Həyat tərzi / İslam

Peyğəmbərimizin nümunəvi əxlaqı 3 (Şəfqətli)

X... | 31-08-2013, 18:00
6 827 21


Peyğəmbərimizin nümunəvi əxlaqı 3 (Şəfqətli)-bu xəbərimdə də peyğəmbərimizin necə şəfqətli olduğunu, hətta düşmənlərinə qarşı belə, görəcəksiz.Sona kimi oxuyun inanki, göz yaşlarını saxlaya bilməyəcəksiz.

Peyğəmbərimizin nümunəvi əxlaqı 3 (Şəfqətli)

Kasıb oğru
 
Mədinədə qıtlıq yaşanır. Ac bir müsəlman bir bağçaya girərək ağaclardan xurma toplayar və yeyər. Lakin bağça sahibi tərəfindən tutular. Döyülər və yediyi xurmalara qarşılıq olaraq paltarlarına əl qoyular. Sonra da kasıb oğru, yanında özünü döyən söyən bağça sahibi olduğu halda Hz. Məhəmməd (s.ə.s.)-in yanına gəlir. Kasıb oğru gördüyü davranışdan ötrü bağça sahibini şikayət edər. Hz. Məhəmməd (s.ə.s.),hər ikisini də diqqətlə dinlədikdən sonra bağça sahibinə dönər:

"O cahildi, sən ona öyrətməliydin, o acdı, sən onu doyuzdurmalıydın."


Bağça sahibi əvvəl kasıb oğrunun paltarlarını geri qaytarar, sonra da onu vurduğunun əvəzi olaraq öz anbarından yüz səksən kilo buğda verər. [1]


Düşmənə kömək

Məkkənin taxıl ehtiyacının hamısını qarşılayan Hamamə adlı bir qəbilə rəisi Müsəlman olar və Məkkəyə taxıl satışını dayandırar. Birdən aclıq təhlükəsiylə üz-üzə qalan Məkkəli bütpərəstlər, əvvəl Hamaməyə müraciət edərlər. Lakin nəticə mənfidir. Bunun üzərinə, son çarə olaraq Hz. Məhəmməd (s.ə.s.)-ə bir elçi heyəti göndərərlər.

"Əgər səndən də bir çarə tapa bilməzsək, hamımız aclıqdan qırılarıq." deyərlər.

O, Məkkəlilərin üç il  müddətində özü ilə birlikdə bütün Müsəlmanlara bir tək buğda dənəsi belə vermədiklərini xatırlamaz. Müsəlman yoldaşlarıyla birlikdə özünə yalnız "Rəbbim Allahdır" dedikləri üçün, vətənlərində həyat haqqı verilmədiyi, köç etmək məcburiyyətində buraxıldıqlarını düşünməz. Özünü dəfələrlə öldürməyə qəsd etdiklərini nəzərə almaz. Dəfələrlə ordu düzüb Mədinəyə getdiklərini unudar. Unudar Hamaməyə əmr edər ki, yenidən onlara taxıl verilsin və Məkkə əhli yenidən taxılına qovuşar. [2]



Canına əzab verməsin.

Yaşlı birinin dəvələri üzərindəki iki oğlunun arasında, piyada olaraq Kəbəyə getdiyini görər. Səbəbini soruşur. Öyrənər ki,bu yaşlı adamın nəziridir. Lakin yolu çətinliklə getməkdədir. Özünə xəbər göndərər.

"Allah bu adamın öz canına əzab etməsinə möhtac deyil. Söyləyin ona bir dəvəyə minsin." [3]



Taif şəhəri ac qalınca.
(Taif -Səudiyyə Ərəbistanın Məkkə bölgəsindəki şəhərdir.)

