Həyat tərzi / İslam

Peyğəmbərimizin nümunəvi əxlaqı- 4 (Xoşxasiyyətli)

X... | 28-02-2014, 20:00
3 525 30


 Peyğəmbərimizin nümunəvi əxlaqı- 4 (Xoşxasiyyətli)
 
 
 Dəyərli AzadQadin.az-lılar bildiyiniz kimi uzun müddətdir xəbərimin davamı dərc olunmurdu.
 
 
Yenidən sizin sevdiyiniz xəbərlə qarşınızdayam.
 
 
 Bu xəbərimin əvvəlki hissələri.
 
 
 
 
 
 

 
 
 Bugün isə Peyğəmbərimizin nümunəvi əxlaqı-4 (Xoşxasiyyətli) xəbərini sizlərlə paylaşacam.
 

 
 Yəhudidə olsa insandı
 
 Mədinədə meydanlıq bir yerdə yoldaşlarıyla oturmaqdadır. Qarşılarından bir cənazə izdihamı keçər. İzdihamın hər halından müəyyən olunur ki, bu bir Yəhudi cənazəsidir. Hz. Məhəmməd (s.ə.s.) cənazə keçənə qədər qalxaraq ayaqda gözləyər.
 
Yoldaşları təəcüblənmiş "bəlkə də vəziyyəti anlaya bilməmişdi" düşüncəsiylə xəbərdar edərlər:

"Ey Allahın Elçisi! Bu bir yəhudidir."

Yəni müsəlman deyil. Yəni ayağa qalxmağınız gərəksizdir.

Halbuki Hz. Məhəmməd (s.ə.s.) başından bəri hər şeyin fərqindədir, cavab verir:

     "Lakin eyni zamanda bir insandır." [1]
 
 
 
 
 
 Abdullahla işiniz olmasın
 
 Yoldaşları öz daxillərində olan birini Ona (s.ə.s.) şikayət edərlər. Bu Hüzafənin oğlu Abdullahdır.
 "Çox zarafat edir və boş şeylərlə məşğul olur." deyərlər.
 
 Hz. Məhəmməd (s.ə.s.) söhbəti uzatmaz və belə deyir:

     "Abdullahla işiniz olmasın. Çünki, Abdullah Allahı və Allahın elçisini həqiqətən sevən bir kimsədir." [2]
 
 
 
 Sərxoşa lənət
 
 Bir çox dəfə sərxoş vəziyyətdə tutulmuş bir Müsəlman yenə eyni vəziyyətdə Hz. Məhəmmədin (s.ə.s.) qarşısına gətirilir. O əsnada yanında olanlardan biri dayana bilməz, sərxoşa çevrilərək:

"Allah sənə lənət etsin." deyər.

Hz. Məhəmməd (s.ə.v.), qaşları çatıq, üzü gərgin, lənət oxuyana səslənər:

     "Ona lənət oxumayın. Allaha and içirəm ki, mən onu tanıyandan bəri o həmişə Allah ilə Allahın Rəsulunu sevər." [3]
 
 
 
 Taifə Xeyir-dua

Uzanan mühasirənin çətinliklərindən xilas olmaq üçün yoldaşları Taif şəhərinə qarğış etməsini istəyərlər. O Taif ki, illər əvvəl də dinini yaymaq üçün yardımlarını istəməyə getdiyində özünü daş və tüpürcək yağışıyla qarşılamışdır. Əllərini qaldırar və dua edər:

     "Allahım! Taif xalqını İslamın zənginliyi ilə nemətləndir və Mədinəyə dostluq ruhu ilə göndər."

Duası eynilə qəbul edilir. [4]
 
 

 
 
 
 Hərkəs özünə yaraşanı etsin.
 
