Həyat tərzi / İslam

Peyğəmbərimizin nümunəvi əxlaqı- 2-nin davamı

X... | 14-08-2013, 13:30
5 831 28
Peyğəmbərimizin nümunəvi əxlaqı- 2-nin davamı

Əziz azadqadın.az-lılar keçən dəfəki xəbərimin ardıdı,daha 11-ini sizlə paylaşıram.



Müqaviləyə Vəfa

Hudeybiyə müqaviləsi yeni imzalanmışdır. Müsəlmanların Məkkə yaxınlarında olduğunu bilən və Məkkəli gizli müsəlmanlardan biri olan Əbu Cəndəl bunu fürsət bilib, qaçar. Müsəlmanlara sığınar. Nə var ki müqavilənin şərtlərindən biri Məkkədən müsəlmanlara sığınan insanların geri veriləcəyinə dairdir. Məkkəli nümayəndələr daha mürəkkəbi qurumamış bu maddənin tətbiq olunmasını istəyirlər. Müsəlmanlar kədərlərindən sarsılarlar. Amma söz vermişlər. Hz. Məhəmməd (s.ə.s.), Əbu Cəndəli qarşısına alır:

"Ey Əbu Cəndəl! Səbr et. Sözümüzdən dönə bilmərik.Allah sənə yaxında bir yol açacaq." deyər.

Əbu Cəndəl Məkkəyə qaytarılar. [12]



Sözə ​​Vəfa

Gizlicə Mədinəyə, Hz. Məhəmməd (s.ə.s.)-ə hicrət etməyə çalışan iki müsəlman Məkkəlilər tərəfindən tutular. Daha sonra özlərinə, məkkəlilərə qarşı silah istifadə etməyəcəklərinə dair and içdirilər və sərbəst buraxılarlar. Onlar da hicrətlərini tamamlayar. Dərhal Bədir döyüşü əvvəli Mədinəyə və müsəlmanlara qoşularlar. Verdikləri sözü Hz. Məhəmməd (s.ə.s.)-ə izah edərlər. Düşmən ordusu müsəlmanlardan üç qat daha çoxdur və döyüşçü çətinliyi çəkilir. Buna baxmayaraq Hz. Məhəmməd (s.ə.s.) verilmiş bir sözün əzilməsini qəbul etməz. Səfər halındakı ordunun içində olan iki yoldaşına da arxada buraxdıqları Mədinəni göstərər və əlavə edir:

"Siz geriyə dönün, hər vəziyyətdə sözümüzə tabe olacağıq. Bizim yalnız və yalnız Allahın köməyinə ehtiyacımız var." [13]




İki qat Savab

Əvvəl Həbəşistana sonra da Mədinəyə hicrət etmiş müsəlmanlardan Umeys qızı Əsma, yalnız Mədinəyə hicrət etmiş olan başqa bir müsəlmanla mübahisə edər. Hər ikisi də hicrət savabı baxımından özləri kimi olanların daha üstün olduğunu müdafiə etməkdədir. Ən sonunda problem Hz. Məhəmməd (s.ə.s.)-ə götürülər:

"Həbəşistana da hicrət etmiş olanlar, iki dəfə hicrət etmişdir. Yalnız Mədinəyə hicrət edənlər isə bir dəfə." deyər. [14]




Düşmənə belə Vəfa

Məkkədən özünə elçi olaraq göndərilən Əbu Rəfi, Mədinədə görüb, yaşadıqlarının təsiriylə, bir neçə gün içində müsəlman olur. Bu yeni vəziyyətiylə elçiliyi də buraxıb Mədinədə qalmaq istəyər. Hz. Məhəmməd (s.ə.s.) isə qəbul etməz:

"Mən nə əhdi pozaram, nə də elçini yanımda saxlayaram. Məkkəyə qayıtdıqdan sonra da eyni şəkildə düşünərsənsə, geri dönərsən, o zaman səni bir qardaşımız olaraq qəbul edərik."