Məkkənin fəthindən sonra Taif şəhəri mühasiyə alınmışdır. Mühasirə uzandıqda Taifdə aclıqdan ölümlər başlayar. Düşmən atrıq təslim olmaq üzrədir, buna baxmayaraq Peyğəmbərimiz  mühasirəni qaldırar. Xalqının aclıqdan ölümü müqabilində bir şəhəri təslim almağa ürəyi razı gəlməz. O Taif şəhəriki, illər əvvəl Onu (s.ə.s.)-o daş və tüpürcək yağışına tutaraq, öz izahatıyla "həyatının ən ağır gününü" yaşatmış bir şəhərdir. [4]



HZ. Zeynəbin qatili

Əsvəd oğlu Xabir,peyğəmbərimizin qızı Hz. Zeynəbin qatilidir. Zeynəb, Məkkədən Mədinəyə, atasının yanına hicrət etməyə çalışarkən yolu, içlərində Xabirin də olduğu bir qrup Məkkəli bütpərəst tərəfindən çevrilir Xabir əlindəki nizə ilə Hz. Zeynəbi dəvəsindən salar. Hamilə olan Zeynəb uşağını salar bir müddət sonra da bu səbəblə ölər. Məkkə fəth edildikdən sonra, özündən Hz. Zeynəbin intiqamının alınacağı qorxusuyla saxlanan və İrana qaçma hazırlıqları edən Xabirə Peyğəmbərimiz xəbər göndərər. Can təhlükəsizliyi verər. Hüzuruna gələn zaman da üzrünü qəbul edər və bağışlayar. [5]



Şəfqətin zirvəsi ÜhÜd

Ühüd, İslamın ikinci böyük meydan imtahanıdır. Məğlubiyyətlə nəticələnən Ühüd, başda Hz. Məhəmməd (s.ə.s.) olmaq üzrə bütün müsəlmanların çox əzab çəkdikləri bir yerdir. Bu əzablardan Hz. Məhəmməd (s.ə.s.)-in payına, sevimli yoldaşlarından çoxunun şəhid edilməsi və ordusunun dağılmasını görmək kimi ən böyük əzablarının yanında, üzərinə yetmiş dəfə qılınc atılması, dişlərinin qırılması, yanağının yarılması və diş ətinə dəmir parçalarının batması kimi nisbi olaraq daha kiçikləri də düşər.
Böyük, kiçik bu ağrıların hamısının birdən yaşandığı ən isti dəqiqələrdə, sığındığı dağın yamacında əllərini qaldırar və bütün bunlara səbəb olan Məkkəli bütpərəstlər haqqında dua edər:

"Allahım, mənim xalqımı bağışla. Çünki onlar həqiqəti görə bilmirlər. Əgər görsəydilər belə etməzdilər."

Bir tərəfdən də yanağından dişlərindən tökülən qanları əliylə silərək, torpağa düşmələrinə mane olmağa çalışır. Bu vəziyyəti diqqətlərindən qaçırmayan bəzi yoldaşları, daha sonra soruşar:

"Ey Allahın Elçisi! Nə üçün qanınızın torpağa tökülməməsi üçün o qədər əlləşdiniz?"

"Allahın qanunudur. Bir cəmiyyət özlərinə rəhmət olaraq göndərilmiş bir peyğəmbəri, qanı torpağa töküləcək qədər yaralayarsa, həmin insanlara möhlət verilməz.Yerli-dibli  yox edilərlər." [6]



Şəhid uşağı

Ühüd də  şəhid olan bir müsəlmanın oğlu, eyni gün axşamçağı, yaralı və ağrılı Hz. Məhəmməd (s.ə.s.)-dən soruşar:

"Atam haradadır?"

"Atan şəhid oldu."

Şəhid uşağı ağlamağa başlayır. Hz. Məhəmməd (s.ə.v.), başını oxşayar, qucağına alar və uşaqdan soruşar:


"İstəyərsənmi,mən atan olum,Aişədə anan olsun?"[7]



İSLAMA çağırdınızmı?

Peyğəmbərimiz Mədinəyə yeni gətirilmiş olan döyüş əsirlərini görər.onları əsir alan  yoldaşlarından soruşar:

"Bunları İslama çağırdınızmı?"

"Xeyr!" cavabını alan zaman, vəziyyəti dəqiqləşdirmək üçün bir dəfə də əsirlərdən soruşar:

"Sizi İslama çağırdılar ?"

Onlardan da "Xeyr!" cavabı gələn zaman, əmr edər, əsirlər sərbəst buraxılar və ölkələrinə geri qaytarılarlar. [8]


Yemədiklərinizi kasıblara verə bilməzsiniz!

