Həyat tərzi / İslam

İslamda boşanma və səbəbləri

leyla meherremova | 19-05-2014, 11:30
10 880 25
 


Boşamaq üçün istifadə edilən sözləri kişinin xanımına qarşı söyləməsi ilə talaq məsələn boşama hasil olar. Boşamaq üçün istifadə edilən sözlər iki növdür: Açıq sözlər və kinayəli sözlər.
"Sən məndən boş ol", "Mən səni boşadım"  kimi sözlər açıq sözdür. Kişinin bu sözləri, zarafat olaraq, qəzəblə ya da söylədiyi anda mənasını bilmədən belə demiş olması, qəbul edilər, yəni boşanmış  olar. (Səni boşadım, səni tərk etdim) sözləri açıq söz qəbul edilir.
 
 
1 ya da 2 dəfə belə açıq sözlə boşamağa, geri dönüşü mümkün olan boşama talaqi-rici deyilir.
Lakin yenə də 3 haqqından biri getmiş olur.

Bu sözlərdən hər hansı biri, 1 dəfə deyildiyində, peşman olunmuşdusa, köhnə nikaha dönmək niyyəti ilə, xanımının əlini tutarsa ya da öpərsə, təkrar nikah etmədən iki bağ ilə evliliyi davam edə bilər.
 
 Bu, Allahın sizə nazil etdiyi əmridir. Kim Allahdan qorxarsa, Allah onun günahlarından keçər və onun mükafatını artırar.(Talaq surəsi-5)

ذَٰلِكَ أَمْرُ اللَّهِ أَنْزَلَهُ إِلَيْكُمْ ۚ وَمَنْ يَتَّقِ اللَّهَ يُكَفِّرْ عَنْهُ سَيِّئَاتِهِ وَيُعْظِمْ لَهُ أَجْرًا

İslamda boşama, prinsip olaraq ərin tək tərəfli, öz iradəsiylə və məhkəmə qərarına ehtiyac olmadan meydana gəlir. Ər, şəxsən boşaya biləcəyi kimi, bir vəkil vasitəsi ilə də boşaya bilər. Ya da arvadına boşama səlahiyyəti (tefvîz) verə bilər. Digər tərəfdən bəzi boşanma səbəbləri ortaya çıxınca, qadının da məhkəməyə baş vuraraq evliliyə son verdirməsi mümkündür.
 

Bu boşanma səbəbləri 7 maddədə toplanır:


1. Allahın əmr etdiyi şəkildə yaşamaqdan qaçınmaq, İslami əmrləri  yerinə yetirməmək:

İslam, tövhid dinidir. İslami evlilik də Allah rizasına uyğun olaraq edilməlidir .. Yoldaşlar, həyat yolunda İslami hökmləri birlikdə yerinə yetirərək Allahın razılığını və məmnuniyyətini qazanmağı məqsəd hesab edərlər. İslami evliliyi, müşrik və ya qeyri islami evliliklərdən ayrı və üstün tutan tərəfi də budur. İslami evlilikdə olmazsa olmaz, əsas şərt, fərdlərin Allahın əmrlərini yaşamaqda qərarlı və ehtiyatlı düşünmələridir. İslamı düşüncədə saxlamaqdan çox, həyatda da tətbiq etmək lazımdır. Lakin yoldaşlardan birinin, Allahın əmrlərini unutması, tətbiq etməkdən boyun qaçırması, yoldaşına İslam xaricindəki hər hansı bir mövzunu qəbul etdirməyə çalışması, tamamilə İslami məsuliyyətdən uzaq bir yaşayış tərzi göstərməsi vəziyyətində qadına da, kişiyə də boşanma haqqı verilmişdir. Çünki müsəlman biri, Allah rizası üçün evlənir, və bundan başqa şeylərlə, yəni şeytanın hökmləriylə yaşamağı qətiliklə qəbul edə bilməz və etməməlidir də ... Təməli möhkəm edən əsas məsələ, yoldaşların bir-birlərinə duyduqları eşqdən çox, Allaha duyduqları eşqdir. Allahı məmnun edə bilmədikdən sonra, bir-birlərini məmnun etmələrinin evli cütlərə, dünya üçün də, axirət üçün də qazandıracağı heç nə yoxdur. İSLAMİ evlilikdə MƏQSƏD, DÜNYADA DA, AXİRƏTDƏ DƏ səadətə çatmaqdır .. XÜSUSİLƏ axirət səadətinin reallaşması da Allahın əmrlərinidən heç bir əskiklik etmədən yaşamaqdan GEÇƏR ..

