İslam / Müdrik kəlamlar

Uşaq tərbiyyəsində dahilərin məsləhətləri

leyla meherremova | 3-11-2013, 16:30
9 919 34

Uşaq təhsilində örnək davranışlar sözlərdən daha təsirli ola bilər.
İbni Sina buyurur ki: "Uşaq təhsilində təşviq, təhdiddən daha yaxşı nəticə verər". Uşaqda yetkinlik əlamətləri görüldüyü zaman, onu gözəl şəkildə güdmək lazımdır. Yetkinlik əlamətlərinin başlanğıcı, həya başlanğıclarının meydana çıxmasıdır. Çünki uşaq, çəkindiyi və utandığı zaman, bir qism hərəkətləri tərk etdiyi an, ağılın nuru onun üzərində doğulmuşdur ki, bir qisim şeyləri çirkin görür və bir qisminə də müxalif çıxır. Uşaq elə bir hala gəlir ki, bir sıra şeylərdən utanmaqdadır. Bu isə, Allahu Təalanın uşağa vermiş olduğu bir hədiyyəsidir. Bu vəziyyət, uşağın əxlaqının normala döndüyünü, ürəyinin səfinə qovuşduğunu göstərər və bu vəziyyət uşağın həddi-büluğ çağında ağılının kamala çatacağını da müjdələr. Bu baxımdan utancaq bir uşağı nəzarətsiz buraxmaq uyğun deyil. Əksinə ona utanması və utanmaması lazım olan şeyləri öyrətmək surətiylə onun ədəbinə kömək edilməlidir. Uşağın gizlicə etdiyi hər şeydən onu daşınmağa çağırmaq lazımdır. Çünki uşaq gizlicə etdiyi bir şeyi çirkin qəbul etdiyi üçün belə edir. Bu baxımdan uşağı bundan daşınmağa çağırmaq, çirkin davranışları tərk etməyi öyrətmək lazımdır.
Uşağımızı günün bir qisimində mümkün olduğu qədər gəzməyə, aktiv hərəkətlər etməyə, idman fəaliyyətlərinə alışdırmalıyıq ki, uşaq tənbəlliyə alışmasın.

 

Uşaqlara cəza vermək.
Uşağı yersiz cəzalandırsaq, cəzanın lazımlı olduğu zaman isə nə edəcəyimizi bilməyə bilərik. Uşaqlarımız yaxşı işlər etdiklərində üzlərinə qarşı, xüsusilə başqalarının yanında təqdir edilə bilər, onların səhvlərini dərhal üzlərinə vurmayaraq hələ başqalarının yanında bunu heç etməməliyik. Əgər səhvlərində təkrarçı olsalar onlara səbirlə yaxınlaşaraq başqalarının görmədiyi yerdə onları tənqid edə bilər, doğrunu izah edə bilərik.

Uşağımızın qarşısında əsla iki qütb deyil, yekparə olmağımız lazımdır. Uşağımıza qarşı qəti və tutarlı davranmaq, öyüd verməklə yanaşı daha çox nümunə olan ata-ana olmağımız lazımdır. Uşağımıza yaxşını-pisi, doğrunu-səhvi təlqin etmək, öyrətmək bizə bir borcdur.

Uşaqlarımızdan gözlədiklərimizin bir anda reallaşmasını istəməyimiz səhv olardı. Unutmayaq ki, çəmən toxumları üç gündə, çinar toxumları isə üç ayda yaşıllaşar. Çəmənin ömürü bir neçə aylıq olursa çinarın ömürü bir neçə əsr sürür. Onları dinləməyə çalışaraq, onları anlayaq. Əsla dinlər kimi etməyək. Qarşılarına həmişə yetkinlər olaraq gəlməyərək bir də uşaq olaraq gəlməyi bacaraq.

Sədi Şirazi uşaq haqqında: "Uşaqlarımızı quzu kimi böyütməyək ki, gələcəkdə qoyun kimi güdülməsinlər" deyə buyurur. Bizdə o cücərtilərimizi tamamilə sərbəst buraxsaq bu halda onların istəklərinin sonu gəlməz. Lazım olduğunda "xeyr" deməsini də bilməliyik. Hər istədiklərini "bəli" ilə qarşılayaraq onları heç böyüdə bilmərik. Onlara hər istədiklərini almayaq. Bu al-mənili ətrafda hər istədiklərini almağımızın onlara doyumsuz və bədbəxt bir şəxsiyyət qazandıracağını unutmayaq.

Uşaqlarımızın yoldaşlarını evə dəvət edib, onları tanıyaq.