 Bir səfər əsnasında günorta fasiləsi vermişlər.Rəsulullah uzanıb istirahət etmək üçün yoldaşlarının düşərgə qurduğu yerdən xeyli uzaqda bir ağacın kölgəsini seçmişdir. Yatdıqdan bir müddət sonra Gavres adında  inancsız və özünü çox bilmiş hesab edən bir qəbilə rəisi tərəfindən fərq edilər. Gavresin ürəyi sevinc və həyəcanla dolar. Bu qəfil andan faydalanıb Hz. Məhəmmədi ( s.ə.s.) öldürəcək və bütün Ərəblər arasında bitib-tükənməyən bir məşhurluğa qovuşacaq. Həyəcanlı amma səssiz halda barmaqlarının ucuna basaraq yanına qədər soxular. Sakitcə əlini uzadaraq ağacın budağından asılı olan Hz. Məhəmmədin ( s.ə.s.) öz qılıncını götürər və hadisənin fərqində olmayan, gözləri bağlı Hz. Məhəmmədin ( s.ə.s.) boğazına söykəyər. Soyuq poladın təmasıyla gözlərini açan Hz. Məhəmməd ( s.ə.s.) baş ucunda qürurla gülümsəyən Gavresi görər. Gavres isə artıq zəfərindən əmin halda bu anın zövqünü çıxartmaq istər. Qudurmuşcasına bir rəftarla soruşur:
 
 
 "Ey Məhəmməd, indi səni mənim əlimdən kim qurtarar ?"

Görünüşcə haqlıdır da çünki əlindəki qılıncı iki santimetr itələməsi Hz. Məhəmməd ( s.ə.s.) üçün dünya həyatının sonu mənasını gələcəkdir. Lakin Peyğəmbərdə (s.ə.s.) heç bir həyəcan və qorxu əsəri görülməz. Gavresin sualına-

" Allah! .. " Deyə qışqıraraq cavab verər.

Və o anda "Allah" nidasının dəhşəti qarşısında  Gavres təpəsi üstə  yerə dığırlanar, əlindəki qılınc tüşərək gedər. Sonra onun özünü toplamasına imkan vermədən sürətlə qalxan Hz. Məhəmməd (s.ə.v.), qılıncını alır və hələ arxası üstə yatmaqda olan Gavresin boğazına söykəyər. Az əvvəlki vəziyyət indi tam tərsinə çevrilmişdir.
 
Təbəssümlü və sakit bir şəkildə soruşar :
 
 "Ey Gavres! İndi mənim əlimdən səni kim qurtaracaq ?"

Təəssüf ki, Gavresin "Allah" demək şansı yoxdur. Çünki o inancsızdır. Lakin son dərəcə ağıllı bir insan olduğunu verdiyi cavabla da sübut edər:

"Ey Məhəmməd! Hərkəs özünə yaraşanı etsin. "

Həyat qurtaran bu ağıllı cavab qarşısında Hz. Məhəmməd (s.ə.s. ) qılıncını geri çəkər və

"Get, sərbəstsən" deyər.  [5 ]
 
 
 
Gələn dəfəki xəbərdə Peyğəmbərimizin nümunəvi əxlaqı- 4 (Xoşxasiyyətli)-inin 7 hekayəsini daha oxuyacaqsız inşallah.
 
 
 @Tərcümə azadqadin.az saytına məxsusdur, istifadə edilərkən istinad mütləqdir.
 

ESMERRi | 7 dekabr 2015 08:38 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: 2 kalp
xeber ucun tesekkur
2 kalp | 3 mart 2014 17:38 | Status: VİP user | Şərh: 1 280
xeber ucun tesekkur
MELEK_ | 3 mart 2014 09:52 | Status: Professional user | Şərh: 3 949
Alah razi olsun, bele xeberi beyenmemekmi olar?
Alice | 2 mart 2014 15:50 | Status: Professional user | Şərh: 5 020
Ey Məhəmməd! Hərkəs özünə yaraşanı etsin. "

Həyat qurtaran bu ağıllı cavab qarşısında Hz. Məhəmməd (s.ə.s. ) qılıncını geri çəkər və 

"Get, sərbəstsən" deyər.  [5 ]
 
 
Ayyyyyyyy canım belə dəyərli gözəl xəbər üçün minnətdaram... Sevirəm belə  gözəl xəbərləri..  Allah razı olsun.... 
 
