Həyat tərzi / İslam

Peyğəmbərimizin nümunəvi əxlaqı- 2

X... | 11-08-2013, 13:30
5 204 30
 
Ana haqqı
 
 Bir yoldaşı Peyğəmbərimizə (s.ə.s.) anasını şikayət edər.
 
"Xasiyyəti və əxlaqı pis" deyər. O (s.ə.s.) cavab verər.

  "Amma səni doqquz ay qarınında daşıyarkən pis xasiyyətli deyildi" Yoldaşı təmin olmamışdır.

  "Ey Allahın Elçisi! Həqiqətən pis xasiyyətli".

  "Amma səni iki il əmizdirərkən pis xasiyyətli deyildi".Adam yenə də israr edər. O (s.ə.s.)-də davam edər:

  "Sənə görə yuxusuz qalarkən pis xasiyyətli deyildi". Yoldaşı dözə bilməz.

  "Amma mən də qarşılığını ödədim".

  "Nə etdin"?

  "Kürəyimdə daşıyaraq həcc etdirdim". Hz. Məhəmməd (s.ə.s.)-in dodaqlarında acı bir təbəssüm meydana çıxar.

    "Bir tək doğum sancısının belə qarşılığını ödəmiş olmadın".[1] 
 

 
 
Əbubəkr məni təsdiqlədi

  Hz. Əbubəkr (s.ə.) və Hz. Ömər (s.ə) müzakirə edərlər.Hz. Əbubəkr (s.ə)-in kədərli olduğunu görüncə Peyğəmbərimiz müdaxilə edər, yoldaşlarını qarşısına toplayır və:

  "Allah məni sizə peyğəmbər olaraq göndərdi. Siz mənə yalançı dediniz, Əbubəkr təsdiqlədi. Siz mənə düşmənlik etdiniz, o canıyla, malıyla kömək oldu. O günlər xatirinə yoldaşıma bundan sonra kimsə ilişməsin" deyər.

  O gündən sonra hər kəs Hz. Əbubəkr (s.ə)-in qəlbini qırmamağa diqqət göstərər. [2]  
 

 
 Əvvəl sürünü sahibinə

Xeybərdə yəhudilərlə döyüşdədirlər. O bölgədə ödənişlə çobanlıq edən bir zənci müsəlman olmağa qərar verər. Hz. Məhəmməd (s.ə.s.)-in yanına gəlir və istəyini söyləyər. Lakin Hz. Məhəmməd (s.ə.s.) dərhal qəbul etməz.

"İlk əvvəl sürünü sahibinə təslim etmək lazımdır. Müsəlman olmağın və bizimlə birlikdə döyüşə qatılmaq istəmələri, üzərindəki əmanətin məsuliyyətini aradan qaldırmaz." deyər.

Çoban özünə deyiləni edər. Əvvəl sürünü layiqincə sahibinə qaytarar, sonra yeni girdiyi dinin əməllərinə riayət etmək üçün tələsər. [3]
 

 
Xədicənin dostu
 
Hz. Xədicə ,Peyğəmbərimizin (s.ə.s.) otuz səkkiz illik evlilik həyatının iyirmi beş ilini eyni yastığa baş qoyaraq keçirdikləri, yeddi uşağından altısına analıq etmiş olan ilk həyat yoldaşı, ilk göz ağrısıdır.
 
Hz. Xədicənin vəfatından öz vəfatına qədər hər bəhanəylə Hz. Xədicəyə duyduğu sevgini təkrar edər.
 
Hz. Aişə ilə evli olduğu zamanlardır. Yaşlı bir qadın evlərini ziyarət edər. Hz. Məhəmməd (s.ə.s.) onu tanımışdır. Lakin yenə də adını soruşur.
 
 Qadın"Cəssamə (Çirkin şey)", deyə cavab verər. Hz. Məhəmməd (s.ə.s.) düzəldər:
 
"Xeyr! Sən Cəssamə deyil, Həssanəsən! (Gözəl şey). "Bundan başqa, yaşlı qadına etdiyi nəzakətlərin çoxluğu Hz. Aişənin diqqətini çəkir və qadın getdikdən sonra soruşmamış özünü saxlaya bilməz.
 
