Həyat tərzi / İslam

İblislə söhbət "Hər kəs oxumalı!"

Mavish | 24-10-2013, 13:30
11 160 38



Bismilləhir-Rahmənir-Rahim!

Peyğəmbərimiz Həzrəti Muhamməd sallahu aleyhi və səlləm`in iblislə söhbəti.


Sizlərə Türkcə videosunu,həm də Azərbaycanca yazlışını təqdim edirəm.






Ey insanlar! 

Yer üzündəki qidaların təmiz, halal olanlarını yeyin, şeytanın izi ilə getməyin! Həqiqətən, o (şeytan) sizinlə açıq-aşkar düşməndir. O sizə ancaq pis və murdar (həyasız) işlər görməyi və Allaha qarşı bilmədiklərinizi deməyi əmr edir (Bəqərə surəsi, 168-169).
 
İbn Abbasdan (r.a) nəql edən Muaz İbni Cəbəl rəvayət edir: İbni Abbas deyir ki, bir gün Rəsulillahla (s.ə.s)bərabərdik. Mədinədə Ənsardan birinin evində oturmuşduq. Camaat halında tam söhbətə başlamışdıq ki, bayırdan səs gəldi.
- Ev sahibi, içəridəkilər, evə girmək üçün mənə icazə verirsiniz? Mənim sizdən bir arzum var. Görüləcək işim var.
- Bu sözdən sonra hər kəs Rəsulillahın (s.ə.s) üzünə baxdı. Rəsulillah (s.ə.s) vəziyyəti başa düşdü və bu səslənən kimdir, bilirsiniz? Deyə soruşdu.
Biz hamımız dedik: Ən yaxşı bilən Allah Rəsuludur. Bu sözdən sonra Peyğəmbər (s) - O, lənətlənmiş iblisdir, şeytandır. Allahın lənəti onun üzərində olsun! – deyincə Ömər (r.a) – Ya Rəsulillah, mənə icazə verin, onu öldürüm, - dedi. Rəsulillah (s.ə.s) icazə vermədi və belə dedi: - Dayan ey Ömər! Bilmirsən ki, iblisə müəyyən vaxta qədər möhlət verilib, öldürməyi burax.
Peyğəmbər (s): - Açın qapını gəlsin, -dedi. O buraya gəlmək üçün əmr alıb. Dediklərini başa düşməyə çalışın. Sizə söylədiklərinə yaxşı qulaq asın!
Muaz İbni Çəbəl söhbətinə davam etdi:
- Qapını ona açdılar, içəri girdi və bizə göründü. Bir də baxdıq ki, şəkli belədir. Bir qoca, tək göz, eyni zamanda çox eybəcər olan bu məxluq çənəsində at qılı kimi 6-7 qıl sallanır. Gözü yuxarıya doğru açılmış, başı böyük – fil başı kimi, dodaqları camışın (kəl) dodaqları kimi idi. Şeytan içəridəkilərə səsləndi: - Salam Sənə, ey Muhəmməd! Salam, Sizə, ey camaat müslümün. Onun bu salamına Rəsulillah (s.ə.s) belə cavab verdi: - Salam Allahındır, ey Lain. Bir iş üçün gəldiyini eşitdim. Nədir o iş? Şeytan danışmağa başladı - Mənim buraya gəlişim öz arzumla olmayıb, məcburən gəlmişəm. Rəsulillah (s.ə.s) soruşdu: - Nədir o məcburiyyət? Şeytan dedi: - İzzət sahibi Rəbbin qatından mənə bir mələk gəldi və dedi ki, Allah sənə Muhəmmədin yanına zəlil və alçaq bir halda getməyini əmr edir! Ona gedib Adəm oğullarını necə aldatdığını danışacaqsan. Peyğəmbər səndən nə soruşsa doğru cavab verəcəksən. Daha sonra Allah dedi: "Söylədiklərinə yalan qatsan, doğrunu söyləməsən, səni kül edərəm, külək uçurub aparar”. Bax belə ey Məhəmməd! O əmrlə yanına gəldim. Nə istəyirsənsə məndən soruş, doğru deyəcəm. Əgər deməsəm düşmənlərim (insanlar) mənimlə əylənəcək və mən rüsvay olacağam. Rəsulillah (s.