Bu həm bizim onlara dəyər verdiyimizi göstərəcək, həm də bizə, uşağımızın yaxın ətrafdakı yoldaşlarını görərək onu nəzarət etmə imkanı verəcək. Uşaqlarımızın etdiyi davranışların nəticələrini görməyə onlara kömək edək.

Unutmayın ki, bir qadının dünya həyatında əldə edə biləcəyi ən böyük xoşbəxtlik ana olmaqdır və bir ananın dünyaya təqdim edə biləcəyi ən əhəmiyyətli hədiyyə, imanlı, şəxsiyyətli, xoşbəxt və azad olaraq yetişdirilmiş olan uşaqlardır.
Ananın uşağın ilk və ən təsirli müəllimi olmasına baxmayaraq, ananın analıq edə bilməsi üçün mütləq məsuliyyətinin şüurunda olan bir ata-ərə ehtiyacı vardır. Əgər ata uşağın məsuliyyətinin hamısını qadına yüklərsə, yoldaşına da kömək etməzsə üstəlik uşaqdan ötəri ananı günahlandırmaq kimi çox pis bir rəftara əl atarsa o zaman həm özünə həm də ailəsinə çox böyük zərər vermiş olar. Ananı uşaqlara qarşı əksiltməmək ağıllı ata-ərlərin ən qabaqcıl olan vəzifələrindəndir.
Gözəllər gözəli Allahın yaratdığı bu mükəmməl aləmdə heç bir ağacın heç bir ağaca, heç bir barmaq izinin heç bir barmaq izinə, heç bir qum dənəsinin heç bir qum dənəsinə, heç bir uşağın da heç bir uşağa bənzəri olmadığı kimi hər uşağın tərbiyəsi, ruhu, xasiyyət və xüsusiyyətləri də digər uşaqlardan fərqlidir. Onun üçün uşaq tərbiyəsinin hər yerdə, hər zamanda hər kəs üçün etibarlı tək bir standartı yoxdur və ola bilməz də.
Necə ki Həzrəti Əli buyurur: "Övladınızı, olduğunuz zamandan başqa bir zaman üçün təlim və tərbiyə edin. Çünki onlar sizin zamanınızdan başqa bir zaman üçün yaradılıblar. Uşağınızın tərbiyəsində əsla qüsur və qəflət etməyin". Həzrəti Əlinin bu möhtəşəm təklifində isə diqqət çəkən ən əhəmiyyətli ünsürlərdən biridə uşaqlarımızı öz və ya özümüzdən əvvəlki zamanlara aid təlim və tərbiyə etməli deyil uşağın yaşayacağı zamana görə təlim və tərbiyə etməliyik. Əks halda uşaqlarımız bir çox problemlərlə qarşılaşaraq zamana uyğunlaşamazlar və özlərini rahat hiss edə bilməzlər.

Həzrəti Əlinin sözlərini, Sokrat da özünün bu ifadəsi ilə təsdiq edir:
"Uşaqlarınızı sizin izinizdə olmağa məcbur etməyin. Çünki onlar sizin zamanınızdan başqa bir zaman üçün yaradılmışlar."

Bir alimin də vurğuladığı kimi: ''Uşaq doğulduğu andan etibarən öyrənməyə başlayır. Əgər siz ilk illərdə ona təhlükəsizlik duyğusunu verər, onu sevgi və şəfqətlə bəsləsəniz o gələcəkdə "əmin olan və özündən əmin olunan" ümid, sevgi və inanc dolu bir insan olacaq. Əgər uşağınıza ilk illərdə təhlükəsizlik duyğusunu verə bilməsəniz, ömür boyu kimsəyə güvənməyən və kimsənin özünə güvənmədiyi, ümidsiz, sevgisiz və xoşagəlməz, pessimist bir insan olaraq yetişdirə bilərsiniz.
Biz uşaqlarımızdan məsul olduğumuz üçün onların bu günlərini düşündüyümüz kimi sabahlarını da düşünməyimiz lazımdır. Mümkün olduğu qədəriylə heç bir ana və ata uşağını qardaş-bacısız buraxmamalıdır. Çünki qardaş və bacısız bir uşağın ömür boyu qardaş və bacısı olmayacaq, özü də ömür boyu nə əmi, nə dayı və ya nə bibi nə də xala olmayacaqdır. Nə qədər təəccüblü olsa belə, ən asan uşaq yetişdirmə üsulu cüt-cüt böyüdülmə üsuludur. Yəni, uşağı tək buraxmayıb məqbul bir aradan sonra ona ikinci bir qardaş verib onu yalnız yetişdirməmək. Bu vəziyyətdə, həm ana-ata bir uşaq üçün verdiyi əməklə iki uşağı birdən yetişdirmiş olacaq, həm də uşaqlar bir-birlərinə arxa olaraq tək və yalnız olmanın ömür boyu sürə bilən psixoloji narahatlıqlarına tutulmayacaqlar.

