Həyat tərzi / İslam

İmam Həsən bin Əli bin Əbu Talib kimdir?

leyla meherremova | 24-05-2014, 14:30
2 326 20

 بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

 
Həsən bin Əli bin Əbu Talib və ya Həsən əl-Həsən Müctəba, (imam Həsən) (ə.s) Əli bin Əbu Talib (ə.s) və Fatimeyi Zəhra (s.s)-nın böyük oğulları və Məhəmməd (s.ə.v)-in ilk nəvəsidir. Şiələr əksəriyyətlə onu imamlarının ikincisi qəbul edir, çox kiçik bir təriqətə görə isə ikinci imam Hüseyn bin Əli (ə.s)-dir. Bununla birlikdə istər Sünni, istərsə də Şiə-Ələvi İslam anlayışında çox əhəmiyyətli bir yeri vardır: onun, peyğəmbərin Əhli Beytindən olduğu mövzusunda hər kəs həmfikirdir. Atası ilə 37 il, babası ilə isə 8 il bir dövrdə yaşamışdır. Nəslindən gələnlərə Şərif deyilir.

İmam Həsən (ə.s) Hicrətdən 3 il sonra, miladi 624 ildə doğulmuşdur. Atası Əli (ə.s), Məkkədən Mədinəyə köç vaxtı, Məhəmməd (s.ə.v)-in yatağına yatıb, öz canını heçə sayan, Məhəmməd (s.ə.v)-ə etibar olunan əmanətləri sahiblərinə çatdıran şəxsdir, eyni zamanda Məhəmməd (s.ə.v)-in ( Əmisi Əbu Talibin oğlu) əmisi oğlu və kürəkəni, anası Fatimə (ə.s) isə Məhəmməd (s.ə.v)-in nəslini davam etdirən tək övladıdır.

Həsən (ə.s), Məhəmməd (s.ə.v)-in ilk nəvəsidir və onun adını babası qoymuşdur. Həsən adın mənası, ərəbcə gözəl, yaraşıqlı mənasına gəlir.

Həsən (ə.s) və qardaşı Hüseyn (ə.s) babaları Məhəmməd (s.ə.v) tərəfindən çox sevilirdilər, bu iddianı dəstəkləyən onlarla hədis tapmaq mümkündür. Məsələn, bunlardan biri: "Həsən və Hüseyn Cənnət gənclərinin əfəndiləridir."  hədisidir.

Peyğəmbərimiz Məhəmməd (s.ə.v) onları əbasının altına alaraq: "Bunlar mənim Əhli Beytimdəndirlər, Allahım, bunlardan hər cür qüsuru uzaqlaşdır və bunları tərtəmiz et!" duasını etdiyi, dörd adamdan biridir.
Gəlin uşaqlarımızı və uşaqlarınızı, qadınlarımızı və qadınlarınızı, özümüzü və özünüzü çağıraq və sonra qarğış edib yalvaraq və Allahın lənətini yalançıların üzərinə oxuyaq"  ayəsinə gəlincə Məhəmməd (s.ə.v), Əli (ə.v), Fatma (ə.s), və Hüseyn (ə.s) ilə birlikdə onu da yanına çağırmış və bu şəkildə dua etmişdir: « Ey Allahım! Bunlar mənim əhlimdəndirlər.»

Əli (ə.s), Kufədə öldürüldükdən sonra, Əli (ə.s)-nin tərəfdarları Həsən (ə.s)-ə bağlılıq andı (beyət) etdilər. 
Müaviyyə dərhal Suriya, Fələstin və Livandakı ordu komandirlərinə döyüş hazırlıqlarına başlamaları üçün təlimat verdi, digər tərəfdən də Həsən (ə.s) ilə razılaşa biləcəyini sınadı.

إِلَٰهِ النَّاسِ

 
Həsən (ə.s)-ə xəlifəlik iddiasından imtina etməsini bildirən bir məktub göndərdi və əgər imza atmazsa, istəmədiyi nəticələrin doğulacağını və müsəlmanların öləcəyini yazmışdı. Əslində, Müaviyə üçün ən yaxşısı Həsən (ə.s)-in xəlifəlik haqqından imtina etməsi olacakdı. Həsən (ə.s) imtina etmədi və razılaşma təmin edilə bilmədi. Kimi qaynaqlara görə altmış min olduğu iddia edilən Müaviyənin ordusu Həsən (ə.s) ilə döyüşmək üçün hücuma keçdi. Digər tərəfdən Həsən (ə.s) da qırx min nəfərlik ordusunu qurmuş və döyüşə hazır idi, iki ordu Sabat yaxınlarında qarşılaşdılar. Həsən (ə.s) döyüş başlamadan əvvəl Müaviyə əsgərlərinə çıxış edərək onlara səhv istiqamətdə olduqlarını və Müaviyəni haqsız görüb, onun tərəfində olmamaları lazım olduğunu Quran və hədislərdən nümunələrlə izah etdi. Həsənin təslim olacağını sanan bir qisim birliklər, Həsən (ə.s)-a asi oldular və ona hücum etdilər. Həsən (ə.s) yaralansa da, yaxın qorumaları bu hücumu yatırtmağı bacardı. Xüsusilə Həsən (ə.s)-in ordu komandirlərindən Ubeydullah, Müaviyənin tərəfinə keçdi.

