Həyat tərzi / İslam

Quran haqqında hər bir müsəlmanın bilməsi lazım olanlar

leyla meherremova | 4-08-2014, 13:30
5 131 20

 http://ilgiliforum.com/resim/2009/02/217/36707_hareketli_dini_gifler_motifler_kenar_susleri.gif

Quran

    Quran kəliməsinin mənası oxumaq qiraət etmək deməkdir. Qur’an ləfzi və mənaları vəhyə istinad edən, Cəbrayıl (a.s.) vasitəsiylə son peyğəmbər Məhəmməd (s.ə.v) endirilən, qiraətlə ibadət edilən, özünə xas xüsusiyyətləri olan Fatihə ilə başlayıb Nas surəsi ilə bitən ən son səmavi kitabdır.

 

Quranın adları

    Quranın yenə Quran tərəfindən bildirilən bir çox adları vardır. Onun ən çox işlənilən və çox yayılan adı Qurandır. Bunların bir qismini misal olaraq qeyd edək:

 

Əl-Kitab – Quranda 230-dəfə işlənir. Bəzi digər səmavi kitablar üçün də işlənilir.

 

Ümmül-Kitab Ana kitab mənasına gələn bu ad Lövhü-Məhfuz və Fatihə surəsi üçün də işlənmişdir.

 

Əl-Furqan – Haqq ilə batili ayıran deməkdir. Furqan adı altı ayədə işlənir.


Əl-Huda Hidayətedici deməkdir.

 

Əz-Zikr Zikr həm zikr etmək və həm də şərəf və şərəfli olmaq mənalarına gəlir.


Quranın bunlardan başqa Tənzil, Haqq, Ruh, Burhan, Əziz, Şifa, Hikmət, Müheymin, Hablullah, Fasl, Bəyan və bir çox adları da vardır..

  

 http://ilgiliforum.com/resim/2009/02/217/36707_hareketli_dini_gifler_motifler_kenar_susleri.gif 

Ayə

    Ayə lüğətdə əlamət, ibrət, dəlil, nişan və yüksək bina kimi mənalara gəlir. Quranın hər cümləsi, bir həqiqət nişanəsi, ibrətverici bir öyüd olduğu üçün ayə adını almışdır.
Ayələrin sayı haqqında fərqli rəqəmlər verilməkdədir.
 

Nafiyə görə 6217

Şeybəyə görə 6214

Kufəlilərə görə 6236

Misirlilərə görə 6219

Müfəssir Zəməxşəriyə görə isə ayələrin 6666-dır.

 

Ayələrin Tərtibi

    Ayələrin tərtibi, yəni Qurandakı yeri və sıraları Allah tərəfindən bildirilmişdir. Peyğəmbərimiz (s.ə.v) nazil olan hər ayə və ayələrin hansı surənin harasına qoyulacağını bildirirdi. Vəhy katibləri də onları buna görə yazardılar. Ayələrin tərtibində heç bir zaman dəyişiklik olmamışdır.

  

İlk və son nazil olan ayələr

    İlk nazil olan ayələrin Əlaq surəsinin ilk beş ayəsi olduğu bilinməktədir. Əl-Müdəssir və Fatihə surələrinin də bu ilk nazil olanlar arasında yerə aldığına dair rəvayətlər vardır. Mədinədə ilk nazil olan surə "Bəqərə" surəsidir.


Ən son nazil olan ayələrin hansı ayə olduğu barəsində bir neçə fikir vardır. Aşağıda zikr edilən ayələrdən hər birinin ən son nazil olan ayə olduğunu iləri sürən alimlər vardır.

Bəqərə 278/281

Nisa, 176

Tövbə 128-129

Nur, 1-3

Maidə 3

Ən çox deyilən fikirlərə görə son nazil olan ayə Maidə surəsinin 3-cü ayəsidir.


«Mən bu gün sizin üçün dininizi kamilləşdirdim, sizə nemətimi tamamladım və İslamı sizin üçün din olaraq bəyəndim.» (Maidə -3)


 http://ilgiliforum.com/resim/2009/02/217/36707_hareketli_dini_gifler_motifler_kenar_susleri.gif

Surə

    Surə kəliməsi: dərəcə, yüksək rütbə, şərəf, gözəl bina kimi mənalara gəlir. Bir termin olaraq surə: Quranın ən az üç ayədən meydana gələn bölümlərindən hər birinə verilən addır.

   Quranda 114 surə vardır. Hicrətdən öncə Məkkədə 86 və Hicrətdən sonra Mədinədə 28 surə nazil olmuşdur. "Ey insanlar!" deyə başlayan surələr Məkkə, "Ey iman edənlər!" deyə başlayan surələr və ayələr Mədinədə nazil olanlardır.

