Həyat tərzi / İslam

Peyğəmbərimizin nümunəvi əxlaqı- 3-ün davamı(Şəfqətli)

X... | 13-09-2013, 16:30
10 255 27
Peyğəmbərimizin nümunəvi əxlaqı- 3-ün davamı(Şəfqətli)

Peyğəmbərimizin nümunəvi əxlaqı- 3-ün davamı(Şəfqətli)
.

Ən çox sonuncunu oxumağınızı xahiş edirəm,çox təsirlidir və quran ayələrindən nümunələr var.Allahın necə rəhmli,bağışlayan və mərhəmətli olduğunun bir daha şahidi olacaqsız.




Vacib olmasın deyə.

Hz. Aişə izah edir:
Allahın
Elçisi bir gecə məsciddə nafilə namazı qılar və bir neçə insan da
ona qoşular.Sabahsı gecə yenə qılar, bu dəfə camaat artmışdır. Üçüncü gecə camaat daha da artmış olaraq məsciddə gözləməkdədir. Lakin Hz. Məhəmməd (s.ə.s.) gəlməz. Sabahısı gün də gəlməməyinin səbəbini açıqlayır:
"Yığışdığınızı gördüm.Lakin məni sizə qatılmaqdan mane edən şey, bu ibadətin sizə fərz qılınmasından qorxmağım oldu."[11]



Bir süd quzusu

On səkkiz aylıq oğlu İbrahim qucağında can verməktədir.Son dərəcə qəmgindir. Göz yaşlarıyla İbrahimi yumaqda, son dəfə  öpüb,qoxlamaqdadır.

"O, döş əmərkən ölən, bir süd quzusudur. Amma Allahın təqdiri qarşısında əldən nə gəlir." [12



Məndən daha yoxsul

Bir yoldaşı Ramazan ayında oruclu ikən ağır bir günah işləyər. Sonra da Hz. Məhəmməd (s.ə.s.)-in yanına gələrək necə bağışlana biləcəyini soruşar. Hz. Məhəmməd (s.ə.s.):

"Bir kölə azad edə bilərsənmi?"

"Xeyr, pulum yoxdur."

"Fasiləsiz altmış gün oruc tuta bilərsənmi?"

"Ey Allahın Rəsulu, bu vəziyyət başıma orucluykən gəldi."

"Altmış kasıbı doyurda bilərsənmi?"

"Gücüm çatmaz."

"Elə isə mənimlə birlikdə gözlə. Allah bir asanlıq yaradana qədər ..."


Yoldaşı oturub, məsciddə gözləməyə başlayır az sonra da bir Mədinəlidən hədiyyə olaraq bir səbət xurma gəlir. Hz. Məhəmməd (s.ə.s.) xurma səbətini gözləyən yoldaşına uzadar.

"Al bunu,yoxsullara payla günahına kəffarə olsun."

"Ey Allahın Elçisi! Bütün Mədinədə mənim ailəmdən daha yoxsul bir ailə tanımıram."

Allahın Elçisinin üzündə bir gülümsəmə yaranar.

"Yaxşı, elə isə ailənə apar siz yeyin." [13]




On gümüş

Cibində on gümüş vardır. Mədinə bazarından bir köynək  alar, dörd gümüş verər. Qapıda bir kasıb yeni aldığı köynəyi istəyər, verər. Qayıdıb dörd gümüşə ikinci bir köynək alır,iki gümüşü qalmışdır.Az sonra yolda ağlayan kiçik bir qız uşağı görər,yanına yaxınlaşar səbəbini soruşar.Kiçik qız bir xidmətçidir.

"Ev sahibim mənə un almağım üçün iki gümüş vermişdi, itirdim."

Cibindəki son iki gümüşü ona verir:

"Ağlama, unu bunlarla ala bilərsən" -deyər.


Xidmətçi qız yenə narahatdır.

"Evə gec qaldığım üçün məni döymələrindən qorxuram"
.

