Həyat tərzi / İslam

Ramazan ayı haqqında faktlar

gelinim | 29-06-2014, 13:40
3 150 26



1. Orucun ən qədim ibadət növü sayıldığını, bəşəriyyətin yaranması ilə orucun da meydana çıxdığını, oruc tutan ilk şəxsin Adəm peyğəmbər (Ona salam olsun!) olduğunu, özü də hər ayın üç günündə oruc tutduğunu bilirdinizmi?

2. Ramazan orucunun müsəlmanlara birbaşa deyil, islamın yaranmasından on beş il sonra vacib qılındığını bilirdinizmi? Çünki islam meydana gəldiyi ilk dövrlərdə insanlara imanı, rəbləri ilə əlaqələri möhkəmlətməyin yollarını öyrədirdi.

3. Oruc ibadətinin bütün səmavi dinlərdə mövcud olduğundan xəbəriniz vardımı? Bilirdinizmi ki, bütün peyğəmbərlər və davamçıları müxtəlif formalarda da olsa oruc tutmuşlar? Məsələn, Davud peyğəmbər (Ona salam olsun!) bir gündən bir oruc tutarmış.

4. Ramazan orucundan qabaq müsəlmanların hər ayın üç gününü, xüsusilə də Aşura günündə oruc tutduqlarını bilirdinizmi?

5. Bilirdinizmi ki, Ramazan orucu əvvəl-əvvəl ixtiyari ibadət olmuşdur? Belə ki, istəyən bu ayda oruc tutur, istəyən də tutmur, amma hər gün üçün bir kasıbı yedirdirdi. Bu ona görə idi ki, insanlar Ramazan orucuna alışsınlar. Sonralar Ramazanda oruc tutmaq icbari oldu.

6. Bilirdinizmi ki, oruc tutmaq müsəlmanlara Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!) Məkkədən Mədinəyə hicrət etdikdən iki il sonra, Şaban ayında vacib edilmişdir?

7. Bilirdinizmi ki, müsəlmanların oruc tutduqları ilk gün bazar gününə, miladi təqvimlə 624-cü ilin fevral ayının 26-a təsadüf etmişdi?

8. Bütün səmavi kitabların Ramazan ayında nazil edildiyini bilirdinizmi? Belə ki:
- İbrahim peyğəmbərin (Ona salam olsun!) "səhifələr”i Ramazanın ilk gecəsi nazil olmuşdu;
- Tövrat Ramazan ayının 6-da Musa peyğəmbərə (Ona salam olsun!) göndərilmişdi;
- İncil İsa peyğəmbərə (Ona salam olsun!) Ramazan ayının 13-də endirilmişdi;
- Zəbur Davud peyğəmbərə (Ona salam olsun!) Ramazan ayının 18-də nazil edilmişdi;
- Qurani-Kərim Məhəmməd peyğəmbərə (Ona Allahın xeyir-duası və salamı olsun!) Ramazan ayının 24-də nazil edilmişdi.

9. Bilirdinizmi ki, Quranın ilk ayəsi – "Yaradan rəbbinin adı ilə oxu” ayəsi Məhəmməd peyğəmbərə (Ona Allahın xeyir-duası və salamı olsun!) 610-cu il Ramazan ayının 17-i, bazar ertəsi nazil edilmişdir?

10. Bilirdinizmi ki, ramazan sözü "bərk isti” deməkdir? Eradan əvvəl 412-ci ildə, Peyğəmbərin (Ona Allahın xeyir-duası və salamı olsun!) beşinci babası Kilab ibn Mürrənin zamanında bu ayda bərk istilər olduğundan onu belə adlandırmışdılar.

11. Bilirdinizmi ki, Ramazan orucu vacib qılındıqdan sonra Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!) vəfat edənədək doqquz il oruc tutmuşdur?

12. Ramazan sözünün Quranda cəmi bir dəfə işlədilməsindən xəbəriniz vardımı? O, ərəb aylarından Quranda xatırlanan yeganə aydır. Oruc sözü isə bu müqəddəs kitabda 14 dəfə işlədilib.