"Ey Allahın Elçisi! Bu qadına nə çox nəzakət göstərdiz,xoş sözlər dediniz? "Hz. Məhəmməd (s.ə.s.), gözləri dolaraq cavab verər:"Bu qadıncağız Xədicənin dostu idi, onunla evli olduğumuz illərdə bizi tez-tez ziyarət edərdi." [4] 
 

 
Hədiyyəni Xədicənin rəfiqəsinə

Hz. Xədicə  vəfat edəli illər olmuşdur. O, Məkkə torpaqlarında yatmaqdadır. Hz. Məhəmməd (s.ə.s.) isə hicrət edərək Mədinəyə gəlmişdir. Xədicənin rəfiqələrindən bir qadın da hicrət edənlər arasındadır. Xidmətçisi Malik oğlu Ənəsin izahatıyla Hz. Məhəmməd (s.ə.s.)-ə bir şey hədiyyə edildiyində çoxu dəfə, gələn hədiyyəni o qadına yollamaqda və:

"Çünki o Xədicənin rəfiqəsi idi, Xədicəni çox sevərdi." deməkdədir.

  Hz. Məhəmməd (s.ə.s.) Xədicəni, ilk göz ağrısını heç unuda bilməmişdir. [5]
 

 

 Xədicənin bacısı

Hz. Xədicənin bacısı Halənin səsi bacısına çox bənzəməkdədir. Bir gün qəbuluna girmək üçün bir qadın səsi Hz. Məhəmməd (s.ə.s.)-dən icazə istəyər. Səsi eşidən Hz. Məhəmməd (s.ə.s.) sarsılar, içindən dua edər;

"Allahım! Bu icazə istəyən kimsə inşaallah Halədir! "

  Həqiqətən də icazə istəyən kimsə Halədir. Xədicəyi xatırladan bir yadigar. [6]
 

  
Xədicənin boyunbağısı

Bədir döyüşü sonunda ələ keçirilən əsirlərdən biri də Əbul Asdır. Yəni Peyğəmbər (s.ə.s.)-in kürəkəni,qızı Zeynəbin əri.Həyat yoldaşı Hz. Zeynəb , Əbul Asın qurtuluş ödənişi olaraq, anası Hz. Xədicənin ona evlənərkən taxdığı qızıl boyunbağını göndərər.

Əsirlər üçün Məkkədən göndərilən qurtuluş ödənişləri arasında illər əvvəl vəfat etmiş Xədicənin boyunbağısını görən Hz. Məhəmməd (s.ə.s.)-in gözləri dolur, yoldaşlarına:

"Əgər qəbul etsəniz bu boyunbağını Zeynəbə geri qaytarım və Əbul Ası da qarşılıqsız olaraq azad edək"-deyər. Vəziyyətin həssaslığının fərqinə varan yoldaşları:

"Ey Allahın Elçisi, siz necə istəsəniz elə olsun"-deyərlər.

Xədicənin boyunbağısı Zeynəbdə qalar. [7] 
 

 
Xədicədən daha xeyirlisi

Hz. Aişə Xədicə adının Hz. Məhəmməd (s.ə.s.)-in ağzından heç düşməməsi qarşısında bir gün dözə bilməz, deyər:

"Ey Allahın Elçisi! Allah sənə Xədicədən daha gəncini, daha gözəlini və daha xeyirlisini nəsib etmədi mi? "

  Nəzərdə tutduğu özüdür. Hz. Məhəmməd (s.ə.s.), vəfat etmiş olan ilk göz ağrısına duyduğu sədaqət adına günün sevgilisinin ürəyini qırma bahasına cavab verər.

  "Xeyr! And içirəm ki, Allah mənə ondan daha xeyirlisini nəsib etmədi. Hər kəs mənim peyğəmbərliyimi inkar edərkən o, məni təsdiqlədi. Hər kəs məni yalançı deyə günahlandırarkən o, məni təsdiqlədi. Kimsə mənə bir şey verməzkən, o malını-mülkünü mənim əmrimə verdi. O mənə altı dənə uşaq verdi".