Hz. Məhəmməd (s.ə.s.) kiçik qızın əlindən tutar, əvvəl unu alarlar. Sonra da kiçik qızın xidmət etdiyi evə gedirlər. Ev sahibləri axşam saatında qapılarına gələn bu qonağı görənədə təəcüblənər sevinərlər. O, kiçik xidmətçini göstərərək:

"Gecikdiyi üçün cəzalandırılmaqdan qorxurdu. Əsla onu döyməyin"-deyər.

Təəcübünü hələ boğa bilməmiş ev sahibi, cavab verər:

"Ey Allahın Elçisi! Sizin evimizi şərəflləndirmənizə səbəb olduğu üçün siz şahid olun mən onu azad edirəm, artıq azaddır".
Hz. Məhəmməd (s.ə.s.) bunun üzərinə əllərini açaraq Allaha həmd edər:
"Allahım
bu on gümüş nə qədər bərəkətliymiş.Onunla mənə və bir yoxsula  köynək geydirdin,bir qız uşağını sevindirdin və azadlığını qazanmasını təmin etdin".[14]




Allahın gücü sənin gücündən

Bir nəfər köləsini qamçıyla döyərkən,Hz. Məhəmməd (s.ə.s.) arxadan səssizcə yaxınlaşar və döyənə səslənər.
"Bunu yaxşı bil ki, Allahın sənin üzərindəki gücü sənin bu yazıq kölə üzərindəki gücündən daha böyükdür."

Təpədən dırnağa qorxan həmin şəxs sarsılar, əlindəki qamçı yerə düşər,Hz. Məhəmməd (s.ə.s.)-ə yönələrək:

"Ey Allahın Elçisi! Sən şahid ol mən bu köləni azad edirəm"-deyər.

Hz. Məhəmməd (s.ə.s.) təkrar səslənər:

"Əgər belə etməsəydin cəhənnəmdə qovrulardın." [15]




Yüz iyirmi qoyun

Bəzi səfərləri əsnasında özünə xidmət edən yoldaşlarından Əbu Zəra danışmaqdadır:
"Bir səfərdə məni də dəvəsinə mindirmişdi.Bəzən dəvəni hərəkətləndirmək üçün vurduğu qamçı fərqində olmadan mənim ayağımada dəyir canımı ağrıdırdı. Bir müddət sonra vəziyyəti fərq etdi və soruşdu:

"Ey Əbu Zəra yoxsa qamçım sənədə dəyir?"- Mən xəcalətli halda cavab verdim:

"Bəli, ey Allahın Elçisi!"

Səsini çıxarmadı.Bir müddət sonra özünə aid döyüş qənimətlərinin olduğu bir yerə gəldik.Oradakı qoyunlardan yüz iyirmi dənə ayıraraq mənə hədiyyə etdi və:
"Ey
Əbu Zəra, bu qoyunlar yolda fərqində olmadan canını ağrıtdığıma  görədir"-dedi. [16]




Sevənin sevgilisi

Övladlığı Zeyd, Mutə döyüşündə şəhid düşər.Xəbər Mədinəyə çatdığı gün şəhid övladlığının evi və uşaqları Hz. Məhəmməd (s.ə.s.) tərəfindən ziyarət edilər. Zeydin kiçik qızı təzə olan ata ağrısıyla Onun (s.ə.s.) ətəyini qucaqlayar ağlamağa başlayır. Hz. Məhəmməd (s.ə.s.) bir tərəfdən kiçik yetimləri qucaqlamaqda, digər tərəfdən də göz yaşı tökməkdədir. Yanında olan bir yoldaşı dözə bilməyib, soruşar:

"Ey Allahın Elçisi! Bu nədir"-

"Bu, sevənin sevgilisi üçün darıxmasıdır". [17]



Məkkənin fəthi

Mübarizəsinin öz həyatıyla məhdud olan hissəsinin zirvəsini yaşamaqdadır. Dinini izah etməsinə icazə verilməyən ata ocağı, ana yurdu Məkkə , Ona ( s.ə.s.) və İslama duyulan düşmənliyin paytaxtı,qərargahı Məkkə  indi təpədən dırnağa silahlı on min müsəlman əsgərdən ibarət olan və o günün Ərəbistan şərtləri içində hədsiz böyüklüyə sahib olan bir ordu tərəfindən beş qoldan fəth edilməkdədir.