2. Xəstəlik və ya qüsur:

Evlilik əqdi əsnasında mövcud olan və ya evlilik əsnasında meydana gələn bəzi qüsur və ya xəstəliklərə görə qadının boşanmaq haqqı vardır. Bunlar, ağıl xəstəlikləri, cüzam və zöhrəvi xəstəliklər kimi birlikdə həyat halına zərəri qaçınılmaz olan xəstəliklərdir.

3. Ərin qadını maddi cəhətdən təmin etməməsi:

Qadının yemə-içmə, geyim və sığınma xərcləri ərinə aiddir. Ər varlı olduğu halda, yoldaşıyla maraqlanmaz və onu aclıq və səfalət içində buraxarsa, qadının əvvəl ərindən aliment almağa çalışması, bu mümkün olmazsa, boşanmaq üçün çarə axtarışı haqqı var. Ər kasıbdırsa, qadınının onu tək buraxması, hətta bu səbəblə ondan ayrılmağa cəhd etməsi, vəfasızlıq hesab olunur.

 
Var-dövlət sahibi öz varına görə xərcləsin. İmkanı az olan isə Allahın ona verdiyindən xərcləsin. Allah heç kəsin üzərinə Özünün ona verdiyi nemətdən artıq yük qoymaz. Allah hər bir çətinlikdən sonra asanlıq verir. (Talaq surəsi-7)

لِيُنْفِقْ ذُو سَعَةٍ مِنْ سَعَتِهِ ۖ وَمَنْ قُدِرَ عَلَيْهِ رِزْقُهُ فَلْيُنْفِقْ مِمَّا آتَاهُ اللَّهُ ۚ لَا يُكَلِّفُ اللَّهُ نَفْسًا إِلَّا مَا آتَاهَا ۚ سَيَجْعَلُ اللَّهُ بَعْدَ عُسْرٍ يُسْرًا 

 
4. Ərin evi tərk etməsi:

Ərin evi tərk etməsi və buna görə səbəb ola bilər, çətinlik və fitnəyə düşmək təhlükəsi qarşısında, qadının məhkəmə vasitəsilə evliliyə son verməsi söz mövzusu ola bilər. Kişinin həyat və ölümünə dair xəbər almaqdan ümid kəsildiyi tarixdən etibarən dörd il gözlənilir, bu zaman ərzində xəbər alınmadığı və qadın boşanmaqda israr etdiyi təqdirdə din hakimi, ayrılığa (talağa) hökm edər.

5. Ərin həbs edilməsi:

Malikilərdən başqa, əksəriyyət müctəhidlərə (məzhəbə) görə, ərin həbs edilməsi və ya həbsdə oluması, yaxud düşmənə əsir düşməsi bir boşanma səbəbi deyil. Çünki bu mövzuda ayə və hədisi yoxdur.

6. Şiddətli keçimsizlik və pis rəftar:

Yoldaşların bir-birlərinin şərəf və ləyaqətlərini istiqamətli ittihamlar nəticəsində çıxan soyuq mübahisələrə şiddətli dolanışıqsızlıq deyilir.
Pis rəftar isə, ərin, yoldaşını söz və ya hərəkət ilə narahat etməsidir: Söymək, döymək və Allahın haram qıldıqlarını etməyə məcbur kimi davranışlar, pis rəftar sayıla bilər.
Dolanışıqsızlıq hər iki tərəfdən qaynaqlana bilər. Zərər çəkmiş şəxs olan yoldaş, hakimə müraciət edərək, hakimin məsləhəti ilə barışıq və ya boşanma istəyində olunub olunmadığı araşdırıla bilər.


7. Zina (xəyanət):

Zina da evliliyi sona çatdırma səbəbidir. Ağır və üz qızardan bir günahdır.

Boşanma, ailəni degenerasiya olmaqdan qoruyan bir tədbirdir. Əslində boşanma, cütlər üçün bir mənada salamatçılıq və mərhəmətdir. Boşanmanı qadağan etmək, evlənmənin azalmasına səbəb ola bilər. Çünki, ehtiyac halında boşanamıyacağını bilən kimsə, evlənməyə yaxın durmaz. Girəcəyi bir qapının əbədi olaraq üzünə bağlanacağını bilən insan, o qapıdan girmək istəməz. Evlənənlərin azalması da, fahişəliyin artmasına və ailə dəyərlərinin itməsinə səbəb olar. Bütün bu zərərlər, nəticədə qadına daha çox toxunar.
 