ə.s) dedi: - Yaxşı doğrunu söyləyirsənsə de görum xalq arasında sevmədiyin kimdir? Şeytan belə cavab verdi: - Sənsən ey Məhəmməd! Allahın yaratdıqları arasında Səndən daha çox sevmədiyim kimsə yoxdur. Rəsulillah (s.ə.s) soruşdu: - Məndən sonra kimləri sevmirsən? Şeytan dedi: - Təqva sahibi, Allah qorxusu və məhəbbəti ilə dolu olan gənci sevmirəm. Çünki o varlığını Allah yoluna vermişdir. Bundan sonra sual-cavab belə davam etdi.Peyğəmbər soruşdu, Şeytan da cavab verirdi. Rəsulillah (s.ə.s): - Sonra kimi sevmirsən? Şeytan: Səbəbli və şübhəli şeylərdən uzaq duran alimi. Peyğəmbər (s.ə.s): - Sonra kimi sevmirsən? Şeytan: - Təmizlik işində yuduğu şeyləri üç dəfə yumağa davam edən kimsəni. Peyğəmbər (s.ə.s) yenə soruşdu: - Sonra... Şeytan: - Ey Məhəmməd! O kimsə ehtiyacını özü kimi birinə açıqlamaz. Kim ehtiyacını özü kimi birinə üç gün ard-arda açıqlayarsa, Allah onu səbr edənlərdən yazmaz. Səbrli kimsələrin işi buna bənzəmir. Onun səbrini halından, davranışından və şikayət etməməyindən anlayıram. Peyğəmbər (s.ə.s) yenə de: Sonra kimi sevmirsən? – dedi. – Sonra şükür edən zəngini sevmirəm. – Yaxşı, bəs o zənginin şükr edən olduğunu necə bilirsən? Şeytan: - Şükr edən zəngin qazandığını halaldan qazanır və Allah yolunda xərcləyir və bilirəm ki, o kimsə şükr edən zəngindir.
Rəsulillah (s.ə.s) bu dəfə mövzunu dəyişdirib iblisə başqa sual verdi:
- Ümmətim namaza qalxınca sənin halın nece olur? Şeytan: Ey Məhəmməd məni bir sıxıntı tutur və tir-tir titrəyirəm. Rəsulillah (s.ə.s): - Nə üçün belə olursan ey Lain? Deyə soruşdu: - Çünki bir qul Allah üçün səcdə edərkən bir dərəcə yüksəlir. Yaxşı bəs oruc tutduqları zaman necə olursan? Şeytan: - O zaman da bağlanıram (zəncirə vuruluram) ta ki, onlar iftar edənə qədər. – Həcc etdikləri zaman necə olursan? – O zaman da dəli oluram. – Bəs Quran oxuduqları zaman? – O zaman əriyirəm. Eyni ilə odda əriyən bir qurğuşun kimi əriyirəm. – Bəs sədəqə verdikləri zaman halın necə olur? – Sanki sədəqə verən əlinə bir mismar alıb məni iki yerə bölür.Rəsulillah (s.ə.s) bunun səbəbini soruşdu: - Nə üçün mişar ilə iki yerə bölünmürsən, ey Əbu Mürrə? Şeytan:
- Çünki sədəqədə dörd gözəllik vardır:
* Allah sədəqə verənin malına bərəkət verir:
* Sədəqə verəni Allah xalqına sevdirir:
* Sədəqə verənlə Cəhənnəm arasında bir pərdə olur:
* Allah sədəqə verəndən bəlanı, sıxıntını və ahları uzaq tutur.
 