Ordu Məkkəni ətraflı əhatə edərək hər tərəfini mühasirəyə alməşdır,gecədir.Düşərgədə yandırılan odlarla Məkkə dağları tərtəmizdir. Hər əsgərə bir od yandırılması əmr edilmiş və qaranlıq Məkkə on min işıqla əhatə edilmişdir. Şəhəri tərk edən baş düşmən Əbu Süfyan əlində tutduğu kiçik oğluyla birgə hüzuruna gəlir,çünki həmyerlisinin zəif tərəfini çox yaxşı bilir.

"Allaha and içirəm ki, ya məni bağışlayarsan ya da bu uşaqla birlikdə öz canıma qəsd edərəm".
İllərcə can düşməni olan insan indi özünün və oğlunun canını vasitəçi edərək,bağışlanmaq istəməkdədir.Bağışlanar ...

Ertəsi gün səhər namazından sonra ordu hərəkətə keçər. Məkkəlilər gördükləri mənzərənin görünüşündən donub qalmışlar.
Məkkənin idarəçisi Əbu Süfyan bir təpənin üzərində, yanında Hz. Məhəmməd (s.ə.s. )-in əmisi Hz. Abbas olduğu halda dalğa- dalğa Məkkədən içəri girən müsəlman ordusunu seyr etməkdədir. Hər keçən bölüyün kimlər və hansı qəbilə olduğunu Hz. Abbasdan soruşmaqda və aldığı cavabla heyrəti get-gedə böyüyərək heyranlığa çevrilməkdədir. Bir müddət sonra səbirsizliklə,
"Hz. Məhəmməd daha keçmədi mi"?-Deyə soruşmağa başlayır.

 Axır ki, dəvəsi Kusvanın üzərində döyüş zirehinə bürünmüş Hz. Məhəmməd (s.ə.s. )görünür. Allahın müqəddəs elan etdiyi bir şəhərə ancaq təvazökarlıqla girilə biləcəyini göstərmək üçün iki qat əyilmişdir.Allaha həmd etməyə məcburdurlar.
Bu zaman yanında yer alan Mədinəli komandirlərdən Ubadə oğlu Sad,Əbu Süfyana çevrilərək səslənir:

"Bu gün ana ata günüdür. Bu gün Uhudun intiqamını alma günüdür. Bu gün Qureyş qəbiləsinin qürurunu iki qəpiklik etmək günüdür. Bu gün həlak etmək günüdür. "

Hz. Məhəmməd (s.ə.s. ) bir əl işarəsiylə Sadı sakitləşdirər və belə səslənər:

"Bugün mərhəmət göstərmək günüdür,bugün Qureyşin qürurunu ucaltmaq günüdür,bugün Kəbəyə və Məkkəyə hörmətin zirvəyə çıxacağı gündür. "
Sonra əmr verir, Sadı komandanlıqdan çıxarar,yerinə Sadın oğlunu qoyar.

Çox az qan tökülər və Məkkə təslim olar.Günortanın istisidir.Yoldaşları soruşarlar.


"Ey Allahın Elçisi!Harada istirahət etmək istəyərsiniz"?

Üzündə acı bir təbəssüm yaranar.Öz evini,ata ocağını xatırlayar. Lakin o ev illər əvvəl yalnız qəmlənsin və eşidincə əzab çəksin  deyə əmisi oğlu Akil tərəfindən yıxılıb, yerlə yeksan edilmişdir.