Bir yoldaşı Peyğəmbərimizə yeməsi üçün bir kərtənkələ (çöldə yaşayan bir canlı) hədiyyə edər. Lakin kərtənkələ yeməz heçvaxt.Bunu bilən Hz. Aişə kərtənkələni ,həmin vaxt qapıda yemək istəyən bir kasıba vermək üçün Onun (s.ə.s.)-in icazəsini istəyər. O isə icazə verməz:

"Öz yemədiyinizdən kasıblara verə bilməzsiniz." [9]


Atacan, atacan.

İslamdan əvvə ərəblərdə qız uşaqlarıöldürmək adəti geniş yayılmışdır. İslamın ilk növbədə və şiddətlə qadağan etdiyi ictimai vərdişlərdən biri olan bu adəti, illər sonra bir yoldaşı qızlarını necə öldürdüyünü Hz. Məhəmməd (s.ə.s.) 'in qarşısında izah edər:


"Ey Allahın Elçisi! Mən də qız uşaqlarımı öz əllərimlə basdırmışdım. Belə hadisələrin birində, qızımın əlindən tutub apardım ki, onu öldürməyə.Qızımda elə vaxtında idiki tam inkişaf edib formalaşmışdı.Səhrada uzaqlaşa bildiyim qədər uzaqlaşdım. Bir kor quyunun başına gəlmişdik. Mən əyildim, bir şey axtarırmış kimi quyunun içinə baxmağa başladım. "

Söhbətin bu yerində, Hz. Məhəmməd (s.ə.s.) ağlamağa başlamışdır.
Həmin şəxs isə söhbətinə davam edər:

"Birdən kürəyinə bir təpik vurdum. Başı aşağı quyuya düşərkən-Atacan, atacan-deyə fəryad edirdi."

Hz. Məhəmməd (s.ə.s.) indi hıçqıra-hıçqıra ağlayırdı. Bu vəziyyəti görüb  müdaxilə etmək məcburiyyətində qalan yoldaşları, adamın ağzını bağlayaraq, onu məsciddən çölə çıxararlar. [10]



Bu xəbərin davamı olacaq daha 8 hadisəni sizlə paylaşacam inşallah.

P.S. Sonuncu hadisəni oxuyanda göz yaşlarımı saxlaya bilmədim və anladımki, Rəbbim Fatimeyi-Zəhranı peyğəmbərimizə niyə bəxş edib?Ey cahil insanlar qız uşağı pis olsaydı, Rəbbim en sevimli quluna,peyğəmbərinə Fatimeyi-Zəhranı bəxş etməzdi.Bununla mən belə düşünürəmki, bəlkədə cahil insanları qəflət yuxusundan oyatmaq istəyib ki, daha bəsdir qız uşaqlarınızı diri-diri basdırmayın.Onlara əzab verməyin.Qız uşağının necə bir möcüzə olduğunu anlayın.


@Tərcümə azadqadin.az saytına məxsusdur, istifadə edilərkən istinad mütləqdir.
 