 


Uşaqlara dinin təbliği
Uşağımıza namaz qılmağı əmr etməzdən əvvəl uşağımızı mükəmməl bir şəkildə dinimiz haqqında məlumatlandırmağı, məlumatlandırdıqdan sonra bildiklərinə sevdirməklə birlikdə inandırmağı təmin edərək sonrada şüurlandıraraq, arxasından da öyrəndiklərinə tətbiqi öyrətsək uşağımızın gələcəkdə necə gözəl əxlaqlı möminə çevrildiyinin şahidi olarıq. Bunları etmədən uşağa sevdirmədən, məlumatlandırmadan və hamısından əhəmiyyətlisi şüurlandırmadan namaz qılmağa məcbur etsəniz, yalnız ağıl yetkin olana qədər namaz qıldıra bilərsiniz. Halbuki namaz, ağıl yetkin olduqdan sonra fərz olar.
 
 Hər uşağın şəxsiyyəti yeddi yaşına qədər meydana gəlir.
Halbuki, işi bilməyən ana-atalar hər şeyin yeddi yaşından sonra başladığını sanarlar. Bu yaş, hər şeyin başladığı deyil, az qala şəxsiyyət meydana gəlməsinin tamamlandığı yaşdır. Bu demək deyil ki, uşağına geri qalan uşaqlıq illərində ediləcək bir şey yoxdur və sizə, artıq oturub halınıza ağlamaqdan başqa bir şey düşməz. Əlbəttə, yeddi yaşından sonra da ediləcək çox şey vardır, lakin uşağın şəxsiyyət skeleti ilk yeddi il içərisində qurulur, daha sonra edilənlər isə bu skeletin büründürülməsi və bəzənməsidir.
  
Ana və atalıq böyük bir ustalıq tələb edən gerçək bir sənətdir.
 Bu sənəti icra edə bilmək üçün hər vaxt lazımlı məlumat və təcrübələrlə zənginləşməyə çalışmalı, uşaq tərbiyəsi ilə bağlı mümkün olduğu qədər təhsilimizi artırmalıyıq. Davamlı özümüzü yeniləmə səyində olmalıyıq. Madam ki, uşaq bir nəsildir, üstəlik bu uşaq bizim nəsilimiz və bizim əsərimizdir, lazım olan qayğı və incəliyi göstərməyimiz çox vacibdir.

Gözəllər gözəli əl-Hafiz olan Allah övladlarımızı qorusun, bizləri də onların şərindən qorusun, onları Allah üçün yaşayan, Allah rızasını qazanan və Allahın iman neməti ilə bəzənmiş qullarından etsin inşAllah. Sonda Həzrəti İbrahimin duası ilə bitirmək gözəl olardı: "Rəbbim! Mənə salehlərdən bir övlad lütfkarlıq et! "
 Amin..
                                                                                                                                                                                                         
                                                                                                                                                                                                          Mənbə: Azəri-islam

SEVDA | 28 mart 2016 23:26 | Status: Nəzarətçi | Şərh: 17 439
Sitat: nara hesenova
Cox maraqlidi,teskkurler.
dılay | 27 noyabr 2015 17:00 | Status: Brilliant user | Şərh: 8 183
Sitat: Miraj
cox gozel meslehetdir
B.Fereh | 16 noyabr 2015 00:32 | Status: Nəzarətçi | Şərh: 6 975
"Uwaqlari quzu kimi boyutmeyin,gelecekde qoyun kimi gudulmesinler"Coox gozel fikirdi!
Nergiz love | 10 noyabr 2015 11:28 | Status: Professional user | Şərh: 7 871
Sitat: Miraj
cox gozel meslehetdir
ESMERRi | 4 noyabr 2015 05:52 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: qubuw
Allah sizden razi olsun gozel melumat idi.
Elcin sangu | 30 iyul 2015 19:47 | Status: Şərhçi | Şərh: 238
Tewekurler
qubuw | 3 iyul 2015 22:53 | Status: Qonaq | Şərh: 0
Allah sizden razi olsun gozel melumat idi.
boris arxan | 3 mart 2015 00:37 | Status: Professional user | Şərh: 4 784
tewekkurler
Miraj | 31 yanvar 2015 19:36 | Status: Professional user | Şərh: 2 625
cox gozel meslehetdir
SABINA | 29 avqust 2014 10:45 | Status: Professional user | Şərh: 7 410
super/beyendim 0140
Ulviyye | 31 yanvar 2014 22:22 | Status: Gümüş user | Şərh: 2 839
Duzdu heqiqetende,...allah razi olsun
shela | 4 yanvar 2014 12:41 | Status: Gümüş user | Şərh: 2 910
Sitat: DENIZ QIZI3
TESEKKURLER LEYLA XANIM