" Akil bizə istirahət evimi buraxdı"?-deyər.

Lakin heç kim Akilin tükünə belə toxunmağı düşünməz.Akil də bütün bütpərəst Məkkə xalqı kimi zəmanət verilənlərdəndir, toxunulmazlığı vardır.
Amma illər boyunca etdikləri hər növ zülm, təzyiq,əziyyət və düşmənçiliyin qarşılıqsız və intiqamsız qalmasına Məkkə xalqı bir cür inana bilməməkdədir.
Həqiqətən özlərinə toxunulmayacağına və intiqam alınmayacağına əmin ola bilmək üçün Kəbədəki bütləri yeni təmizlətmiş olan Hz. Məhəmməd (s.ə.s. )-i Kəbənin qapısında qarşısını kəsirlər. Çəkingən,utancaq və ürkəkdirlər.
Hz. Məhəmməd (s.ə.s. )əyik dayanan başların bu səssizlikləriylə nə demək istədiklərini çox yaxşı başa düşmüşdür.

"Mənimlə sizin vəziyyətiniz,Hz. Yusifin qardaşlarıyla vəziyyəti kimidir.O qardaşlarına necə,məndə sizə elə".Bu gün sizə hər hansı bir danlama yoxdur.Allah sizi bağışlasın.Çünki O,rəhm edələrin ən rəhmlisidir."-dedi,mən də eyni şeyi deyirəm.Gedin, sərbəstsiniz".



Axşama qədər bütün Məkkəlilər müsəlman olmuşdur və ertəsi gün hərbi güc, artıq ona ehtiyac qalmadığı üçün Məkkənin xaricinə çıxarılır.Lakin Məkkənin fəth ediləcəyi aydınlaşdığı zaman,şəhərdən xaricə,uzaqlara qaçanlar vardır. Bunlar Hz. Məhəmməd (s.ə.s. )-i tanımayan, heç bir şəfqət və bağışlama gücünün də özlərinin əfvinə çatmayacağına inanan-"ağır günahkarlardır".
Bunlardan biridə əmisinin qatili Vəhşidir.Arxasından xəbərçi göndərir,geri dönüb müsəlman olmasını istəyər.
Vəhşi ürkəkdir.Məktubunda :

"Ya Məhəmməd ! Sən "Kim adam öldürər, ya da Allaha şərik qoşar və ya zina edərsə cəzalandırılar, qiyamət günündə əzabı ağırlaşdırılar və əzab içində alçalmış vəziyyətdə olaraq əbədi qalar"-deyə söyləyirsən. Halbuki mən bunların hamısını etdim. Mənim üçün hələ bir qurtuluş yolu ola bilərmi"?-deyər.

Bu cavab üzərinə Quranda Furqan surəsinin 71-ci ayəsi endirilər. Hz. Məhəmməd (s.ə.s. ) nazil olan ayəni yazdırar və Vəhşiyə yollayar.

" Məgər ki, tövbə edib iman gətirən və yaxşı əməl və davranışlarda olan kəslər ola. Allah bunların günahlarını yaxşılıqlara çevirər.Allah çox bağışlayan,çox mərhəmət edəndir".

Vəhşi bununla da təmin olmaz.

"Ya Məhəmməd!Tövbə, iman və yaxşı əməl ağır bir şərtdir ola bilər ki, gücüm çatmaz. "


Vəhşinin cavabına cavab, yeni enən Nisa surəsinin 48-ci ayəsindən gəlir:

"Şübhəsiz ki, Allah özünə şərik qoşulmasını bağışlamaz.Lakin bunun xaricində qalan günahları isə dilədiyi kimsə üçün bağışlayar".

Vəhşi yenə razı qalmamışdır.Yeni bir məktub yazar.

