlamağı unutmuşdu. O vaxt ki, dənizdə boğulmağa başladı dedi: «İndi Allaha iman etdim» Lakin Allahu Tə`ələ onun imanını qəbul etməyərək buyurur: «İndimi? (Ölüm qabağı, bütün var-dövlətin, hakimiyyətin əlindən çıxdıqdan sonramı iman gətirirsən?) Halbuki əvvəllər (Allaha) qarşı çıxmış və fitnə-fəsad törədənlərdən olmuşdun!» (Yunus 91) Kim Allahı xoş və firavan günlərində tanımazsa Allahu Təala da onu ağır günlərində nə dünyada nə də ki, axirətdə tanımaz». (İbn Racəb Nuuru-l-İqtibəs səh. 43)
Əbu Dərda (Allah ondan razı olsun) buyurur: «Şən günlərində Allaha dua et ki, O da sənin duanı çətin günlərində qəbul etsin». (Musannəfu Əbdir-r-Razzəq 11/180)
Həmçinin insan dua etdiyi zaman, duasının qəbul olmasından ümidini üzməməlidir. Çünki adətən insan, məsələnin (sıxıntının,bəlanın,xəstəliyin və s.) ağırlığına aldanıb ümidsizliyə qapanır. Lakin unudur ki, onun hər şeyə Qadir olan Rəbbi vardır. Belə etmək heç də müsəlmana yaraşan hal deyildir. Çünki anlamaq lazımdır ki, insana sıxıntını göndərən Allah, tezliklə istədiyi quluna asanlıq göndərməyə qadirdir. Dəfələrlə müşahidə olunmuşdur ki, bizlərə hələ ki, əlacı məlum olmayan xərçəng xəstəliyinə tutulmuş bəzi insanlar, Allaha üz tutaraq şəfa diləmişlər və Allahu Tə`ələ da onlara öz mərhəmətini əsirgəmədən, heç bir tibbi müalicə olunmadan şəfa verərək həkimləri şok vəziyyətinə salmışdır! Həmçinin baxın, Zəkəriyyə (Allahın ona salamı olsun) qoca və zövcəsi də sonsuz olduğu halda Allahu Tə`ələyə səmimi dua edərək Ondan övlad tələb edir: «Elə oradaca Zəkəriyyə Rəbbinə dua edərək dedi: "Ey Rəbbim! Öz tərəfindən mənə pak bir nəsil bəxş et! Şübhəsiz ki, Sən duaları Eşidənsən”». (Əli-İmran 38) Allahu Tə`ələ də onun duasını qəbul edərək ona oğul bəxş etdi: «O, mehrabda durub namaz qılarkən mələklər onu çağırdılar: "Allah səni, Allah tərəfindən olan Kəlməni təsdiq edən, (qövmünün) ağası, nəfsinə hakim və əməlisalehlərdən bir peyğəmbər olacaq Yəhya ilə müjdələyir”». (Əli-İmran 39)
 
 


 

 
Və sonunda Uca Allahın verdiyi bu vədi unutma: «Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir. Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir». (Şərh 5-6) Əgər Allahın vədləri haqqında bilmək istəyirsənsə, «Allah Öz vədinə əsla xilaf çıxmaz» (əl-Həcc 47) Həmçinin digər ayətdə: «Səbr et! Həqiqətən, Allahın vədi haqdır. Günahının bağışlanmasını dilə, axşamüstü və sübh çağı Rəbbini həmd ilə təriflə». (əl-Ğaafir 55)


 
Redaktə etdi:Nuruş


ESMERRi | 23 fevral 2016 00:07 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: dılay
TanrI her kesIn komeyi olsun

...M..m.......mmm.m....m.m...

Sitat: dılay
TanrI her kesIn komeyi olsun

...M..m.......mmm.m....m.m...
dılay | 6 noyabr 2015 09:26 | Status: Brilliant user | Şərh: 8 184
TanrI her kesIn komeyi olsun

...M..m.......mmm.m....m.m...
Nurus. | 3 yanvar 2015 14:28 | Status: Brilliant user | Şərh: 6 982
Sitat: TENHA_MELEK
Gozel xeber ucun Allah razi olsun.

