Həyat tərzi / İslam

Hz. Əli (ə.s) həyatı

leyla meherremova | 26-08-2014, 13:30
29 728 21

http://2.bp.blogspot.com/-uE2oa_YHYIg/UKYuWelQWuI/AAAAAAAAAI0/1AgQGpWZiAQ/s1600/24685087-58536528.gifhttp://2.bp.blogspot.com/-uE2oa_YHYIg/UKYuWelQWuI/AAAAAAAAAI0/1AgQGpWZiAQ/s1600/24685087-58536528.gif

Elmli insan vilayət və imamətin başçısı, kərəm sahibi fütüvvət əhli Hz. İmam Əli (ə.s) 598-ci ildə Məkkə da doğulmuşdur. Anası onu Kəbədə dünyaya gətirdi. Bu cür doğum Əsəd qızı Fatmanın sevimli oğlu İmam Əli (ə.s)-dan başqasına nəsib olmamışdır. Allah bu körpənin ana və atasını belə bir doğum ilə mükafatlandırmışdı. Əsl kökləri nəvələrindən ibarət iki budaq olaraq Əbu Talib və Fatiməyə belə bir kəramət nəsib olmuşdu.

 

Fatimə bu uşağa atasının adı ilə eyni mənanı daşıyan, adı "Heydər" olsun dedi. Əbu Talib ad seçmədə daha müvəffəqiyyətli idi. Oğlunu, soyu kimi nəcib bir doğumla dünyaya gəldiyi üçün yüksək bir mövqedə görürdü. Onun adı Əlidir dedi.

 

Həyatı boyunca "zəhərli dalğalarla" mübarizə edən, ən qorxunc hadisələrə sinə gərib, mübarizə aparan, yaradılanların ən təmizi, Peyğəmbərlərin ən ucası ilə addım-addım birlikdə yaşayan və Allahın dünyalıların hidayəti üçün əziz elçisinə verdiyi ağır və çətin vəzifənin bir hissəsini çiyinlərində daşıyan bir adamın həyatı beləcə başlamış oldu... 


Hz. Əli (ə.s), Hz. Peyğəmbərin (s.ə.v) əmisinin oğludur. Hz. Rəsuli Əkrəm bir-birinin ardınca atasını, anasını və babası Abdül Muttalibi itirdiyi üçün, uşaqlıq və gənclik dövrünü əmisi Əbu Talibin evində keçirmişdir. Buna görə də Hz. Rəsulullah (s.ə.v) həm əmisi Əbu Talibi və həm da yengəsi Hz. Fatiməni çox sevərdi.

Əbu Talibin dörd oğlu vardı. Bunların hamısı əmi oğlu olan Rəsulullah (s.ə.v)-i çox sevərdilər. Xüsusilə ən kiçikləri olan, Hz. Əli (ə.s) ilə Hz. Peyğəmbər (s.ə.v) arasında böyük bir sevgi bağı vardı.

 

O tarixlərdə Hz. Rəsulullah (s.ə.v) peyğəmbərliyini elan etməmişdi. Lakin, bir çox zamanını elm və fəzilət sahibi insanlar arasında keçirdiyi üçün, onlardan bir çox şeylər öyrənir və bunu da Hz. Əli (ə.s) da öyrədirdi.

Hz. Əli (ə.s)-nin atası Əbu Talib ticarətlə məşğul olurdu. Beləcə illər keçmiş, Əbu Talib çox yaşlanmışdı. O vaxtlarda Hicazda böyük bir qıtlıq başlamışdı. Məkkənin bir çox tacirləri çətin vəziyyətdə qalmışdı. Bunların arasında, Əbu Talib da vardı. O tarixdə Hz. Peyğəmbər (s.ə.v) iyirmi beş yaşına girmişdi və Hz. Xədicə (r.a) ilə evlənmişdi. Hz. Xədicə (r.a) çox varlı qadın idi. Hz. Peyğəmbər (s.ə.v) rifaha qovuşanda yoxsullaşan əmisi Əbu Talibin yükünü yüngülləşdirmək üçün Hz. Əlini yanına aldı.