Bundan sonra Peyğəmbər (s) dostları haqqında bəzi suallar verdi:
- Hz. Əli bin Əbu Talib haqqında nə deyə bilərsən? Şeytan: - Eh onun əlindən bir xilas ola bilsəm (Şeytan Hz.Əli çox qorxurdu)
- Ey Məhəmməd! Rahib Barsibatan 70 il xalis ixlasla Allaha ibadət etdi. Bu ibadətlərin sonunda ona elə bir hal ehsan edildi ki, hər dua etdiyi xəstə üçün həmin xəstə onun duası və bərəkəti ilə şəfa tapırdı. Onun ardınca düşdüm və heç buraxmadım. Rahib zina etdi, qatil oldu və sonunda küfrə girdi. Bu o kimsədirki, Allah Qurani-Kərimdə belə deyir: "Onların şəxsiyyəti şeytanın halı kimdir. Şeytan insana İnkar et, kafir ol, gerçəyi görmə, gizlət” dedi. İnsan inkar edib kafir olunca "Bu dəfə mən səndən uzağam, mən Aləmlərin Rəbbi olan Allahdan qorxuram” dedi (Həsr 16).
- Şeytan bundan sonra insanın bəzi hərəkətlərinin üzərində durub, onlardan necə istifadə etdiyini danışdı. O:
- Yalan məndəndir və ilk yalan söyləyən də mənəm. Kim ki yalan yerə and içərsə, o mənim sevgilimdir. Mən Adəmə və Həvvaya yalan yerə and içdirdim. Yalan yerə and içmək mənim ürəyimin əyləncəsidir. Rəsulillah (s.ə.s):
- Bəs sənə görə qeybət və aravuranlıq nədir? – Qeybət və aravuranlıq mənim meyvələrimdir, şənliyimdir. Sonra hər kim talaq, yəni arvadına boşanmaq üzrə and içərsə günahkar olar. Bunu edən kimsəyə arvadı haram olar. Onların bu halları ilə qiyamətə qədər dünyaya gətirdikləri uşaqlar zina uşaqları olar. Şeytan deyir:
- Ey Məhəmməd! Sənin ümmətinin səadəti haradadır? Sən ümmətin üçün necə sevinə bilirsən?
- Mən onların qan damarlarına girib, damarlarında dolaşaram, əllərinə qarışaram. Amma onlar mənim bu halımı görmürlər və bilmirlər.
- Məni yaradan və qiyamət gününə qədər möhlət verən Allaha and içirəm ki, onların hamısını azdıracağam, cahillərini, alimlərini, oxumuşlarını, günahkarlarını, ibadət əhli olanları – bunların heç biri əlimdən xilas ola bilməyəcəklər. Ancaq Allahın xalis qulları müstəsna olmaqla, bunları azdıra bilmərəm. Rəsulillah (s.ə.s) soruşdu:
- Sənə görə ixlas sahibi bu xalis qullar kimlərdir?
- Bir kimsə dirhəmi və dinarı, yəni malı və pulu çox sevirsə, o Allah üçün bir ixlas sahibi deyildir. Bİr kimsə ki, malı və pulu sevməz, öyünməkdən və mədh edilməkdən xoşlanmaz, bilirəm ki, o ixlas sahibidir. O dəqiqə onu buraxıb qaçıram. Ey Məhəmməd, mənim 70 min uşağım var. Bunların hər birini bir yerə təyin etmişəm. Sonra hər uşağımla birlikdə yenə 70 min şeytan var. Onların bir qismini alimlər, bir qismini gənclərə yollayıram, bir qismini şeyxlərin üzərinə salıram, bir qismini qoca qadınların üzərinə göndərirəm. Gənclərə gəlincə onlarla aramda bir çətinlik yoxdur. Uşaqlara gəlincə, onlarla bizimkilər yaxşı oynayır. Bizimkilərin bir qismini ibadət əhlinin başına dərdə edərkən, bir qismini də zahidlərin başına göndərdim. Onlar bunların yanına gəlib onları haldan-hala salar, ağıllarını elə qarışdırarlar ki, onlar yəni zahidlər söyüş söyməyə başlayar və beləcə onların ixlasını alıram. Onlar bu halları ilə ibadət və ixlası bir araya gətirə bilmirlər. Amma bu hallarının fərqində belə deyiləm. İblis öz söhbətinə davam etdi.
- Ey Məhəmməd! Namaz vaxtı içində təxir edən və "az sonra qılaram” deyən üçün mən ona vəsvəsə verərəm. Deyərəm ki, hələ vaxt var, işini qurtar, sonra qılarsan. Vaxt bitəndən sonra namazını qılar və onun namazı namaz olmaz. Bu səbəblə onun qıldığı namazı rədd edirlər və üzünə vururlar. Əgər bu sırada namaz qılan kimsə məni məğlub edərsə, ona insan şeytanlarından birini göndərərəm və beləcə onu vaxtında namaz qılmaqdan uzaqlaşdıraram. Əgər bu zaman da məni məğlub edərsə, bu səfər ona namazda vəsvəsə verərəm. O, namazda ikən, ona sağa bax, sola bax deyərəm və hüzurunu pozaram. Bu üzdən Allah onun namazını qəbul etməz. Əgər bunları bacara bilsəm, insan tək namaz qıldığı zaman onun yanına gedərəm və tez namazını qılmasını söyləyərəm, səcdələrini tez elətdirərəm. Bunları da edə bilməsəm, camaat namazında ona mane olaram, imamdan əvvəl ruku və səcdə etməsini söyləyərəm və bundan ötrü Allah qiyamət günü həmin insanların başını eşşək başına çevirər. O kimsə ki bu işdə də mənə qalib gələrsə, mən yenə öz işimdən əl çəkmərəm və ona namazda barmaqlarını şaqqıldatmasını əmr edərəm və bunu edərsə, o Allaha deyil məni zikir edənlərdən olar. Əgər bunu da edə bilməsəm, namaz içində onun burnuna üfləyərəm və o kəs əsnəməyə başlayar. Əgər əli ilə ağzını tutmazsa, içinə balaca bir şeytan girər və dünya məhəbbətini onda çoxaldar. Mən sənin ümmətin üçün necə tələlər hazırlamışam, ey Məhəmməd! Kasıb çarəsizlərə gedər və onların namazı tərk etmələrini söyləyərəm. Onlara deyərəm ki, namaz sizə görə deyil. O Allahın afiyət və bolluq ehsan etdiyi adamlar üçündür. Sonra xəstələrə gedər, burax namazı deyərəm. Çünki Allah xəstələrə çətinlik yoxdur deyə buyurdu və sağalanda çoxlu qılarsan və beləcə xəstə namaz qılmağı tərk edər, hətta küfrə də gedə bilər... Sonra Rəsulillah (s.ə.s) iblisə qısa-qısa bəzi suallar verdi:
- Ey Lain, sənin söhbət dostun kimdir?
- Şeytan:
- Faiz yeyən.
- Dostun kimdir?
- Zina edən.
- Bəs yataq dostun kimdir?
- Sərxoş.
- Qonağın kimdir?
- Oğru.
- Gözünün nuru nədir?
- Boşamaq.
- Sevgilin kimdir?
- Cümə Namazını tərk edənlər.
 