Əbu Rəfi Məkkəyə dönər. Hicrət edər və bir müsəlman olaraq Mədinəyə yerləşər. [15]




Onları eyni məzara

Uhudda şəhid düşən yetmiş iki yoldaşını dəfn etməkdədir. Cemuh oğlu Əmr ilə Əmr oğlu Abdullahın cənazələrinin başında dayanar. Hüzünlə fikrə gedər.

"Bu ikisini eyni məzara qoyun. Çünki onlar dünyada da bir-birlərini çox sevərdilər" -deyər. [16]



Mədinəlilərə VƏFA

Vəfatından əvvəlki günlər ... Xəstə ... Məscidin minbərinə(minbər-məscidlərdə imamların xütbə oxuduğu yer pilləkənli az yüksəkli yerdir) çətinliklə çıxar. Çöldən edilən köçlərlə qat-qat çoxalmış  olan Mədinənin köçkün xalqına səslənər.

"Mədinənin yerlilərinə qarşı yaxşı davranın. Çünki insanlar çoxalır, lakin onlar artmırlar. Onlar mənə sığınacaq olmuşdular. Yaxşılıqlarına yaxşılıqla cavab verin, pislik edənlərini də bağışlayın". [17]



 
Məscidin Xidmətçisi

Mədinədəki məscidin təmizlik işlərini görən yaşlı, zənci bir xanım vardır. Sakit, kasıb bir müsəlmandır. İki-üç gün görə bilməyincə, Hz. Məhəmməd (s.ə.s.) maraqlanıb "haradadır?" deyə soruşar ... Yoldaşları vəfat etdiyini və səssizcə basdırdıqlarını söyləyərlər ... İnciyər:

"Mənə də xəbər verməli deyildinizmi?" deyər.

Məzarının başına gedər və yenidən cənazə namazını qıldırar. [18]



Anamdan  sonra Anam idi.

Səkkiz yaşında babası da vəfat edincə məsuliyyətini əmisi Əbu Talib öhdəsinə götürür. Xanımı Əsəd qızı Fatma ilə kiçik Məhəmmədə yetimliyin ağrısını hiss etdirməmək üçün əllərindən gələni edərlər. Peyğəmbərliyindən sonrakı illərdə əvvəl əmisi, ardından da əmisinin xanımı vəfat edər. Xüsusilə əmisinin xanımının vəfat xəbərinə çox kədərlənər.

"Bu gün sevimli anam vəfat etdi" -deyər.

Köynəyini kəfən olaraq verər. Yetmiş dəfə təkbir aldıraraq cənazə namazını qıldırar. Qəbrə əvvəl özü uzanıb, bir müddət yatar. Yoldaşları o günə qədər bir bənzərini görmədikləri bu fövqəladə marağın səbəbini soruşarlar.

"O mənim anamdan sonra anam idi" deyə cavab verər. [19]




Çağırılsam Gedərəm

Gənclik illəridir. Bütün Ərəbistanla birlikdə Məkkədə də həddini aşmış olan zülm və haqsızlıqlar bəzi vicdan sahiblərini hərəkətə keçməyə məcbur edər.Və aralarında Hz. Məhəmməd (s.ə.s.)-in də olduğu, insani həssaslıqlarını hələ canlı tutan bir qrup Məkkədə bir evdə toplaşarlar. "Hılfu'l-Fudul" adı verilən bir andlaşma edərlər. Bundan belə heç bir Məkkəlinin və ya qonağın gücsüz və tək olduğu üçün haqsızlıq görməsinə icazə verilməyəcək.

Aradan təxminən qırx il keçər. Artıq bir dövlət başçısı və peyğəmbərdir. Bir gün gəncliyində qatıldığı o əhdi xatırlayır və deyir:

"Cüda oğlu Abdullahın evində elə bir sazişə qatılmışdım ki, onu Ərəblərin ən qiymətli mallarına belə dəyişmərəm. Bu gün də o müqavilənin gərəyi olaraq çağırılsam, gedərəm." [20]


Qucağında Şəhid olur.