Hz. Aişə  söylədiyinə peşman, susqunlaşar. [8]
 
 Peyğəmbərimizin nümunəvi əxlaqı- 2
 
Altmış il sonra

  Aradan altmış ildən uzun bir müddət keçmişdir. Huneyn Döyüşü sonunda ələ keçən südqardaşı və onun yaxınlarının da olduğunu öyrənər. Onları dərhal qəbuluna gətirdər, xətrini soruşar, hədiyyələr verər və azad edər. Bunu öyrənən yoldaşları, Allahın Elçisinin (s.ə.s.)  südqardaşını,yaxınlarını kölə tutmaqdan narahat olarlar. Və bütün əsirlər azad edilər ... Heç bir qarşılıq alınmadan ... [9] 
 
 
 
 
 
 Mənim yoldaşlarıma

Mədinəyə Həbəşistandan bir elçi heyəti gəlir. Hz. Məhəmməd (s.ə.s.) xidmətlərini şəxsən görməkdə, bütün ehtiyaclarını öz əlləriylə yerinə yetirməkdədir ...
 
Yoldaşları narahat olar:

  "Ey Allahın Elçisi! İcazə verin biz xidmət edək"-deyərlər. Lakin O qəbul etməz. Həbəşliləri göstərərək və illər əvvəlinə aid bir hadisəni xatırladaraq:

  "Onlar mənim Həbəşistana hicrət etmiş olan yoldaşlarıma  sahib çıxmışlar. İndi mən də bir parça olsun ödəşmək istəyirəm və bundan da zövq duyuram"-deyər.[10]
 
 

Qanın qanım

Hz. Məhəmməd (s.ə.s.) Məkkəlilərin özünü ön mühakiməsiz bir şəkildə dinləməyə yanaşmamaları üzərinə, ətraf qəbilələrə yönələr. İllərcə da onlara səslənməyə çalışar. Bunlar özünün və müsəlmanların ən çətin illəridir. Dərhal heç birindən müsbət cavab ala bilməz. Ta ki Mədinəlilərlə qarşılaşıncaya qədər. Ən sonunda Məkkə yaxınlarında Akabə deyilən bir yerdə bir-birləriylə sözləşirlər. Yetmişə yaxın Mədinəli yeni müsəlman, bütün dünyaya qarşı qoyma bahasına da olsa, Onu (s.ə.s.)-i, qadınlarını və uşaqlarını qoruduqları kimi qoruyacaqlarına söz verərlər. Amma içlərindən biri maraqlanıb soruşar:

"Ey Allahın Elçisi! İrəlidə müvəffəqiyyətli olsan təkrar öz qohumlarına və şəhərinə dönməyəcəksənmi? "

O özündən əmin cavab verir:

"Qanın, qanım ... Məzarın,məzarım ... Mən sizdənəm, siz də məndən ... "

  Və eynilə də elə olar. Bir gün Məkkəylə birlikdə bütün Ərəbistan yarımadası Onun (s.ə.s.)-in suverenliyini qəbul edər. Amma O (s.ə.s.), söz verdiyi kimi hər səfərdən sonra Mədinəyə qayıdır. Vəfat edənə qədər Mədinə Onun (s.ə.s.)-in evi və vətəni olar. Orada vəfat edər, oraya basdırılar. Hələ də Mədinədədir. [11]
 
 
 
 
P.S.Bu xəbərin ardı olacaq daha 11-ini paylaşacam sizlərlə inşallah. 
 
 
@Tərcümə azadqadın.az saytına məxsusdur, istifadə edilərkən istinad mütləqdir.
 