"Ya Məhəmməd ; bundan belə məna çıxır ki, əgər Allah istəsə bağışlayacaq.Mən bilmirəm,Allah mənim haqqımda belə bir şey istəyəcəkmi"?-Deyər.

Bunun üzərinə də Zumər surəsinin 53-cü ayəsiendirilir :

"De ki, ey özlərinin əleyhinə günah sərhədini aşan qullarım! Allahın rəhmətindən ümidinizi kəsməyin. Allah bütün günahları bağışlayar. Həqiqətən O, çox mərhəmətli, çox bağışlayandır".

Vəhşi:
"Bax indi oldu"-deyər.Məkkəyə gələr və müsəlman olar.


İnsanlar soruşarlar :

"Ey Allahın Elçisi! Bütün bu müjdələr yalnız Vəhşi üçünmü, yoxsa hamımızamı"?

O cavab verər :

"Hamınıza!"
..



Əvvəlki illərdə,Bədrdə öldürülən yaxınlarının intiqamını almaq üçün Mədinəyə Hz. Məhəmməd (s.ə.s. )-i öldürsün deyə sui-qəsdçilər göndərmiş olan Qureyşin ulularından Ümeyyə oğlu Safvan da qaçaqlardandır.
  Onu razı salıb,geri gətirmək üçün,Hz. Məhəmməd (s.ə.s. )-ə sui-qəsdçi olaraq göndərdiyi Umeyr oğlu Vəhb göndərilir. Yanında Hz. Məhəmməd (s.ə.s. )-in "toxunulmazlıq" sözünün sənədi olaraq verdiyi sarığı da vardır.Safvan güvənər və geri qayıdar. Lakin hələ İslama hazır deyil.Hz. Məhəmməd (s.ə.s. )-in qarşısında dayanar.

"Mənə iki ay icazə ver. Dinini qəbul edib-etməmək üçün düşünüm" -deyər.

Hz. Məhəmməd (s.ə.s. ) cavab verər.

"İki ay deyil, dörd ay icazə sənə".

Dörd ay bitmədən, Safvan öz istəyiylə müsəlman olar
.

Nümunə qaçaqlarından üçüncüsü ,Bədrdə öldürülənə qədər İslam və Hz. Məhəmməd (s.ə.s. ) düşmənliyinin başını çəkmiş və Onun tərəfindən "Bu ümmətin firavonudur" -deyə təyin olunmuş olan Əbu Cəhlin oğlu İkrimədir. İkrimə də çox şeylər etmişdir. Belə ki Hz. Məhəmməd (s.ə.s. ) onun haqqında da "Ondan çəkdiyimi atasından çəkmədik" -deyəcəkdir.

İkriməni razı salıb geri qaytarmaq vəzifəsini də həyat yoldaşı boynuna götürər. Yəmən sahilində, gəmiyə minmiş və Afrikaya keçmək üzrəykən onu tutar.Məkkəyə qaytarar.İkrimənin içəri girməkdə olduğu deyilincə Hz. Məhəmməd (s.ə.s. ) yanında oturan yoldaşlarını xəbərdar edər.

"Əsla atası əleyhinə danışıb, özünü təhqir etməyin".

İkrimə içəri girər. Hz.Məhəmməd (s.ə.s. ) onu qucaqlayaraq qarşılayar.

"Süvari mühacir,xoş gəldin"-deyər,yanına oturdar.Gördükləri,eşitdikləri və yaşadıqları qarşısında çaşan İkrimə söz verər.

"Ey Allahın Elçisi! Sən şahid ol, bugünə qədər sənin dinini maneə törətmək yolunda xərclədiyim səyin və pulun ən az iki qatını ona xidmət etmək üçün xərcləyəcəyəm".

İkrimə sözünün üstündə durar. İllər sonra,Hz. Ömərin xəlifəliyi dövründə Orta Şərqin müsəlman olmasına səbəb olan Yermuk döyüşündə, bir qurtum su içə bilmədən şəhid olan üç şəhiddən biri də İkrimə.Bədənində yetmiş dənə qılınc yarası sayarlar. [18]



@Tərcümə azadqadin.az saytına məxsusdur, istifadə edilərkən istinad mütləqdir.
 