13. Bilirdinizmi ki, Cənnətin səkkiz qapısından biri yalnız oruc tutanlar üçündür? Oruc tutanlardan qeyrisinin daxil ola bilmədiyi bu qapı "Rəyyan” adlanır.

14. Bilirdinizmi ki, Ramazan ayının bütün fəsillər üzrə təkrarlanması sikli 33 qəməri ildir?

15. Statistik göstəricilərə görə Ramazan ayında oruc tutan müsəlmanların sayının təxminən 800 milyon nəfər təşkil etdiyini bilirdinizmi? Bu rəqəm bütün müsəlmanlarının yarısı deməkdir.

16. Hər il hər bir müsəlmanın oyaq qalıb ibadətlə keçirməyə can atdığı ən əzəmətli gecənin Qədir gecəsi olduğunu bilirdinizmi? Qədir gecəsi Ramazanın son günlərinə təsadüf edir. Allah təala Qurani-Kərimdə buyurur ki, bu gecə səksən üç ildən, yəni bir insan ömründən xeyirlidir. Qədir gecəsində Allah duaları qəbul buyurub, diləkləri gerçəyə çevirir.

17. Bilirdinizmi ki, orucun ən uzun tutulduğu ölkələr Skandinaviya ölkələridir? Belə ki, burada insanlar iyirmi bir saata qədər oruc tuturlar. Orucun ən qısa tutulduğu ölkələr də elə Skandinaviya ölkələridir. Burada insanlar 3 saat oruc tuturlar.

18. Ekvatorda yerləşən ölkələrdə hər il oruc saatlarının heç dəyişilmədiyini bilirdinizmi? Çünki bu ölkələrdə gündüz gecəyə bərabər olur.

19. Bilirdinizmi ki, Allah təala gündüzlərin çox uzun olduğu ölkələrdə oruc tutanlara orqanizmlərinə zərər toxunmasın deyə bir qədər yemək, içmək və günün qalanını isə simvolik olaraq oruc tutmaq icazəsi vermişdir? Belə ki, onlar bu günlərin oruclarını ilin münasib vaxtlarında qəza edirlər.

20. Bilirdinizmi ki, yayda və ya qışda günəşin doğmadığı və ya gündüz və gecənin altı ay davam etdiyi Qütb zonalarında yaşayan insanlar ən yaxın ölkələrin oruc vaxtlarından istifadə etməklə oruc tuturlar?

21. Bilirdinizmi ki, zəkat və fitrə zəkatı (sədəqəsi) vermək, bayram namazı qılmaq orucun vacib qılındığını ilin Ramazan ayında müsəlmanlara əmr edilmişdir?

 22. Bilirdinizmi ki, islamı qorumaq üçün Peyğəmbərin (Ona Allahın xeyir-duası və salamı olsun!) apardığı ilk savaş – Bədir savaşı Ramazan ayının 17-də baş vermişdi?
 

P.S. Rəbbim bütün oruc tutanların və namaz qılanların duasını qəbul etsin. Amin!


Xeber AzadQadın.az saytına məxsudur.


Redaktə etdi: Röyamsan.

ESMERRi | 13 aprel 2016 12:50 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: Zulya
Tewekkurler
Zulya | 30 iyul 2014 12:24 | Status: Gümüş user | Şərh: 1 640
Tewekkurler
BULUTUM | 20 iyul 2014 12:03 | Status: Professional user | Şərh: 7 388
Fitreni kimlere vermek lazimdi?
Nara88 | 2 iyul 2014 16:27 | Status: Professional user | Şərh: 4 253
cox maraqli oldu tskler
shela | 2 iyul 2014 13:21 | Status: Gümüş user | Şərh: 2 910
Amin.Coox gozel ve savab xeberdi.Allah razi olsun!
N....N92 | 2 iyul 2014 13:03 | Status: Professional user | Şərh: 4 351
Amin....cox gozel sozler yazilib
Mehri-Ban | 1 iyul 2014 12:50 | Status: Professional user | Şərh: 1 329
Rəbbim bütün oruc tutanların və namaz qılanların duasını qəbul etsin. Amin!