SEVDA | 26 mart 2016 10:51 | Status: Nəzarətçi | Şərh: 17 441
Sitat: Damla
Deyerli xeberdi...
dılay | 23 noyabr 2015 19:23 | Status: Brilliant user | Şərh: 8 184
Sitat: Günelove
Allah razı olsun canım inşallah bele xeberler cox olsun ki,cahil insanlar dine,imana gelsinler inşallah..
Günelove | 1 oktyabr 2013 00:02 | Status: Şərhçi | Şərh: 288
Allah razı olsun canım inşallah bele xeberler cox olsun ki,cahil insanlar dine,imana gelsinler inşallah..
Gunel | 6 sentyabr 2013 23:41 | Status: Professional user | Şərh: 4 087
Hemisheki kimi yaratmisan Gunewim.Senin bu tip xeberlerini oxumaq sehxsen mene xususi zovq verir.Allah gozlerine ishiq versin, bu cur xeberleri bol edesen ki, milletimizde hidayet olunsun.
sanel | 2 sentyabr 2013 16:30 | Status: Professional user | Şərh: 3 647
Allah razi olsun Güneşim cox gozel xeberdi axirinci meni cox sarsitdi Allah imanimizi kamil etsin amin
nergiz_zz | 2 sentyabr 2013 14:51 | Status: Professional user | Şərh: 3 814
ƏLLƏRİN AĞRIMASIN BACIM..ALLAH SƏNDƏN RAZI OLSUN..ÇOOX MARAQLI XƏBƏRDİ.DAVAMINI TEZLİKLƏ GÖZLƏYİRƏM....
Girl | 1 sentyabr 2013 22:53 | Status: Professional user | Şərh: 8 206
cox maraqli movzudur tesekkurler
AYKA-Z | 1 sentyabr 2013 18:02 | Status: Qonaq | Şərh: 0
Sitat: Aliyeva
bu xeber menim cox ureyimce oldu
ehsen
coxxxxsagol canim menim
son yazdiqlarin meni de duygulandirdi
Allah bizi şükür ehlinden qerar versin
Allah razi olsun
drop | 1 sentyabr 2013 11:55 | Status: Gümüş user | Şərh: 2 448
axirinci hadiseni men de oxuyanda pis oldum..
XeyaleR | 1 sentyabr 2013 11:50 | Status: VİP user | Şərh: 573
Maraqlidi,tewekkurler
lalita | 1 sentyabr 2013 10:54 | Status: VİP user | Şərh: 1 390
AllAH HER BİRİMİZE PEYGENBERİMİZİN YOLUNU TUTMAGİ NESİB ETSİN AMİN
Qanad | 31 avqust 2013 23:50 | Status: Yazar | Şərh: 4 357
Gozel xeberdir
Aliyeva | 31 avqust 2013 22:41 | Status: Yazar | Şərh: 4 036
bu xeber menim cox ureyimce oldu
ehsen
coxxxxsagol canim menim
son yazdiqlarin meni de duygulandirdi
Allah bizi şükür ehlinden qerar versin
Allah razi olsun
Nərmin.bayram | 31 avqust 2013 21:46 | Status: Gümüş user | Şərh: 2 313
ürəyinə sağlıq gözəl bacım ALLAH razı olsun sənnən arxasını səbirsizliklə gözləyirik
Sari gelin | 31 avqust 2013 21:33 | Status: Gümüş user | Şərh: 2 439
PEYGEMBERIMIZ HER BIRIMIZE NUMUNE OLUB VE OLACAQ DA ..
Aytekin82 | 31 avqust 2013 20:43 | Status: Brilliant user | Şərh: 6 587
Sitat: leyla meherremova
Doğurdan da İslam dini qadına çox böyük dəyər verir.insan dinini tanıdıqca daha çox bağlanır.Görəsən biz heç bir dini inkar və ya təhqir etmədiyimiz halda niyə bizim dinə bu qədər düşmənçilik var.Ancaq gec-tez hamısı bu din qarşısında məğlub olacaqlar.Nə yaxşı ki,bu qədər gözəl dinimiz var.


Razıyam!
Sabahım. | 31 avqust 2013 18:47 | Status: Professional user | Şərh: 3 359
MƏHƏMMƏD PEYĞƏMBƏRİ SEVMƏK AİLƏSİNİ DƏ SEVMƏK DEMƏKDİR.
Damla | 31 avqust 2013 18:46 | Status: Brilliant user | Şərh: 7 177
Deyerli xeberdi...
Torpaq | 31 avqust 2013 18:36 | Status: Professional user | Şərh: 3 570
ayy nehayettt...
gozleyirdim bu xeberi...
son hisse meni de duyguandirdi...

ALLAH Onun yoluyla getmeyi nesib etsin...
bu yolda burdesek yixlisaq bele yene de o yol ile gedenlerden olaq...
-''
ayruska | 31 avqust 2013 18:34 | Status: Professional user | Şərh: 3 978
"Ey Allahın Elçisi! Mən də qız uşaqlarımı öz əllərimlə basdırmışdım. Belə hadisələrin birində, qızımın əlindən tutub apardım ki, onu öldürməyə.Qızımda elə vaxtında idiki tam inkişaf edib formalaşmışdı.Səhrada uzaqlaşa bildiyim qədər uzaqlaşdım. Bir kor quyunun başına gəlmişdik. Mən əyildim, bir şey axtarırmış kimi quyunun içinə baxmağa başladım. "


cox pis oldum heqiqetende tesirlidir
Allah razi olsun bu cur hedisleri paylasdiginin ucun gozelim
sebiw21 | 31 avqust 2013 18:20 | Status: VİP user | Şərh: 526
Ellerine saqliq cox gozel xeber idi,digerlerini sebirsizliknen gozleyirik