 

Quranın yazılması

    Hər ayə və surə nazil olduğunda, Peyğəmbərimiz (s.ə.v) vəhy katiblərini çağırır və onlara, bu ayələri hansı ayələrin yanına və hansı surəyə yazacaqlarını bildirirdi.
   Ömərin (r.a) təklifi ilə Zeyd Sabitin (r.a) başçılığı ilə Əli (ə.s), Osman (r.a), Übeyy Kab (r.a), İbn Məsud (r.a), Əbu Hureyrə (r.a), Əbu Dərda (r.a) kimi səhabələrdən meydana gələn bir birlik quruldu. Çalışmalar nəticəsində Quran bir kitab halına gətirildi. İbn Məsudun (r.a) təklifi ilə Qurana "Mushaf" adı verildi. Bu "Mushaf" xəlifə Əbu Bəkrin (r.a) yanında mühafizə olunmağa başlandı.

http://ilgiliforum.com/resim/2009/02/217/36707_hareketli_dini_gifler_motifler_kenar_susleri.gif  

Quran elmləri

    Quranın doğru bir şəkildə təfsir edilə bilməsi üçün lazım olan elmlərə, Quran elmləri deyilir.

 

Əsbabul-Nuzul.

    Bir neçə ayənin və ya bir surənin enməsinə səbəb olan bir sual və ya hadisəyə əsbabı nüzul deyilir.

    Ayənin mənasının hökmünün doğru olaraq başa düşülməsində nüzül səbəbinin önəmi böyükdür. Belə ki, Səhabələr ayələrin nüzül səbəblərini bildiklərinə görə mənalarını daha yaxşı başa düşürdülər. Ancaq "Hər ayənin bir gəliş səbəbi vardır", deyə bilmərik. Əl-Vahidi demişdir: "Ayənin nüzül səbəbini bilmədikcə, onu tam olaraq anlamaq mümkün deyildir..." 

 

Nəsih-Mənsuh.

    Nəsihin lüğət mənası: izalə etmək, yox etmək, dəyişdirmək, nəql etmək deməkdir. Bir termin olaraq isə: Bir ayənin və ya hədisin hökmünün, daha sonrakı bir ayə və hədislə ortadan qaldırmaq mənasına gəlir. Bir başqa tərif də: Dini bir hökmün, başqa bir dini dəlil ilə qaldırılmasıdır.

     Nəsh edən dəlilə nəsih, hökmü qaldırılan ayə və ya hədisə də mənsuh deyilir. (Təfsir üsulu s.122)

    Bir ayədə nəsihlə əlaqəli olaraq belə buyrulur:
"Biz hər hansı bir ayəni dəyişdirir və ya unutdururuqsa, ondan da yaxşısını və ya bənzərini gətirirk. Sən bilmirsənmi ki, Allah hər şeyə qadirdir!" (Bəqərə 2/106)
   Məsələn "Haraya yönəlirsiniz yönəlin Allahın qibləsi oradır" (Bəqərə 2/115) ayəsini "Üzünüzü  "Məscidil Həram"  tərəfə çevirin" (Bəqərə 2/144) ayəsinin nəshətdiyini görürük.

 

http://ilgiliforum.com/resim/2009/02/217/36707_hareketli_dini_gifler_motifler_kenar_susleri.gif

 

Möhkəm və Mütəşabih ayələr

    Qur’andakı ayələrin bir qismi məna baxımından açıq, digər bir qismi də birdən çox mənalı olub, anlaşılması başqa bir səbəbə bağlıdır.

    Halal, haram, namaz, oruc kimi əhkamla əlaqəli olan ayələr, məna baxımından açıq olan ayələrdir məsələn:


"Namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin!" (Bəqərə - 43)


وَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ وَارْكَعُوا مَعَ الرَّاكِعِينَ

 

"Səbir etmək və namaz qılmaqla Allahdan kömək diləyin! Həqiqətən, bu, Allaha itaət edənlərdən başqa hamıya ağır gəlir."  (Bəqərə - 45)


 وَاسْتَعِينُوا بِالصَّبْرِ وَالصَّلَاةِ ۚ وَإِنَّهَا لَكَبِيرَةٌ إِلَّا عَلَى الْخَاشِعِينَ

 

Bunlara "Möhkəm aylər" deyilir. Gizliliyi olan ayələrə də mütəşabih ayələr deyilir...

 

http://ilgiliforum.com/resim/2009/02/217/36707_hareketli_dini_gifler_motifler_kenar_susleri.gif

 

Həqiqət və Məcaz

   Kəlimələrin öz mənalarında işlənmələrinə həqiqət, başqa bir mənada işlənmələrinə də məcaz deyilir. Qurani Kərimdəki kəlimələr, öz mənalarında işləndikləri kimi, bəzən də məcazi mənalarında işlədilmişdir.
İslam alimlərinin çoxu Quranda məcazın varlığını qəbul edirlər. Bəzi alimlər isə Quranda məcazın yoxluğunu iddia etmişdirlər. Çünki məcaz bir şeyin ifadəsində çətinliyə düşüldüyündə əl atılan bir yoldur. Quran isə bundan uzaqdır.

 

Qurandakı məcaz iki qismə ayrılır..

    Əqli məcaz və ya məcaz fi-tərkib. Buna Bəqərə surəsinin 16-cı ayəsini misal gətirə bilərik.

"Onların ticarəti kar vermədi."