Rəsulillah (s.ə.s) qəzəblənərək:
- Ey lənətlik, sənin qəlbini nə qırar?
- Allah yolunda cihada qaçan atların kişnəməsi.
- Sənin cismini kim, ya da nə əridə bilər?
- Tövbə edənlərin tövbəsi.
- Ciyərini nə parçalar, nə çürüdər?
- Gecə və gündüz Allaha edilən dua. O zaman mən xəstə oluram.
- Üzünü nə turşudar?
- Gizli verilən sədəqə.
- Gözlərini nə kor edər?
- Gecə namazı.
- Başını əydirən nədir?
- Lap çox qılınan camaat namazı.
- Sənə görə insanların ən pisi kimdir?
- Paxıllar.
- Səni işindən uzaqlaşdıran nədir?
- Alimlərin məclisi, elmi toplantıları, haqq və həqiqət söhbətləri edilən zamanlar.
- Sən yeməyi necə yeyirsən?
- Sol əlimlə və barmaqlarımın ucu ilə.
- Sam yeli əsdiyi zaman, ortalığı toz basdığı zaman uşaqlarını harada gizlədirsən?
- İnsanların uzanmış dırnaqları arasında.
- Rəbbindən nələr tələb etdin?
- Rəbbimdən 10 şey tələb etdim.
 