Nigar | 15 dekabr 2013 19:56 | Status: Gümüş user | Şərh: 6 063
maraqli oldu
leman1 | 20 noyabr 2013 15:39 | Status: Şərhçi | Şərh: 204
Teshekkurler
Qaracaqiz | 5 noyabr 2013 21:56 | Status: VİP user | Şərh: 1 882
Həzrəti İbrahimin dediyi kimi: "Rəbbim! Mənə salehlərdən bir övlad lütfkarlıq et! " Xosbext o valideyindirki onun ovladlari aqilli ve xeyirli ovlad olur.
DENIZ QIZI3 | 4 noyabr 2013 12:21 | Status: Gümüş user | Şərh: 3 858
TESEKKURLER LEYLA XANIM

TESEKKURLER LEYLA XANIM
gul kokusu | 4 noyabr 2013 10:33 | Status: Gümüş user | Şərh: 1 472
tewekkurler
Feride 18 | 4 noyabr 2013 08:56 | Status: VİP user | Şərh: 686
Təşəkkür emeyinize..
NURLU | 4 noyabr 2013 08:30 | Status: Professional user | Şərh: 5 552
TESEKURLER ALLAH RAZI OLSUN
drop | 3 noyabr 2013 23:50 | Status: Gümüş user | Şərh: 2 448
Sedi Wirazi uwaqlar haqqinda dediyi cox xowuma geldi. ve sonda deyilmiw fikir:
"Rəbbim! Mənə salehlərdən bir övlad lütfkarlıq et! "
erebcesini deyirem hemiwe
Rabbi heb li mine salihin! -- hemiwe bu duani deyib payimi isteyirem Uca Rebbimden.
Gunel | 3 noyabr 2013 22:59 | Status: Professional user | Şərh: 4 087
Uşaq doğulduğu andan etibarən öyrənməyə başlayır.


Ana və atalıq böyük bir ustalıq tələb edən gerçək bir sənətdir.


Sagolsun Leyla her sheyi o qeder gozel bir shekilde yerleshdiribki hec artiq nese yazmaga ehtiyacda qalmayib.InshAllahki bir coxumuza faydali oldu.
ayniska | 3 noyabr 2013 20:37 | Status: VİP user | Şərh: 590
Xəbər uçun təşəkkurlər.
hilal 23 | 3 noyabr 2013 19:26 | Status: Şərhçi | Şərh: 303
cox muhum melumatlar ucun twk vaxti gelende istifade edecem
xerceng | 3 noyabr 2013 19:12 | Status: Şərhçi | Şərh: 402
faydali ve lazimli xeberdir.twk
Nara | 3 noyabr 2013 18:26 | Status: Yazar | Şərh: 1 718
TESEKURLER ALLAH RAZI OLSUN
sadəcə MƏN | 3 noyabr 2013 18:20 | Status: Brilliant user | Şərh: 4 771
Təşəkkür,bu barədə "Ailə pedaqogikası"ndan kifayət qədər məlumata malikəm.Bir qadın Məhəmməd Peyğəmbərin(S.A.V)yanına gəlmiş "övladım yeni doğulub,neçə gündən sonra tərbiyə etməyə başlasam yaxşı olar?" deyə soruşmuşdur.Peyğəmbərimiz uşağın neçə gündür doğulduğu ilə maraqlanış,qadın da 5 gündür demişdir.Bu zaman Əfəndimiz "uşağının tərbiyəsi onun doğulduğu andan başlamalıdır,sən artıq 5 gün gecikmisən deyə cavab verir"...
Mehdiyeva Cinara | 3 noyabr 2013 17:40 | Status: VİP user | Şərh: 1 038
faydali xeberdir.
tesekkurler
Nazlı_Kız | 3 noyabr 2013 17:11 | Status: Brilliant user | Şərh: 6 473
maraqli idi tewekkurler canim
Ulviyye | 3 noyabr 2013 17:10 | Status: Gümüş user | Şərh: 2 839
axiracan oxudum maraqli idi twk
nara hesenova | 3 noyabr 2013 17:05 | Status: Gümüş user | Şərh: 1 201
Cox maraqlidi,teskkurler.