    Buradakı "kar vermədi" və "ticarət" kəlimələri, məcazi mənada işlədilmişdir. Mənası budur: "Onların hidayəti buraxıb, dəlaləti seçmələri özlərinə heç bir fayda gətirməz."


Lüğəti məcaz və ya məcaz-fil-müfrəd. Buna misal olaraq yenə Bəqərə surəsinin 19-cu ayəsini qeyd edə bilərik.

"Onlar barmaqlarını qulaqlarına soxurlar."

    Əslində barmaqları qulağa soxmaq mümkün deyildir. Burada barmağın ucu nəzərdə tutulmuşdur. Dolayısı ilə bu bir məcazi ifadədir.

 


dılay | 17 noyabr 2015 14:23 | Status: Brilliant user | Şərh: 8 184
tewekkurler
ESMERRi | 9 noyabr 2015 21:49 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: Rəşidə Əzizli
Gözəl xəbər üçün çox sağ olun
Rəşidə Əzizli | 10 sentyabr 2015 16:49 | Status: Qonaq | Şərh: 0
Gözəl xəbər üçün çox sağ olun
Real Madrid CF | 22 iyul 2015 20:29 | Status: Qonaq | Şərh: 0
Vaxt tapdiqca oxumaga calisiram.
Nagizade.Leyla | 6 iyun 2015 23:52 | Status: VİP user | Şərh: 1 321
Təşəkküer..
Nergiz love | 20 aprel 2015 02:06 | Status: Professional user | Şərh: 7 871
Sitat: Nazlı_Kız
Xəbərə baxan kimi Bildim redakrorumuz leyladı Allah razı olsun canım mənim belə gözəl xəbər hazırladıqın üçün 0109 0140
dream reality | 10 avqust 2014 14:29 | Status: Professional user | Şərh: 1 449
Sitat: shela
Sitat: Nailya
Ellerine sağlıq....
shela | 6 avqust 2014 18:27 | Status: Gümüş user | Şərh: 2 910
Sitat: Nailya
Ellerine sağlıq....
SEVDA | 5 avqust 2014 09:35 | Status: Nəzarətçi | Şərh: 17 441
Ellerine sağlıq....
Vetenperver | 4 avqust 2014 23:46 | Status: Professional user | Şərh: 6 700
Xəbərə görə təşəkkür amma Quranın statistik məlumatdan çox onun hökmələri daha lazımlıdır.
İslam alimlərinin çoxu Quranda məcazın varlığını qəbul edirlər. Bəzi alimlər isə Quranda məcazın yoxluğunu iddia etmişdirlər. Çünki məcaz bir şeyin ifadəsində çətinliyə düşüldüyündə əl atılan bir yoldur. Quran isə bundan uzaqdır.
Necə yəni İslam alimlərinin çoxu?İslam alimlərinin çoxu vəhhabi deyil ki Quranı oxuduqları kimi başa düşüb məcazı qəbul etməsinlər.Quranda ayə var Allahın Peyğəmbərimizə müraciətlə: "Sən onları öz qanadının altına al" Peyğəmbərimizin bəyəm qanadı olub? burda məcazı qəbul etməyək? Quranda məcazı qəbul etməyən savadız düşüncəsiz alimdir,onu heç alim adlandırmaq olmaz.
Happiness_lady | 4 avqust 2014 21:13 | Status: Gümüş user | Şərh: 1 179
Deyerli melumata gore cox sagolun,Allah razi olsun
BULUTUM | 4 avqust 2014 18:13 | Status: Professional user | Şərh: 7 388
Pozmusuz werhimi.pacemu?
bayaz gulum | 4 avqust 2014 16:23 | Status: VİP user | Şərh: 1 050
Sitat: ŞehZam
Allah razı olsun gözəl xəbərdir..
ŞehZam | 4 avqust 2014 15:36 | Status: Professional user | Şərh: 2 577
Allah razı olsun gözəl xəbərdir..
Nazlı_Kız | 4 avqust 2014 15:27 | Status: Brilliant user | Şərh: 6 473
Xəbərə baxan kimi Bildim redakrorumuz leyladı Allah razı olsun canım mənim belə gözəl xəbər hazırladıqın üçün 0109 0140
Girl | 4 avqust 2014 14:51 | Status: Professional user | Şərh: 8 206
Adların bilmək maraqlı oldu... Təşəkkürlər Leyla bacı...
nurane55 | 4 avqust 2014 14:25 | Status: Professional user | Şərh: 1 849
Xəbər üçün təşəkkürlər canım.
Nigar_ | 4 avqust 2014 14:24 | Status: Professional user | Şərh: 2 125
Təşəkkürlər.Gözəl xəbərdir.
FLOVERandGİRL | 4 avqust 2014 13:41 | Status: Professional user | Şərh: 3 251
Sitat: vanessa
Haminin bilmesi lazim olan seylerdi,tesekkurler Leyla xanim

Sitat: vanessa
Haminin bilmesi lazim olan seylerdi,tesekkurler Leyla xanim
vanessa | 4 avqust 2014 13:36 | Status: Qonaq | Şərh: 0
Haminin bilmesi lazim olan seylerdi,tesekkurler Leyla xanim