 
Heyzdən kəsilmiş yaşlı qadınlarınızın iddəsi barəsində şübhəniz varsa, onların, eləcə də hələ heyz görməmiş qızların gözləmə müddəti üç aydır. Hamilə qadınların gözləmə müddəti isə onlar hamiləlikdən azad olana qədərdir. Kim Allahdan qorxarsa, Allah onun işini asanlaşdırar. (Talaq surəsi - 4)

وَاللَّائِي يَئِسْنَ مِنَ الْمَحِيضِ مِنْ نِسَائِكُمْ إِنِ ارْتَبْتُمْ فَعِدَّتُهُنَّ ثَلَاثَةُ أَشْهُرٍ وَاللَّائِي لَمْ يَحِضْنَ ۚ وَأُولَاتُ الْأَحْمَالِ أَجَلُهُنَّ أَنْ يَضَعْنَ حَمْلَهُنَّ ۚ وَمَنْ يَتَّقِ اللَّهَ يَجْعَلْ لَهُ مِنْ أَمْرِهِ يُسْرًا

 
@Xəbər azadqadın az. saytı üçün hazırlanmışdır, istifadə edərkən istinad mütləqdir.

Nigar | 19 fevral 2015 23:09 | Status: Gümüş user | Şərh: 6 063
Sitat: Gulumka
Cox sag ol leyla !
BULUTUM | 22 may 2014 06:25 | Status: Professional user | Şərh: 7 386
Eger bir aileli xanim ve yaxud kiwi xeyanet edirse onun kebini batil olur?

Sitat: GUN 22
MEN ESITMISEMKI 40 GUN MUDDETINDE ER ARVAD AYRI YASASA BOSANMIS SAYILIR ALLAH YANINDA ONDA BU SEBEBLE OLSA MEN BOSANMIS QADINAM BIZIMKI YASAMAQ DEYIL SURUNMEKDI SURETLI DIDISMELER EVDE KECIMSIZLIK BEZMISEMHELE AYLARLA BEZEB 1 ILLE AYRI YASAMAQ

Niye xanim beledi sizde?
HESENIM | 21 may 2014 12:18 | Status: Gümüş user | Şərh: 1 262
Sitat: leyla meherremova
Sitat: HESENIM
LEYLA BACI BIZDE IMAM KEBINI YOXDU ANCAQ ZAKSDIR SENCE ALLAH BIZI ER ARVAD SAYMIR.BIRDEKI MENIM YOLDASIM DINDARDIR ESLINDE TOYA 3 GUN QALMIS GEDECEYDIK AXSAM GELDILER MAMAM DEDI GECEDI ATASI EVDE YOXDU BASQA VAXT EDIN.O DA KINLIDIR KESDIRMEDI USAQ OLANDAN SORA DEDIM USAQ ALLAH QATINDA BIC SAYILAR GEDEK MOLLADANDA KEBIN ETDIREK DEDI BALAM MEN OZUM KESTIRMISEM KEBINIOMIZI SENE EHTIYAC YOXDU AMA HEC BIR KAQIZ FALAN GORMEDIM BELE SEY OLARMI BACI?

Diqqət! Sizin gizli mətnə baxmağa hüququnuz yoxdur.
tesekkur edirem baci cox saq ol
HaziranGecesi | 20 may 2014 22:02 | Status: Şərhçi | Şərh: 273
nisanimizdan bir gun sonra kebin teleb etdim,bize kebin kesdiler,zaksimiz da toydan 1 gun qabaq olub.
HESENIM | 20 may 2014 18:08 | Status: Gümüş user | Şərh: 1 262
LEYLA BACI BIZDE IMAM KEBINI YOXDU ANCAQ ZAKSDIR SENCE ALLAH BIZI ER ARVAD SAYMIR.BIRDEKI MENIM YOLDASIM DINDARDIR ESLINDE TOYA 3 GUN QALMIS GEDECEYDIK AXSAM GELDILER MAMAM DEDI GECEDI ATASI EVDE YOXDU BASQA VAXT EDIN.O DA KINLIDIR KESDIRMEDI USAQ OLANDAN SORA DEDIM USAQ ALLAH QATINDA BIC SAYILAR GEDEK MOLLADANDA KEBIN ETDIREK DEDI BALAM MEN OZUM KESTIRMISEM KEBINIOMIZI SENE EHTIYAC YOXDU AMA HEC BIR KAQIZ FALAN GORMEDIM BELE SEY OLARMI BACI?
NURLU | 20 may 2014 09:12 | Status: Professional user | Şərh: 5 552
Sitat: leyla meherremova
Canım, əyər siz evlənəndə kəbin kəsdirmisinizsə və evlənəndən bəri uzun müddət ayrı qalmamısınızsa lazım deyil...