 

Hz. Əli hələ on iki yaşlarında idi. Son dərəcə ağıllı və ciddi idi. Eyni zamanda da çox yaraşıqlı və gözəl idi. Öz ədəb-ərkanı olan, uşaqlarda tapılmayacaq dərəcədə güc-qüvvətə malik idi. Hz. Peyğəmbər (s.ə.v) Hz. Əli (ə.v)-i evə gətirdiyində, Hz. Xədicə (r.a) son dərəcə sevindi və onu öz övladından ayırmayacağını əhd etdi. Dünyadan köçən qədər də bu əhdinə sadiq qaldı.

 

Hz. Əli (ə.s) ömrünün hamısını, kamal və fəzilətin ən böyük şəxsi olan Hz. Peyğəmbər (s.ə.v) izləyərək keçirdi. Uşaqlığında fədakar bir qohum, gəncliyində vəfalı bir yoldaş oldu. Daim Hz. Peyğəmbər (s.ə.v)-i izlədi. Onun danışmalarına və davranışlarına könül vermişdi. Bu dövrdə və ondan sonra, həyatının müxtəlif mərhələlərində hər zaman əxlaq və davranışlarında kamalın, yetkinliyin ən son hüduduna çatdı. Ömrünün bir qisimi geridə qalıb, yol göstəricisi dünyadan köçüb getdikdən sonra, Hz. Əli yaşamağı və həyatın şərtlərini ondan ən yaxşı öyrənən tək insan olaraq həmişə onun yolunda getmiş, ömrünün sonuna qədər ən kiçik bir yanlış hərəkət göstərmədən davam etmişdir.

Hz. Məhəmməd (s.ə.v) yüksək dağın sinəsində gizli mağaranı özünə ev qərar etmiş, Qureyşin cahilliklərindən uzaqlaşıb, bənzərsiz və tək olan Allaha ibadət etmək üçün bu evinə çəkilirdi. Hz. Əli doğulduğu gündən bəri özü ilə bir dam altında yaşayan Hz. Məhəmməd (s.ə.v)-i bir kölgə kimi təqib etmişdi. İslamiyyətin elanından əvvəl yalnız ən yaxın bir yoldaş və qohum olaraq bağlı olduğu Rəsulullah əfəndimizə, İslamiyyətin elanından sonra onun ilahi vəzifəsinə inanmış və iman gətirmişdir.

Hz. Əli (ə.s), son dərəcə ağıllı və iti bir anlayış qüdrətinə malik idi. Onun üçün dərhal vəziyyətini idrak etmiş, Hz. Peyğəmbər (s.ə.v)-ə mütləq surətdə bağlanmışdı. Hz. Əli şəxsən belə söyləyirdi: "Bir gün, Rəsuli Əkrəmlə birlikdə Kəbəyə getdik. Oradakı bütləri qırmağa qərar vermişdik. Buna görə mənim onun çiyinlərinə çıxmağımı əmr etdi. Onun əmrini yerinə yetirdim. Çiyinlərinə çıxaraq yuxarı qalxdım. O bütü itələdi. Büt yerə yuvarlandı və dərhal parçalandı.."

 http://2.bp.blogspot.com/-uE2oa_YHYIg/UKYuWelQWuI/AAAAAAAAAI0/1AgQGpWZiAQ/s1600/24685087-58536528.gifhttp://2.bp.blogspot.com/-uE2oa_YHYIg/UKYuWelQWuI/AAAAAAAAAI0/1AgQGpWZiAQ/s1600/24685087-58536528.gif

 

Hz. Əli (ə.s) əxlaqının təmizliyi, mərdliyi və fəziləti ilə Əshabi kiram arasından seçilirdi. Hz. Əli (ə.s) kiçik yaşından etibarən dinin və ağlın qəbul etmədiyi hər şeydən çəkinmiş, bütün həyatında bir dəfə belə yalan söyləməmişdi. Heç kimin malına göz dikməmiş, heç kimin əmanətinə xəyanət etməmişdir. Hətta Hz. Peyğəmbər (s.ə.v)-in hicrətindən başqaları tərəfindən özünə verilən əmanətləri, Hz. Əliyə vermiş, O da əmanətləri bir-bir sahiblərinə təslim etmişdi.

Comərdlər comərdi olan Hz. Əli (ə.s), yoxsul bir həyat yaşadı. Əsla dünya malına etibar etmədi. Yoksulluguna baxmayaraq bir çörəyi olsa onu yoxsullarla paylaşardı. Hz. Əli bütün həyatı boyunca haqq və ədalətdən ayrılmadı. O, alim, yazıçı, fəzilətli, dürüst, namuslu bir insan idi.