SEVDA | 26 mart 2016 21:07 | Status: Nəzarətçi | Şərh: 17 439
Sitat: nergiz_zz
TƏŞƏKKÜRLƏR.ƏLLƏRİN AĞRIMASIN BACIM..ALLAH RAZI OLSUN....
ESMERRi | 6 dekabr 2015 18:02 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: dılay
Sitat: Nergiz love
Cox tesekkurler maraqliydi
dılay | 23 noyabr 2015 19:20 | Status: Brilliant user | Şərh: 8 183
Sitat: Nergiz love
Cox tesekkurler maraqliydi
ESMER | 24 sentyabr 2015 16:41 | Status: VİP user | Şərh: 817
Sitat: Ag Gul
Allah razı olsun...
Ag Gul | 6 aprel 2015 17:12 | Status: Professional user | Şərh: 4 333
Allah razı olsun...
Nergiz love | 20 noyabr 2014 10:27 | Status: Professional user | Şərh: 7 871
Cox tesekkurler maraqliydi
KARAGULUM | 31 oktyabr 2014 17:29 | Status: Gümüş user | Şərh: 1 433
Mohtewem idi
Nur | 1 mart 2014 07:39 | Status: Professional user | Şərh: 3 988
Gunesim Allah senden razi olsun
Mehdiyeva Cinara | 15 noyabr 2013 10:30 | Status: VİP user | Şərh: 1 038
Allah razi olsun
Günelove | 30 sentyabr 2013 22:39 | Status: Şərhçi | Şərh: 288
Cox tşkler bacım bele ibretamiz hekayeleri oxuduqca sanki adamın ruhu dincelir,rahatlıq gelir insana Allah razı olsun,Allah hamının kömeyi olsun amin..
Seyidli | 17 sentyabr 2013 23:39 | Status: Yazar | Şərh: 2 706
"Allahım bu on gümüş nə qədər bərəkətliymiş.Onunla mənə və bir yoxsula köynək geydirdin,bir qız uşağını sevindirdin və azadlığını qazanmasını təmin etdin".

İnan gözlərim doldu Günəşim. Anam gəlib deyir ki, niyə aglayırsan, deyirəm Peygəmbərimizin ( s.a.s.) əxlaqının gözəlliyinə görə gözlərim doldu...
Təşəkkürlər Günəşim!!!
Lumia | 16 sentyabr 2013 12:58 | Status: Professional user | Şərh: 5 378
Tesekkur edirem.
Alice | 15 sentyabr 2013 14:34 | Status: Professional user | Şərh: 5 020
BÖYÜK TƏŞƏKKÜRÜMÜ BİLDİRİRƏM.BU GÖZƏL XƏBƏRLƏRİ GÖRƏNDƏ İNSANIN KÖLNÜ GÖZÜ AÇILIR.ALLAHIN SEVİMLİ BƏNDƏLƏRİNDƏN OLASINIZ.
Girl | 15 sentyabr 2013 14:28 | Status: Professional user | Şərh: 8 206
Sitat: DENIZ QIZI3
cox maragli oxudum.Allah razi olsun Gunewim
Torpaq | 14 sentyabr 2013 15:47 | Status: Professional user | Şərh: 3 570
Sitat: Gunel
Vehsi haqda olan yazini cox beyendim.Heqiqetende Allah teala bagishlayan ve rehm edendir.Bu qeder insanlarin gunah etmelerine baxmayaraq helede dunya durmaqdadir.Bunun ozu Allah tealanin bize olan boyuk merhemetidir.Shukurler olsun.

her zaman Vehsi haqda xatirlayanda cooxx qeribe oluramm...
cox agir bir hal olub hem Muhammed s.a.v. ucun hem de ele Vehsinin ozuycun...
Guneeeesiiiim cooooooooooox sag ol.. yorumayasan caaaan
Beren | 14 sentyabr 2013 15:22 | Status: Professional user | Şərh: 3 214
"Şübhəsiz ki, Allah özünə şərik qoşulmasını bağışlamaz.Lakin bunun xaricində qalan günahları isə dilədiyi kimsə üçün bağışlayar".