Rəsulillah (s.ə.s) maraqla:
- Nədir onlar? – deyə soruşdu.
1. Məni Adəm oğullarının malına və övladına ortaq elə. Qurani-Kərimdə bu haqda belə buyurub: "Onlardan gücünün yetdiyini səsinlə yerindən oynat, atlı və piyadanı onlara qarşı səfərbər et, mallarına və övladlarına ortaq ol, onlara cürbəcür vədlər ver. Şeytan yalnız yalan vəd verər”. (isra 64)
2.Sonra "bismillahsız” kəsilən hər heyvanın ətindən yeyərəm.
3.Faizlə haram qarışan yeməyə də ortaq oluram.
4.Hər kim heyvana minəndə halal deyil, haram yola çıxmağa niyyət edərsə, mən də onunla birlikdə olaram.
5.Ev versin. Bunun üçün hamamlar mənə ev olaraq verildi.
6.Məscid dilədim, Allah da bazar yerlərini mənə məscid etdi.
7.Yataq dostu istədim, sərxoşları verdi.
8.Allahdan bir kömək istədim, O da mənə Qədərçiləri (Qədriyyəçilər–qulan idarəsini yox sayan və insanı külək önündə yarpağa bənzədirlər və qul etdiyindən məsuliyyətli deyildir, çünki "etdirən Allahdır” deyərlər. Bunlar şeytanın köməkçiləridir) verdi.
9.Allahdan qardaş istədim, mənə mallarını boş yerə israf edənləri qardaş etdi, sonra günah yolunda pul xərcləyənləri. O kimsə ki mallarını boş yerə xərcləyir, o şeytanın qardaşı oldu.
10.Allahdan dilədim ki, Adəm oğullarını mən görüm, amma onlar məni görməsinlər. Dilədim ki, onların qan damarlarına mənə yol etsin, bu da oldu.

 
Mənim bir oğlum var; Adı Atəmdir. Bu Yatsı namazını qılmayanlar bərabərdir. Digər bir oğlum da var – adı Mütəqadidir. Gizli əməlləri ortaya çıxarmaq onun vəzifəsidir. Bir şəxs Allah rizası üçün gizli bir iş etmişsə, Mütəqadi onu dürtər onun gizli əməlini ortaya çıxarar. O zaman isə yalan qarışar və Allah o qulun 100 savabından 99 – nu silər. Başqa bir oğlum da var ki, onun adı Kuhaydır. İnsanların gözlərini sürmələyər. Elm məclislərində, xatib xütbə oxuduğu zaman sürməni çəkər və o insanları yuxu tutar. Beləcə o insanlar heç bir savab ala bilməzlər.
   
  

Peyğəmbər "sallahu aleyhi və səlləm"in möcüzələri haqqında.








ESMERRi | 3 noyabr 2015 18:02 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: Cicim İncim
Allahım , bizi şeytanın şərindən qoru.İşlətdiyimiz irili- xırdalı günahlarımızı bağışla,adil Allahım.
Cicim İncim | 18 iyul 2015 00:10 | Status: Gümüş user | Şərh: 2 456
Allahım , bizi şeytanın şərindən qoru.İşlətdiyimiz irili- xırdalı günahlarımızı bağışla,adil Allahım.
beser 1977 | 31 yanvar 2015 23:50 | Status: Qonaq | Şərh: 0
ALLAH seytana lenet etsin.maraqli meqaledir
QERIB INSAN | 14 noyabr 2014 23:22 | Status: VİP user | Şərh: 567
Tesekkurler
Nigar | 22 fevral 2014 19:04 | Status: Gümüş user | Şərh: 6 063
Sitat: leyla meherremova
Allah razı olsun.Allah hər bir bəndəsinin qəlbini şeytandan qorusun...
Yatsı-İşa namazı...

Sitat: leyla meherremova
Allah razı olsun.Allah hər bir bəndəsinin qəlbini şeytandan qorusun...
Yatsı-İşa namazı...