 

Buğdayı bənizli, uzun boylu, gülər üzlü, iri və qara gözlü, geniş sinəli, iri bədənli idi. Allah qorxusundan davamlı ağlayardı. Namaza durduqda, aləm alt-üst olsaydı xəbəri olmazdı. Saqqalı sıx olub döyüşdə uzadırdı və çiyinlərinə qədər yayılırdı.  Son zamanlarda saçı və saqqalı pambıq kimi ağ olmuşdu. Övliyanın böyüyü, vilayət (övliyalıq) yolunun rəisidir. Hər təriqətdə hər kəsə övliyalığın feyzləri və bacarıqları Həzrəti Əlidən gəlməkdədir.

 

İmam Əli (ə.s)-ın ömrü zalımlar və hiləgərlərlə mübarizələrdə keçdi və ən sonunda özünü bu yolda, bu uğurda fəda etdi. O Allah yolundan heç ayrılmadı. Dörd il doqquz ay keçirdiyi xəlifəlik dövründə, Beytül mal deyilən dövlət xəzinəsinə əl uzatmadı. Geyindiyi əba və yediyi arpa çörəyi ilə xurma idi. Hətta bir gün köləsi ilə bazara gedib iki köynək aldı, yaxşısını köləsinə verdi, pisini özü geyindi.

Hz. Əli (ə.s), Hz. Peyğəmbər (s.ə.v)-in qızı Fatimə ilə evlənərkən Hz. Peyğəmbər (s.ə.v): "Ya Əli, evlənmək üçün bir şeyin vardırmı?" deyə soruşdu. Hz Əli (ə.s) cavab verdi; "Ya Rəsulullah, anam və atam sənə fəda olsun, siz vəziyyətimi daha yaxşı bilirsiniz, bütün sərvətim, bir qılınc, bir zireh və bir dəvədən ibarətdir." dedi.

Hz. Əli (ə.s) Hz. Fatimə (ə.s)- la  evləndi. Bu evlilikdən ikisi qız, üçü oğlan, cəmi beş uşaqları oldu.

 

Oğlanları: İmam Həsən, İmam Hüseyn, İmam Muhsin.

Qızları: Zeynəb, Ümmügülsüm.

  

Xəlifəliyindən beş il sonra Ramazanı-şərif ayının 17-ci Cümə günü sübh namazına gedərkən İbni Mülcəm adında bir xarici tərəfindən qılıncla alnına vurularaq şəhid edildi. Kufədə, yəni Nəcəf deyilən yerdə dəfn edilmişdir.

  

Rəsulullah Əfəndimiz Həzrəti Əlinin İbni Mülcəmin qılıncı ilə şəhid olacağını bildirmişdi. Həzrəti Əli İbni Mülcəmi gördükcə mübarək başını göstərib "Bunu nə vaxt qana bulayacaqsan” buyurardı.  İbni Mülcəm də "Ya Əli, bu pis işi Peyğəmbərimiz bildirmişdir. Sən məni öldür, qiyamətə qədər lənətə məruz qalmayım” deyərdi. Həzrəti Əli də  "Öldürmədən əvvəl cəza ola bilməz” buyurardı.

 

Həzrəti Əli şəhid ediləcəyi gün sübh namazına gedərkən yolda bu beyti oxuyurdu:

 

Ölümə hazır ol ki, ölüm əlbət gecikməz.

Ölüm gəlincə artıq fəryad fayda verməz.

 

 Vəfatına yaxın da belə buyurmuşdu:"Tabutumu Arnəynə aparın, orada işıq saçan bir qaya vardır. Məni oraya dəfn edin”.

  

Həzrəti Əli ölmək üzrə ikən "and içərək deyirəm ki, umduğuma qovuşdum” buyurdu. Kəlmeyi-şəhadət gətirərək 661-ci ildə, 63 yaşında vəfat etdi.

 

 http://2.bp.blogspot.com/-uE2oa_YHYIg/UKYuWelQWuI/AAAAAAAAAI0/1AgQGpWZiAQ/s1600/24685087-58536528.gifhttp://2.bp.blogspot.com/-uE2oa_YHYIg/UKYuWelQWuI/AAAAAAAAAI0/1AgQGpWZiAQ/s1600/24685087-58536528.gif

BULUTUM | 28 fevral 2016 19:30 | Status: Professional user | Şərh: 7 387
Sitat: Cicim İncim
Çox-çox təşəkkürlər. Allahın nəzəri üzərinizdən əskik olmasın.