Mədinənin ilk müsəlmanlarından, hər sıxıntılı günündə ən yaxınında yer alanlardandır  Muaz oğlu Səd.Yəhudilərlə edilən bir döyüşdə ölümcül bir yara alar. Günlərlə can çəkiştikdən sonra nəhayət ölüm anı gəlir. Hz. Məhəmməd (s.ə.s.) başında dayanır. Sad-ın yarası açılar və qan fışqırmağa başlayar. Bir-birlərinə qucaqlamaq üçün hücum edərlər. Fışqıran qan Hz. Məhəmməd (s.ə.s.)-in üzünü, saqqalını və paltarını qırmızıya boyamaqdadır. Yoldaşları üstü başı ləkə olmasın deyə onları bir-birlərindən ayırmağa çalışarkən Sad və Hz. Məhəmməd (s.ə.s.) bir-birlərini dahada bərk qucaqlayarlar. İndi ikisi də gözyaşına boğulmuşdur. Sad Hz. Məhəmməd (s.ə.s.)-in qucağında son nəfəsini verər. [21]




Zeyd Övladlığımdır.

Peyğəmbərlik əvvəli dövrdür. Köləsi Harisə oğlu Zeydin atası və əmiləri illərcə davam edən axtarışlardan sonra Məkkəyə gəlib oğullarını taparlar və Hz. Məhəmməd (s.ə.s.)-dən onu özlərinə satmasını xahiş edərlər. O təbəssümlə cavab verir:

"Özündən soruşun, getmək istəyirsə, azaddır, pul lazım deyil" -deyər.

Harisə oğlu Zeyd isə Hz. Məhəmməd (s.ə.s.)-i seçər.

Başda qohumları olmaqla  hər kəs təəcüblənmişdir.Zeydin bu qərarı üzərinə əlindən tutaraq onu Məkkənin ana meydanına, Kəbənin önünə aparar və yüksək səslə məkkəlilərə eşitdirər:

"Bu mənim köləm Harisə oğlu Zeyd, artıq azaddır və mənim övladlığımdır! .."

Və Zeyd o gündən sonra Məhəmməd oğlu Zeyd deyə çağrılmağa başlanar. [22]



@Tərcümə azadqadın.az saytına məxsusdur, istifadə edilərkən istinad mütləqdir.

SEVDA | 26 mart 2016 10:24 | Status: Nəzarətçi | Şərh: 17 441
Sitat: drop
Allah razi olsun, cox sagolun
ESMERRi | 6 mart 2016 21:47 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: Miraj
tesekkurlerrrrrrrrrrrrrrrrrr
dılay | 23 noyabr 2015 19:21 | Status: Brilliant user | Şərh: 8 184
Sitat: Nergiz love
Gozel xeberdi.cox xosluyuram dini xeberleri
Nergiz love | 24 noyabr 2014 19:33 | Status: Professional user | Şərh: 7 871
Gozel xeberdi.cox xosluyuram dini xeberleri
Miraj | 5 noyabr 2014 18:27 | Status: Professional user | Şərh: 2 625
tesekkurlerrrrrrrrrrrrrrrrrr
Lumia | 18 avqust 2013 14:41 | Status: Professional user | Şərh: 5 378
Tesekkur edirem.
LARA SOFI | 15 avqust 2013 00:39 | Status: VİP user | Şərh: 735
cox saq olunnnnnn
MELEK_ | 15 avqust 2013 00:32 | Status: Professional user | Şərh: 3 949
ARO.........
Qanad | 14 avqust 2013 23:55 | Status: Yazar | Şərh: 4 357
Cox maraqlidir.
Seyidli | 14 avqust 2013 23:42 | Status: Yazar | Şərh: 2 706
Yenə də maraqla sona qədər oxudum, ÇOXSAGOL gözəlim!
Sari gelin | 14 avqust 2013 23:00 | Status: Gümüş user | Şərh: 2 439
oxudum maraqli idi ..tewekkurler
Beren | 14 avqust 2013 22:59 | Status: Professional user | Şərh: 3 214
Canım belə gözəl xəbərə görə təşəkkürlər.Zövqlə oxudum.
Allah razı olsun!
Just me | 14 avqust 2013 21:46 | Status: Professional user | Şərh: 1 296
allah razi olsun maraqliydi
sadəcə MƏN | 14 avqust 2013 21:31 | Status: Brilliant user | Şərh: 4 771
Allah razı olsun! Şəkilləri də çox bəyəndim.
ayruska | 14 avqust 2013 20:04 | Status: Professional user | Şərh: 3 978
Allah razi olsun canim bacim
svetlana | 14 avqust 2013 19:22 | Status: VİP user | Şərh: 544
Maraqla oxudum və zövq aldım winked
Aytekin82 | 14 avqust 2013 18:53 | Status: Brilliant user | Şərh: 6 587
Əlinə, könlünə sağlıq, Hayatım.