P.S.
Redakte bir sozle 0140

Çox sagol,Mələyim...
xanim KAPRIZKA. | 27 dekabr 2014 14:03 | Status: Qonaq | Şərh: 0
Allah razi olsun.
Ay_Sun | 16 dekabr 2014 08:43 | Status: Brilliant user | Şərh: 13 409
Gozel xeber ucun Allah razi olsun.

P.S.
Redakte bir sozle 0140
SABINA | 15 dekabr 2014 15:34 | Status: Professional user | Şərh: 7 410
Sitat: Nurus.
Nurus.

0109 0109 0135 0109 0116
Nurus. | 15 dekabr 2014 15:32 | Status: Brilliant user | Şərh: 6 982
Sitat: SELENA
redakteside gozeldir nunum ellerine sagliq novbeti like menden

cane məndə cox tesekkure edirem... 0109
Sitat: SEVDA
Xeberi de,redakteni de çox beyendim,ellerinize sağlıq....

sag ol,canim...
Sitat: SELENA
bes nece RESAD bey NURUS her zaman redakteleri ile secilib bu saytda/FERQLI VE GOZ OXSAYAN REDAKTELER/TESEKKUR BACISKAMA

birdenesene....... 0109
♔ Rəşad ♔ | 15 dekabr 2014 15:14 | Status: Yazar | Şərh: 229
Sizlər sağ olun.
SEVDA | 15 dekabr 2014 14:54 | Status: Nəzarətçi | Şərh: 17 441
Xeberi de,redakteni de çox beyendim,ellerinize sağlıq....
SABINA | 15 dekabr 2014 11:57 | Status: Professional user | Şərh: 7 410
her sixintimda her pis gunumde her yaxsi gunumde allaha soznsuz sukrler olsun deyirem/pis gunumu allahin sinagi yaxsi gunumu allahin mukafati bilib sukru dilimden eskik etmirem

xebere gore tesekkur RESAD bey/

redakteside gozeldir nunum ellerine sagliq novbeti like menden 0140
Sitat: ♔ Rəşad ♔
Əziyyət olmazsa mənim xəbərlərimi siz redaktə edin)

Sitat: ♔ Rəşad ♔
Çox təşəkkür edirəm sizə Nuruş xanım, çox gözəl redaktə etmisiniz.Əlləriniz dərd görməsin.

bes nece RESAD bey NURUS her zaman redakteleri ile secilib bu saytda/FERQLI VE GOZ OXSAYAN REDAKTELER/TESEKKUR BACISKAMA
Nurus. | 15 dekabr 2014 10:11 | Status: Brilliant user | Şərh: 6 982
Sitat: nurane55
Dualarımı heç vaxt əsirgəmirəm,istər sevinəndə,istər dara düşəndə.Xəbər üçün tşk.Redaktə üçün Nuruşuma tşk.

sen sag ol,Nunum..
nurane55 | 15 dekabr 2014 08:49 | Status: Professional user | Şərh: 1 849
Dualarımı heç vaxt əsirgəmirəm,istər sevinəndə,istər dara düşəndə.Xəbər üçün tşk.Redaktə üçün Nuruşuma tşk.
♔ Rəşad ♔ | 15 dekabr 2014 04:42 | Status: Yazar | Şərh: 229
Sizlər sağ olun, var olun.Oxuyan gözləriniz, yazan əlləriniz yorulmasın.Allah cümləmizdən razı olsun in şa Allah.Təşəkkürlər..
Nurus. | 14 dekabr 2014 22:52 | Status: Brilliant user | Şərh: 6 982
Sitat: Nara88
cox tskler,xeberde redaktede superdi

cox sag ol,canim...
Nara88 | 14 dekabr 2014 21:58 | Status: Professional user | Şərh: 4 253
cox tskler,xeberde redaktede superdi
Nurus. | 14 dekabr 2014 21:21 | Status: Brilliant user | Şərh: 6 982
Sitat: sevgi istanbul
Allah razi olsun redaktede melum meseledi superrrrrrrrrr

cox sag ol,dunya gozeli....Kiz utandim yaaaa,bu qeder terif olar??? 0136

Sitat: Aynur_Mezahirli
Allah razı olsun, təşəkkür.