Müaviyə xilafətinin onuncu ilində, Həsən (ə.s)-in varlığından çox narahat olmuş və Həsən (ə.s)-ı öldürmə fikirinə qapılmışdır, digər tərəfdən də xilafəti, oğlu Yezidə vəsiyyət etmənin yollarını axtarırdı və gizlidən oğlu üçün beyət almağa başlamışdır.
Müaviyə bir tərəfdən də, Həsənin arvadı olan Eşas bin Kays qızı Cudeyə, ərini zəhərlədiyi təqdirdə onu yaxında xəlifə olacaq oğlu Yezidlə evləndirəcəyini söyləmiş və bu xəbərlə birlikdə yüz min dirhəm göndərmişdir. Cudə, atası Eşasın da ona olan təyiqi ilə, Həsəni (ə.s) zəhərləmişdir. Həsən (ə.s) bu zəhərlənmə qarşısında qırx gün ağır bir şəkildə xəstə yatdı. Həsən (ə.s), hicrətdən 50 il sonra Səfər ayında,  verilən qüvvətli zəhər qarşısında ciyərləri parçalanaraq və şəhid olmuşdur.

Şiənin ikinci imamı olan və imaməti 10 il davam edən Həsən (ə.s), sünnilərin 5-ci xəlifəsi, qardaşı və qəyyumu Hüseyn (ə.s) tərəfindən qüsl verilib, kəfənlənmiş və öz vəsiyyəti ilə babası Məhəmmədin (s.ə.v) yanına basdırılmaq üçün cənazəsi yola çıxarılmışdır. Bunu xəbər alan 1-ci xəlifə Əbu Bəkrin qızı və Məhəmməd (ə.s) arvadı Aişə buna maneə törətmiş və Müaviyə tərəfindən təyin edilən Mədinə idarəçi əsgərləriylə, cənazəni oxlayaraq , Həsənin (ə.s) babasının yanında dəfninə icazə verməmişdir. Tərəfdarları və qardaşı Hüseyn (ə.s), Həsəni (ə.s) Baqi Qəbiristanlığına dəfn etmişdirlər ....
 
 

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ أَعُوذُ بِرَبِّ النَّاسِ

 
 
@ Xəbər azadqadın az. saytına məxsusdur, istifadə edərkən istinad mütləqdir.
 
 
 

dılay | 25 yanvar 2016 21:02 | Status: Brilliant user | Şərh: 8 183
Sitat: Black_sTaR
Allah razı olsun.
ESMERRi | 9 noyabr 2015 22:16 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: beser 1977
Allah yezidlere lenet etsin.ALLAH.MEHEMMED YA ELI.Dini islamimizin eksine olanlara min lenet.
beser 1977 | 14 yanvar 2015 01:46 | Status: Qonaq | Şərh: 0
Allah yezidlere lenet etsin.ALLAH.MEHEMMED YA ELI.Dini islamimizin eksine olanlara min lenet.
Black_sTaR | 26 may 2014 00:58 | Status: Professional user | Şərh: 846
Allah razı olsun.
Nergiz love | 25 may 2014 21:05 | Status: Professional user | Şərh: 7 871
TESEKKURLER GOZEL XEBERUCUN
Röyamsan. | 25 may 2014 18:24 | Status: Brilliant user | Şərh: 6 102
Allah razı olsun bacı.
ehtibar | 25 may 2014 00:10 | Status: Gümüş user | Şərh: 2 547
COX GOZEL ELLERINIZ VAR OLSUN KONULLERINIZ DAIMA WAD OLSUN GOZEL XEBERDIR
Aynur_Mezahirli | 24 may 2014 23:37 | Status: Qonaq | Şərh: 0
Leyla baci xeber ucun Allah razi olsun...
Meryem_Duyqu | 24 may 2014 20:36 | Status: Yazar | Şərh: 4 130
Leyla xanım,gözəl xəbər üçün çox sağ olun...
gulya20 | 24 may 2014 18:45 | Status: Professional user | Şərh: 4 677
Tesekkurler,Allah razi olsun.
nergiz_zz | 24 may 2014 17:53 | Status: Professional user | Şərh: 3 814
ALLAH SƏNDƏN RAZI OLSUN....ƏLLƏRİN AĞRIMASIN....
SABINA | 24 may 2014 17:24 | Status: Professional user | Şərh: 7 410
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ أَعُوذُ بِرَبِّ النَّاسِ

tesekkurler leyla maraqli xeberdir.
Gulshen. | 24 may 2014 17:18 | Status: Qonaq | Şərh: 0
Melumata gore twkler
sheh | 24 may 2014 16:44 | Status: Yazar | Şərh: 3 353
bircə kəlmə HALAL OLSUN.
ŞehZam | 24 may 2014 16:38 | Status: Professional user | Şərh: 2 577
Təşəkkürlər xəbərə görə...
HESENIM | 24 may 2014 16:05 | Status: Gümüş user | Şərh: 1 262
cox gozel allah razi olsun gozlediyim xeber idi menim oqlumun da adi hesendir allah butun balalari saxlasin
Lumia | 24 may 2014 15:38 | Status: Professional user | Şərh: 5 378
Tesekkurler xebere gore.
Girl | 24 may 2014 14:51 | Status: Professional user | Şərh: 8 206
Haqqında bilmək maraqlı oldu... Təşəkkürlər Leyla bacı...
Gülçin | 24 may 2014 14:51 | Status: Brilliant user | Şərh: 6 780
Maarifləndirici xəbərdir, təşəkkür edirəm. 0140
Nara88 | 24 may 2014 14:45 | Status: Professional user | Şərh: 4 253
tesekkurler cox maraqlidi,ilk likede menden)