Torpaq | 14 avqust 2013 18:22 | Status: Professional user | Şərh: 3 570
oxudum Minnosum deyerli xebercun tesekkur nn41
yanina | 14 avqust 2013 18:21 | Status: Şərhçi | Şərh: 384
kas bu gozel insani gormek sansim olaydi onu taniyanlar goresen ne qeder sansli olduqlarini bilibler
drop | 14 avqust 2013 17:57 | Status: Gümüş user | Şərh: 2 448
Allah razi olsun, cox sagolun
FLOVERandGİRL | 14 avqust 2013 17:31 | Status: Professional user | Şərh: 3 251
cox sagol qisa da olsa cox maraqli ve semimi bir xeberdir
gul kokusu | 14 avqust 2013 15:59 | Status: Gümüş user | Şərh: 1 472
allah razi olsun .cox sag ol ellerin agramasin.
DENIZ QIZI3 | 14 avqust 2013 15:28 | Status: Gümüş user | Şərh: 3 858
ALLAH razi olsun GUNESIM.
nergiz_zz | 14 avqust 2013 15:14 | Status: Professional user | Şərh: 3 814
Allah razı olsun bacım...ƏLLƏRİN AĞRIMASIN...
Gunel | 14 avqust 2013 15:02 | Status: Professional user | Şərh: 4 087
Anamdan sonra Anam idi.

Səkkiz yaşında babası da vəfat edincə məsuliyyətini əmisi Əbu Talib öhdəsinə götürür. Xanımı Əsəd qızı Fatma ilə kiçik Məhəmmədə yetimliyin ağrısını hiss etdirməmək üçün əllərindən gələni edərlər. Peyğəmbərliyindən sonrakı illərdə əvvəl əmisi, ardından da əmisinin xanımı vəfat edər. Xüsusilə əmisinin xanımının vəfat xəbərinə çox kədərlənər.

"Bu gün sevimli anam vəfat etdi" -deyər.

Köynəyini kəfən olaraq verər. Yetmiş dəfə təkbir aldıraraq cənazə namazını qıldırar. Qəbrə əvvəl özü uzanıb, bir müddət yatar. Yoldaşları o günə qədər bir bənzərini görmədikləri bu fövqəladə marağın səbəbini soruşarlar.

"O mənim anamdan sonra anam idi" deyə cavab verər. [19]


Cox beyendim bunu.Ibretamiz xeber ucun cox sag ol Guneshim nn41
Nazlı_Kız | 14 avqust 2013 14:38 | Status: Brilliant user | Şərh: 6 473
cox maraqlidi twk allah razi olsun
Lola. | 14 avqust 2013 14:10 | Status: Professional user | Şərh: 2 230
ALLAH razi olsun gunesimm!
Princess_93 | 14 avqust 2013 13:39 | Status: Brilliant user | Şərh: 5 877
canim Allah razi olsun evvelini oxuya bilmemiwem mutleq oxuyacam