SEVDA | 27 oktyabr 2013 15:58 | Status: Nəzarətçi | Şərh: 17 439
ellerinize sağlıq...
Beren | 26 oktyabr 2013 01:06 | Status: Professional user | Şərh: 3 214
Allah razı olsun!
Çox gözəl xəbərdir.Türkcə dinləmişdim.
sarakamil | 25 oktyabr 2013 14:55 | Status: Şərhçi | Şərh: 114
hə bu videoya baxmışdım.əla təşəkkür
Mavish | 25 oktyabr 2013 13:25 | Status: Brilliant user | Şərh: 2 389
Sitat: Seyidli
ALLAH razı olsun, Vüska. Redakte zamanı baxdım, təqdirə layiq bir xəbər bacım, davamı olsun...

çox sağ ol xoş sözlərin üçün İnşallah görəkdə..
Seyidli | 25 oktyabr 2013 01:38 | Status: Yazar | Şərh: 2 706
ALLAH razı olsun, Vüska. Redakte zamanı baxdım, təqdirə layiq bir xəbər bacım, davamı olsun...
LARA SOFI | 25 oktyabr 2013 00:49 | Status: VİP user | Şərh: 735
ANLAYANA BOYUK DERSDIR
Mavish | 24 oktyabr 2013 23:46 | Status: Brilliant user | Şərh: 2 389
Sitat: yalniz arzu
SAG OLUN VÜSALƏ XANIM.BU MÖVZUNU GÖTÜRÜB İNSANLARIN NƏZƏRİNƏ ÇATDIRDIĞINIZA GÖRƏ.YƏQİN Kİ BU DA BİR SAVAB OLAR.UCA, BÖYÜK,QADİR,SƏHVSİZ, ŞƏRİKSİZ ALLAHIMIZ BÜTÜN İNSANLARA HİDAYƏT ELƏSİN.BÜTÜN İNSANLRI İBLİSİN ŞƏRRİNDƏN QORUSUN.
Amin bacı,çox sağ olun sizdə..
Sitat: NURLU
ALLAH SƏNDƏN RAZI OLSUN.....RƏBBİM CÜMLƏMİZİ ŞEYTAN FİTNƏSİNDƏN UZAQ ETSİN

Amin...

Sitat: DENIZ QIZI3
maraqla oxudum. ALLAH RAZI OLSUN, uca ALLAH seytani bize hakim etmesin ,cox isterdim ki bele movzular cox olsun,ureyine sagliq yazan ellerin var olsun
Təşəkkürlər bir daha bacım
Sitat: azerin f.
caaaan,ellerin agrimasin,cox sag ol,Mavish
sən sağ ol bacım smile
Sitat: jasmin7
xebere gore sagolun sizler dini movzulara yer verdikde bizler cox sevinirik en azindan oz adimdan deyim

helə mənim özümü deyin bu saytda mən ən çox dinimövzuları sevirəm

Və hər birinizə dəyərli vaxtınızı ayırıb xəbərimi oxuduğunuzüçün bir daha təşəkkürlər edirəm,Allah amanında şeytanın nəfsindən Allaha sığının
Melek | 24 oktyabr 2013 23:28 | Status: Gümüş user | Şərh: 914
Sitat: alice.
ÇOOOX DİQQƏTLƏ BƏYƏNƏRƏK OXUDUM TƏŞƏKKÜR MAVİŞ..
- Şeytan:- Faiz yeyən.
- Dostun kimdir?
- Zina edən.
- Bəs yataq dostun kimdir?
- Sərxoş.
- Qonağın kimdir?
- Oğru.
- Gözünün nuru nədir?
- Boşamaq.
- Sevgilin kimdir?
- Cümə Namazını tərk edənlər.... ALLAH BİZİ BUNLARDAN QORUSUN...ƏSAS ODU. AMİN...
ww.ss | 24 oktyabr 2013 22:11 | Status: VİP user | Şərh: 695
Allah razi olsuj
ayruska | 24 oktyabr 2013 22:10 | Status: Professional user | Şərh: 3 978
Sitat: gul kokusu
allah razi olsun.....ellerinize saliq....
Torpaq | 24 oktyabr 2013 22:03 | Status: Professional user | Şərh: 3 570
Sitat: Gunewim
Məndə türkcə dinləmişdim bunu.Qorxmuşdum hetta.