beli canim toydan 1 ay qabaq kesilib.toydan 2 ay sonra birlikde bura gelmisik.2ilden coxdu hele ayri qalmamisiq.
aydinliq getirdiyin ucun saq ol
NURLU | 20 may 2014 06:10 | Status: Professional user | Şərh: 5 552
LEYLAM sene bir sual verim ve yaxud kim bilirse cvb yazsin xahis edirem.
men kecen il AZERBAYCANA gedende,menim qaynanam tek bir ocaq vardi ora getmisdi,(adini unutmusam sekidedi)neziri olduqu ucun,orda olan bir kisi oqlunla gelinive de kebinlerin tezelesinler deyib.hemin muddetde 1il idiki aileli idik,ve sonra biz tezelemeyi unutduq.
yeni sorusmaq istediyim bu mutleqdi etmeliyik??ve biz burda ola ola sexsiyet vesiqemiz qaynanamdadi bizsiz ede biler??eger vacibdise.
gulya20 | 19 may 2014 23:08 | Status: Professional user | Şərh: 4 677
Xebere gore tesekkurler Leyla xanim.Allah bosanmagi hec bir aileye gostermesin
Gulumka | 19 may 2014 21:57 | Status: Şərhçi | Şərh: 904
Cox sag ol leyla !
birdane | 19 may 2014 21:46 | Status: Professional user | Şərh: 3 726
allah qorusun hamisinin ailesini allah mehriban elesin amin
SEVDA | 19 may 2014 17:22 | Status: Nəzarətçi | Şərh: 17 437
Allah qorusun hamının ailesini.....
Aynur_Mezahirli | 19 may 2014 17:03 | Status: Qonaq | Şərh: 0
LEYLA bacım lazımlı xəbər üçün çox təşəkkürlər bilməyənərdə bilsin inşallah. Allah hər bir ailəni möhkəm etsin amin...!!!
ehtibar | 19 may 2014 15:23 | Status: Gümüş user | Şərh: 2 547
maraqli xeberdir
Lumia | 19 may 2014 15:15 | Status: Professional user | Şərh: 5 378
Allah butun aileleri qorusun ve hec bir aileye bosanma nesib etmesin.Amin.Tesekkurler Leyla xanim.

Sitat: K.AWK.S.LOVE
Eger aile uwaq uste ayrilsa islam buna ne deyir.

Mence yaxsi baxmir Islam.Usagi Allah verir.Ovladin olmamasi da bir sinaqdir.Onagore de ovlada gore aile dagitmaq duzgun deyil.
2 kalp | 19 may 2014 14:34 | Status: VİP user | Şərh: 1 280
mohtesem yuz yilda baxmisdim rustem nigara 3 defe bos ol dedi belelikle bosandilar mehkemeye get gel derdi yoxdu asan yol allah qismet elemesin
K.AWK.S.LOVE | 19 may 2014 14:29 | Status: Gümüş user | Şərh: 1 236
Eger aile uwaq uste ayrilsa islam buna ne deyir.
Nazlı_Kız | 19 may 2014 14:00 | Status: Brilliant user | Şərh: 6 472
ALLAH HEÇ BİR CÜTLÜYƏ GÖSTƏRMƏSİN BOŞANMAQ.TƏŞƏKKÜRLƏR CANIM XƏBƏR ÜÇÜN.
SULTANIM | 19 may 2014 13:30 | Status: Ekspert | Şərh: 4 742
Sitat: Alice
Rəbbim heç bir qadın və kişinin həyatına bu günü yazmasın.. Amin..

Amin! Xebere gore tesekkurler.
HESENIM | 19 may 2014 13:18 | Status: Gümüş user | Şərh: 1 262
TESEKKUR EDIREM LEYLA BACI COX MARAQLI OLDU
ŞehZam | 19 may 2014 13:15 | Status: Professional user | Şərh: 2 577
Sitat: Alice
Rəbbim heç bir qadın və kişinin həyatına bu günü yazmasın.. Amin..

Amin canım aminnn
Alice | 19 may 2014 13:13 | Status: Professional user | Şərh: 5 020
Rəbbim heç bir qadın və kişinin həyatına bu günü yazmasın.. Amin..
nurane55 | 19 may 2014 13:00 | Status: Professional user | Şərh: 1 849
Sitat: gulcin777
Çox gözəl və maarifləndirici xəbərdir. Leyla, əllərinə,ürəyinə sağlıq.
nergiz_zz | 19 may 2014 12:56 | Status: Professional user | Şərh: 3 814
ƏLLƏRİN AĞRIMASIN LEYLA BACI.ALLAH RAZI OLSUN.RƏBBİM HEÇ BİR QADINA AYRILIQ YAŞATMASIN..AMİN..
Aytekin82 | 19 may 2014 12:44 | Status: Brilliant user | Şərh: 6 586
Şiddətli keçimsizlik və pis rəftar:


Allah heç kəsə bunları yaşatmasın....
Təşəkkürlər, bitanem
Gülçin | 19 may 2014 12:32 | Status: Brilliant user | Şərh: 6 778
Çox gözəl və maarifləndirici xəbərdir, Leyla, əllərinə sağlıq.