"De ki, ey özlərinin əleyhinə günah sərhədini aşan qullarım! Allahın rəhmətindən ümidinizi kəsməyin. Allah bütün günahları bağışlayar. Həqiqətən O, çox mərhəmətli, çox bağışlayandır".

Sevərək oxudum.Vəhşi ilə bağlı olan hissəni çox bəyəndim.Sonuna qədər oxudum.Kriminal xəbərlərin əvəzinə belə gözəl dini xəbərlər çoxluq təşkil etsə lap yaxşı olar.Allah razı olsun canım.
zoluwka | 14 sentyabr 2013 14:14 | Status: Professional user | Şərh: 3 172
Allah razi olsun Gunewim cox deyerli xeberdi.Allah qelbimizden sevgisin eskik etmesin imanimizi artirsin inwallah
DENIZ QIZI3 | 14 sentyabr 2013 13:20 | Status: Gümüş user | Şərh: 3 858
cox maragli oxudum.Allah razi olsun Gunewim
Vetenperver | 14 sentyabr 2013 10:17 | Status: Professional user | Şərh: 6 700
Gözəl xəbərə görə təşəkkür edirəm!Allah razı olsun.
gul kokusu | 14 sentyabr 2013 01:01 | Status: Gümüş user | Şərh: 1 472
allah razi olsun.
ayruska | 13 sentyabr 2013 22:10 | Status: Professional user | Şərh: 3 978
Sitat: Aytekin82
"De ki, ey özlərinin əleyhinə günah sərhədini aşan qullarım! Allahın rəhmətindən ümidinizi kəsməyin. Allah bütün günahları bağışlayar. Həqiqətən O, çox mərhəmətli, çox bağışlayandır".


Gözümüz könlümüz sevindi, Can, Allah razı olsun!
Gunel | 13 sentyabr 2013 21:43 | Status: Professional user | Şərh: 4 087
Vehsi haqda olan yazini cox beyendim.Heqiqetende Allah teala bagishlayan ve rehm edendir.Bu qeder insanlarin gunah etmelerine baxmayaraq helede dunya durmaqdadir.Bunun ozu Allah tealanin bize olan boyuk merhemetidir.Shukurler olsun.
Gunewim sene coxlu teshekkur haqqini ve eziyyetini her birimize halal et... nn41
Aytekin82 | 13 sentyabr 2013 21:31 | Status: Brilliant user | Şərh: 6 587
"De ki, ey özlərinin əleyhinə günah sərhədini aşan qullarım! Allahın rəhmətindən ümidinizi kəsməyin. Allah bütün günahları bağışlayar. Həqiqətən O, çox mərhəmətli, çox bağışlayandır".


Gözümüz könlümüz sevindi, Can, Allah razı olsun!
sadəcə MƏN | 13 sentyabr 2013 20:59 | Status: Brilliant user | Şərh: 4 771
Allah razı olsun!
Nərmin.bayram | 13 sentyabr 2013 20:56 | Status: Gümüş user | Şərh: 2 313
təşəkkürlər maraqla oxudum
nergiz_zz | 13 sentyabr 2013 17:52 | Status: Professional user | Şərh: 3 814
TƏŞƏKKÜRLƏR.ƏLLƏRİN AĞRIMASIN BACIM..ALLAH RAZI OLSUN....
Decel | 13 sentyabr 2013 17:00 | Status: Gümüş user | Şərh: 933
Gunesim ellerine saliq bu gunde gunun sah xeberi budur