AMIN!
FLOVERandGİRL | 30 iyun 2014 19:35 | Status: Professional user | Şərh: 3 251
allah orucnuzu qebul ETSIM.....
nergiz_zz | 30 iyun 2014 16:29 | Status: Professional user | Şərh: 3 814
ƏLLƏRİN AĞRIMASIN..ALLAHIM TUTULAN ORUCLARI,QILINAN NAMAZLARI EDİLƏN DUALARI DƏRGAHINDA QƏBUL ETSİN..AMİN...
XOŞ O KƏSİN HALINA Kİ,RAMAZAN AYININ GÖZƏLLİYİN DUYA BİLİR...
Meryem_Duyqu | 30 iyun 2014 15:50 | Status: Yazar | Şərh: 4 130
Bəzilərini bilirdim.Bilmədiklərimidə sayənizdə öyrənmiş oldum.Təşəkkür edirəm.
SEVDA | 30 iyun 2014 13:36 | Status: Nəzarətçi | Şərh: 17 441
melumatlara göre twk...
MELEK_ | 30 iyun 2014 10:14 | Status: Professional user | Şərh: 3 949
bezi faktlari bilirdim, bilmediklerimi de oxudum, Allah razi olsun
Gulshen. | 30 iyun 2014 09:29 | Status: Qonaq | Şərh: 0
Maraqli melumatdi twk
Nergiz love | 30 iyun 2014 04:52 | Status: Professional user | Şərh: 7 871
ey yarebbim sen edilen dualari oruclari qebul ele,amin
indra | 29 iyun 2014 21:21 | Status: VİP user | Şərh: 908
Amin inshaallah
pinarcik | 29 iyun 2014 21:16 | Status: Şərhçi | Şərh: 194
Allah butun orut tutan insanlarin orucunu qebul etsin eyni zamanda namzlarini ve dualarini amin.Allah butun muselman ehlini qorusun amin tsk
Nurus. | 29 iyun 2014 20:58 | Status: Brilliant user | Şərh: 6 982
Sitat: Röyamsan.
Allah bütün oruc tutanların orucunu qəbul etsin amin!

Amin.
SABINA | 29 iyun 2014 19:54 | Status: Professional user | Şərh: 7 410
allah razi olsun
Girl | 29 iyun 2014 19:32 | Status: Professional user | Şərh: 8 206
Maraqlı oldu bilmək... Təşəkkürlər Nurcan...
My life | 29 iyun 2014 19:03 | Status: Qonaq | Şərh: 0
Sitat: DENIZ QIZI3
maraqli yazidir bezilerini bilirdim ,Allahim bu gozel ayda gunahlarimizi bagislasin orucumuzu qebul etsin
deryadeniz | 29 iyun 2014 18:20 | Status: Qonaq | Şərh: 0
her seyi anlamadim birce 17ci cumleni anlamadim


HEMD OLSUN SENE YA REBBIM
DENIZ QIZI3 | 29 iyun 2014 15:13 | Status: Gümüş user | Şərh: 3 858
maraqli yazidir bezilerini bilirdim ,Allahim bu gozel ayda gunahlarimizi bagislasin orucumuzu qebul etsin
Vetenperver | 29 iyun 2014 14:59 | Status: Professional user | Şərh: 6 700
Maraqlı faktlardır,bəzilərini bilirdim bəzilərini yox.
"Bilirdinizmi ki, Quranın ilk ayəsi – Ramazan ayının 17-i, bazar ertəsi nazil edilmişdir?"
Quranın ilk nazil olunduğu gün "qədir gecəsi" adlanır və o gün 3 gündən biridir hansı gündür dəqiq bilinmir ona görə bu faktı yanlış adlandırmaq olar.
NURLU | 29 iyun 2014 14:23 | Status: Professional user | Şərh: 5 552
Sitat: Röyamsan.
Allah bütün oruc tutanların orucunu qəbul etsin amin!
Gülçin | 29 iyun 2014 14:20 | Status: Brilliant user | Şərh: 6 780
Havayı yerə bu aya "On bir ayın sultanı" demirlər ki?!
Xəbərə görə təşəkkürlər.
Röyamsan. | 29 iyun 2014 13:50 | Status: Brilliant user | Şərh: 6 102
Allah bütün oruc tutanların orucunu qəbul etsin amin!