aynur198 | 2 mart 2014 14:41 | Status: Şərhçi | Şərh: 192
Gözəl hədisə görə  çox sağ olun..
OLUM MELEYI | 2 mart 2014 12:12 | Status: VİP user | Şərh: 499
GOZEL XEBERE GORE TEWEKKURLER
SEVDA | 2 mart 2014 11:02 | Status: Nəzarətçi | Şərh: 17 441
xebere göre teşekkür....
Nərmin.bayram | 1 mart 2014 21:00 | Status: Gümüş user | Şərh: 2 313
GÖZƏL  XƏBƏRƏ  GÖRƏ  TƏŞƏKKÜRLƏR  GÜNƏŞİM  ALLAH  RAZI  OLSUN
Gulshen. | 1 mart 2014 19:05 | Status: Qonaq | Şərh: 0
Deyerli ve faydali mukemmel xeberdi ellerinize sagliq
Lumia | 1 mart 2014 16:36 | Status: Professional user | Şərh: 5 378
Allah razi olsun senden Gunes.
SULTANIM | 1 mart 2014 15:10 | Status: Ekspert | Şərh: 4 742
Allah razi olsun.
Nazlı_Kız | 1 mart 2014 10:22 | Status: Brilliant user | Şərh: 6 473
Allah razı olsun canım dəyərli xəbər üçün.....
Nur | 1 mart 2014 07:24 | Status: Professional user | Şərh: 3 988
Gunesimmm Allah senden razi olsun,cox gozel xeberdi,Allah seni xosbext elesin insallah
canım aşkım | 1 mart 2014 04:23 | Status: Şərhçi | Şərh: 246
ALLAH razi olsun cox gozel xeberdi
pirenses | 1 mart 2014 00:22 | Status: VİP user | Şərh: 1 397
ALLAH RAZI OLSUN BUNU YAZANDAN..
melek92 | 1 mart 2014 00:13 | Status: Şərhçi | Şərh: 177
Allah razi olsun Gunewim xanim.
Girl | 1 mart 2014 00:05 | Status: Professional user | Şərh: 8 206
tesekkurler maraqli oldu
Meryem_Duyqu | 28 fevral 2014 23:53 | Status: Yazar | Şərh: 4 130
Sağol Günəşim xanım, çox gözəl xəbərdir...Allah razı olsun.
Aynur_Mezahirli | 28 fevral 2014 23:49 | Status: Qonaq | Şərh: 0
Gunewim Allah razi olsun, heqiqeten ibretli bir xeberdir. Tewekkurler!
bayaz gulum | 28 fevral 2014 22:29 | Status: VİP user | Şərh: 1 050
Sitat: əliyeva çinarə
allah razi olsun gozel xeberdi sozlerde cox gozel yazilib ellerinize sagliq

əliyeva çinarə | 28 fevral 2014 22:26 | Status: Qonaq | Şərh: 0
allah razi olsun gozel xeberdi sozlerde cox gozel yazilib ellerinize sagliq
Gülçin | 28 fevral 2014 22:25 | Status: Brilliant user | Şərh: 6 780
Sitat: nergiz_zz
ƏLLƏRİN AĞRIMASIN..ALLAH RAZI OLSUN....

 
Ureyimden kecenleri yazmisiz.
Qanad | 28 fevral 2014 22:23 | Status: Yazar | Şərh: 4 357
Allah razi olsun.
birdane | 28 fevral 2014 22:22 | Status: Professional user | Şərh: 3 726
allah razi olsun tesekkurler
Ayan92 | 28 fevral 2014 21:48 | Status: Professional user | Şərh: 3 056
Sitat: nergiz_zz
ƏLLƏRİN AĞRIMASIN..ALLAH RAZI OLSUN....

Amin.
Nara88 | 28 fevral 2014 21:27 | Status: Professional user | Şərh: 4 253
TESEKKERLER
Sabahım. | 28 fevral 2014 21:27 | Status: Professional user | Şərh: 3 359
SAĞ  OL.SAVABI  SƏNİN  OLSUN  BU  YAZININ.
Nefesim | 28 fevral 2014 20:47 | Status: Gümüş user | Şərh: 938
Cox sag ol Minecim ellerine sagliq, ALLAH razi olsun...
Nergiz love | 28 fevral 2014 20:33 | Status: Professional user | Şərh: 7 871
TANRI KOMEYIN OLSUN BACI

TANRI KOMEYIN OLSUN BACI
nergiz_zz | 28 fevral 2014 20:20 | Status: Professional user | Şərh: 3 814
ƏLLƏRİN AĞRIMASIN..ALLAH RAZI OLSUN....