sen sag ol,bacim..
SEVA | 14 dekabr 2014 21:18 | Status: Professional user | Şərh: 5 150
Allah razi olsun redaktede melum meseledi superrrrrrrrrr
Nurus. | 14 dekabr 2014 21:14 | Status: Brilliant user | Şərh: 6 982
Sitat: Röyamsan.
Nunum redaktəni çox bəyəndim.

coxxxxxx sag ol,Perişim...
Röyamsan. | 14 dekabr 2014 21:01 | Status: Brilliant user | Şərh: 6 102
Nunum redaktəni çox bəyəndim.
Nurus. | 14 dekabr 2014 20:34 | Status: Brilliant user | Şərh: 6 982
Sitat: Naranin Ureyi
Cox gozel meslehetli cozlerdi.Oxudum. Cox xowuma geldi. Allah her ikinizede can sagligi versin. Xebere gore, redakteye gore.Tewekkurler.

cox sag olun,Allah sizedende razi olsun..Men size teşekkur edirem..
Naranin Ureyi | 14 dekabr 2014 20:31 | Status: Gümüş user | Şərh: 1 577
Cox gozel meslehetli cozlerdi.Oxudum. Cox xowuma geldi. Allah her ikinizede can sagligi versin. Xebere gore, redakteye gore.Tewekkurler.
Aynur_Mezahirli | 14 dekabr 2014 19:11 | Status: Qonaq | Şərh: 0
Allah razı olsun, təşəkkür.
♔ Rəşad ♔ | 14 dekabr 2014 18:24 | Status: Yazar | Şərh: 229
Sitat: Nurus.
baş uste,siz nece isteyirsiz...seve-seve...


Başınız var olsun.Təşəkkür))
Nurus. | 14 dekabr 2014 18:22 | Status: Brilliant user | Şərh: 6 982
Sitat: ♔ Rəşad ♔
Əziyyət olmazsa mənim xəbərlərimi siz redaktə edin)

baş uste,siz nece isteyirsiz...seve-seve... winked

Sitat: Ag Gul
Redaktəni çox bəyəndim

cox sag ol,Ag gulum menim... 0109
♔ Rəşad ♔ | 14 dekabr 2014 18:15 | Status: Yazar | Şərh: 229
Sitat: Ag Gul
Təşəkkür edirəm xəbər üçün çox sağ olun
Redaktəni çox bəyəndim 0140


Siz sağ olun.


Sitat: Nurus.
siz cox sag olun,beyendiyiniz ucun minnetdaram...


Əziyyət olmazsa mənim xəbərlərimi siz redaktə edin)

Sitat: perishka2
Qardaşım yazını səbrlə oxudum,həqiqətən də elədir:insanların çoxu dara düşəndə ALLAHI çağırır.Təşəkkürlər.Atdım seçilmişlərə. 0140


Allah daim səbr versin.Təşəkkür.

Sitat: boris arxan
allah razi olsun

Cümləmizdən inşa Allah..

Sitat: Aydan18
Alkah günah olanları sınağa cəkəcək vaxt gələndə tşk

Təşəkkür.
Aydan18 | 14 dekabr 2014 18:12 | Status: Şərhçi | Şərh: 485
Alkah günah olanları sınağa cəkəcək vaxt gələndə tşk
boris arxan | 14 dekabr 2014 17:54 | Status: Professional user | Şərh: 4 784
allah razi olsun
Dəniz qızı | 14 dekabr 2014 17:41 | Status: Brilliant user | Şərh: 8 019
Qardaşım yazını səbrlə oxudum,həqiqətən də elədir:insanların çoxu dara düşəndə ALLAHI çağırır.Təşəkkürlər.Atdım seçilmişlərə. 0140
Nurus. | 14 dekabr 2014 17:15 | Status: Brilliant user | Şərh: 6 982
Sitat: ♔ Rəşad ♔
Çox təşəkkür edirəm sizə Nuruş xanım, çox gözəl redaktə etmisiniz.Əlləriniz dərd görməsin.

siz cox sag olun,beyendiyiniz ucun minnetdaram...
Ag Gul | 14 dekabr 2014 16:39 | Status: Professional user | Şərh: 4 333
Təşəkkür edirəm xəbər üçün çox sağ olun
Redaktəni çox bəyəndim 0140