men de Allah razi olsun Mavishhh...
gul kokusu | 24 oktyabr 2013 21:06 | Status: Gümüş user | Şərh: 1 472
allah razi olsun.....ellerinize saliq....
Alice | 24 oktyabr 2013 20:53 | Status: Professional user | Şərh: 5 020
ÇOOOX DİQQƏTLƏ BƏYƏNƏRƏK OXUDUM TƏŞƏKKÜR MAVİŞ..
- Şeytan:- Faiz yeyən.
- Dostun kimdir?
- Zina edən.
- Bəs yataq dostun kimdir?
- Sərxoş.
- Qonağın kimdir?
- Oğru.
- Gözünün nuru nədir?
- Boşamaq.
- Sevgilin kimdir?
- Cümə Namazını tərk edənlər.... ALLAH BİZİ BUNLARDAN QORUSUN...ƏSAS ODU. AMİN...
ay gunes | 24 oktyabr 2013 19:00 | Status: VİP user | Şərh: 916
cox sagolun yazan elleriviz var olsun.Allah butun insanlari seytanin serinden qorusun amin.
Nazlı_Kız | 24 oktyabr 2013 18:20 | Status: Brilliant user | Şərh: 6 473
allah razi olsun baci deyerli xeber ucun cox tewekkurler
yalniz arzu | 24 oktyabr 2013 18:05 | Status: Gümüş user | Şərh: 1 759
SAG OLUN VÜSALƏ XANIM.BU MÖVZUNU GÖTÜRÜB İNSANLARIN NƏZƏRİNƏ ÇATDIRDIĞINIZA GÖRƏ.YƏQİN Kİ BU DA BİR SAVAB OLAR.UCA, BÖYÜK,QADİR,SƏHVSİZ, ŞƏRİKSİZ ALLAHIMIZ BÜTÜN İNSANLARA HİDAYƏT ELƏSİN.BÜTÜN İNSANLRI İBLİSİN ŞƏRRİNDƏN QORUSUN.
Laura81 | 24 oktyabr 2013 18:04 | Status: VİP user | Şərh: 1 275
Mende baxmiwam amma yenede twk
Inci deniz | 24 oktyabr 2013 17:59 | Status: Yazar | Şərh: 2 379
Dehset burudu meni.Allah seytana lenet etsin.
gulcan | 24 oktyabr 2013 17:52 | Status: Gümüş user | Şərh: 1 932
Sitat: NURLU
ALLAH SƏNDƏN RAZI OLSUN.....RƏBBİM CÜMLƏMİZİ ŞEYTAN FİTNƏSİNDƏN UZAQ ETSİN

Amin! Cox sagol,canim yazı ucun
Damla | 24 oktyabr 2013 17:46 | Status: Brilliant user | Şərh: 7 177
Diqqetle oxudum..Allah razi olsun!
NURLU | 24 oktyabr 2013 16:35 | Status: Professional user | Şərh: 5 552
ALLAH SƏNDƏN RAZI OLSUN.....RƏBBİM CÜMLƏMİZİ ŞEYTAN FİTNƏSİNDƏN UZAQ ETSİN
drop | 24 oktyabr 2013 16:28 | Status: Gümüş user | Şərh: 2 448
Allah razi olsun.Allah bizi weytanin vesvesesinden qorusun
Mansi | 24 oktyabr 2013 16:27 | Status: Şərhçi | Şərh: 344
maraqli xeberdi axira kimi oxudum amma videolara baxa bilmedim isdeyem deye cox sag olun xebere gore
Girl | 24 oktyabr 2013 15:58 | Status: Professional user | Şərh: 8 206
Çox gözəl xəbərdir təşəkkürlər
MELEK_ | 24 oktyabr 2013 15:53 | Status: Professional user | Şərh: 3 949
emeye hormet, bu mende var, iller once qulaq asmisam, cooooooooox tesirlidir, hamiya sesli qulaq asmagi ve anlamagi tovsiyye ederdim