Sitat: Cicim İncim
Çox-çox təşəkkürlər. Allahın nəzəri üzərinizdən əskik olmasın.
dılay | 12 fevral 2016 17:34 | Status: Brilliant user | Şərh: 8 183
Sitat: (((RM)))
çox təşəkürlər ALLAH razı olsun bu yazıda əməyi olan hər kəsdən çox faydalı xəbər idi


Sitat: (((RM)))
çox təşəkürlər ALLAH razı olsun bu yazıda əməyi olan hər kəsdən çox faydalı xəbər idi
Cicim İncim | 17 sentyabr 2015 20:52 | Status: Gümüş user | Şərh: 2 456
Çox-çox təşəkkürlər. Allahın nəzəri üzərinizdən əskik olmasın.
(((RM))) | 10 may 2015 18:48 | Status: Şərhçi | Şərh: 66
çox təşəkürlər ALLAH razı olsun bu yazıda əməyi olan hər kəsdən çox faydalı xəbər idi
Miraj | 22 yanvar 2015 13:38 | Status: Professional user | Şərh: 2 625
Sitat: Aynur_Mezahirli
Allah razı olsun bacı xəbərçün...
Aynur_Mezahirli | 29 avqust 2014 14:34 | Status: Qonaq | Şərh: 0
Allah razı olsun bacı xəbərçün...
shela | 28 avqust 2014 16:30 | Status: Gümüş user | Şərh: 2 910
Teshekkur,Atdim secilmishlere.Mende qaranliq meqamlar yene var daa....Peyqemberin (s.a.s) qizinin da nevesinin adi Zeyneb olubmu?
Röyamsan. | 28 avqust 2014 13:49 | Status: Brilliant user | Şərh: 6 102
Halal olsun Leyla bu cür xəbərlər hazırladığın üçün. 0140
Vetenperver | 27 avqust 2014 20:47 | Status: Professional user | Şərh: 6 700
Bu gözəl xəbərə görə təşəkkür edirəm!Peyğəmbərimiz (s.ə.s.) demişdiir: "Ya Əli,sənə ancaq möminlər sevər,münafiqlər sevməz".
birdane | 27 avqust 2014 17:33 | Status: Professional user | Şərh: 3 726
allah razi olsun twk
SEVDA | 27 avqust 2014 12:58 | Status: Nəzarətçi | Şərh: 17 439
Ellerinize sağlıq....
Nazlı_Kız | 27 avqust 2014 01:25 | Status: Brilliant user | Şərh: 6 473
Hər zaman belə gözəl və dəyərli xəbər hazırladığın üçün Allah razı olsun.canım mənim 0109
nurane55 | 27 avqust 2014 00:08 | Status: Professional user | Şərh: 1 849
Çox maraqlı xəbər və ibrətamiz həyat hekayəsi idi. 0140 Bu gözəl xəbər üçün təşəkkür edirəm canım. 0109
GULUM_OL | 26 avqust 2014 19:38 | Status: Şərhçi | Şərh: 221
Her an olum qapinin onundedir
DENIZ QIZI3 | 26 avqust 2014 17:35 | Status: Gümüş user | Şərh: 3 858
Allah razi olsun .Allah bizleri Eli eleysalamin silerinde qerar versin .Eli eleysalamin sayesinde cennete girek
Mehri-Ban | 26 avqust 2014 17:30 | Status: Professional user | Şərh: 1 329
Ölümə hazır ol ki, ölüm əlbət gecikməz.
Ölüm gəlincə artıq fəryad fayda verməz.

Tesekkur edirem.Allah razi olsun!
Ag Gul | 26 avqust 2014 15:07 | Status: Professional user | Şərh: 4 333
Allah razı olsun
My life | 26 avqust 2014 14:55 | Status: Qonaq | Şərh: 0
Allah razı olsun. Təşəkkürlər!
Nigar_ | 26 avqust 2014 14:03 | Status: Professional user | Şərh: 2 125
Təşəkkürlər çox maraqlı idi.
SABINA | 26 avqust 2014 13:57 | Status: Professional user | Şərh: 7 410
ALLAH RAZI OLSUN
ALLEGRETTO | 26 avqust 2014 13:56 | Status: Gümüş user | Şərh: 2 218
Xəbərə görə Allah kömək olsun! Həzrət Əli böyük Şəxsiyyədir!