SEVDA | 26 mart 2016 10:22 | Status: Nəzarətçi | Şərh: 17 441
Sitat: Mehdiyeva Cinara
cox gozel movzudur.
dılay | 12 fevral 2016 16:48 | Status: Brilliant user | Şərh: 8 184
Sitat: gul kokusu
smile tesekkurler beyendim ellerine saliq allah senden razi olsun bir daha tesekkurlerrrrrrrr
Alice | 19 oktyabr 2013 23:22 | Status: Professional user | Şərh: 5 020
ÇOOOOOOX MƏNALI, HƏYAT DOLU, İNSANI SAFLAŞDIRAN, HİSLƏRİNİ ONA BAŞA SALAN BİR XƏBƏR MİNNƏTDARAM BU CÜR XƏBƏRLƏR HEYRAN OLMAMAQ MÜMKÜN DEYİL........
Nazlı_Kız | 14 avqust 2013 17:51 | Status: Brilliant user | Şərh: 6 473
Cox Gozel ve Maraqli Xeberdi Ellerinize Saliq Gunewim Xanim Bele xeberleri cox sevirem twkyerivar
Beren | 14 avqust 2013 15:25 | Status: Professional user | Şərh: 3 214
Çox sağ ol canım mənim.Gözəl xəbər oldu.Sonuna qədər oxudum.Ardını səbirsizliklə gözləyirəm.Təşəkkürlər canım.
Allah razı olsun!
leyla# | 13 avqust 2013 06:27 | Status: Şərhçi | Şərh: 371
Allah bu xeberi hazirlayandan razi olsun yorulmayasan
ayruska | 12 avqust 2013 21:49 | Status: Professional user | Şərh: 3 978
cox gozel xeberdir bacim axarinci olsun insallah
gul kokusu | 12 avqust 2013 11:19 | Status: Gümüş user | Şərh: 1 472
smile tesekkurler beyendim ellerine saliq allah senden razi olsun bir daha tesekkurlerrrrrrrr
Aytekin82 | 12 avqust 2013 10:27 | Status: Brilliant user | Şərh: 6 587
Təşəkkürlər

Girl | 12 avqust 2013 09:12 | Status: Professional user | Şərh: 8 206
Sitat: Feriha.
ne gozel yazidi ellerine saliq
Feriha. | 12 avqust 2013 08:15 | Status: Professional user | Şərh: 4 746
ne gozel yazidi ellerine saliq
Alone Girl | 12 avqust 2013 00:42 | Status: Gümüş user | Şərh: 1 679
Sitat: Qanad
Cox gozel xeberdir.oxuduqca insan rahatlasir.
Qanad | 12 avqust 2013 00:40 | Status: Yazar | Şərh: 4 357
Cox gozel xeberdir.oxuduqca insan rahatlasir.
Gunel | 11 avqust 2013 23:56 | Status: Professional user | Şərh: 4 087
Bu cur gozel xeberleri oxumaq insana nece xoshdur Guneshim.Allah senden min qat razi olsun ibretamiz movzulara gore.
ayniska | 11 avqust 2013 23:43 | Status: VİP user | Şərh: 590
Allah konlunuze gore versin Gunesim sag ol!
drop | 11 avqust 2013 22:48 | Status: Gümüş user | Şərh: 2 448
Allah razi olsun. cox gozeldi
gunes batarken | 11 avqust 2013 21:58 | Status: Professional user | Şərh: 958
gozle sozlere kelamlara maraqli xebere gore tesekkurler ezizim
svetlana | 11 avqust 2013 20:30 | Status: VİP user | Şərh: 544
Bu gözəl yazıya görə çox sağ ol,Gunewim!Əfəndilər Əfəndisi Peyğəmbərimiz(s.a.v) haqqında oxumaq hədsiz xoşdu bizlərə!!
Torpaq | 11 avqust 2013 18:55 | Status: Professional user | Şərh: 3 570
cox gozel.... nn28
Insalligin Iftixar Tablosudu bizim Peygemberimiz (s.a.v)
DENIZ QIZI3 | 11 avqust 2013 18:37 | Status: Gümüş user | Şərh: 3 858
GUL UZUNU ROYAMIZDA GORELIM Ya RESULALLAH.GUL QONCENE GIRELIM YA RESULALLAH.
ALLAHN razi olsun GUNESIM,ureyine saglig. seve seve oxudum.bunlari her kes blmelidir.tesekkurler
sadəcə MƏN | 11 avqust 2013 17:16 | Status: Brilliant user | Şərh: 4 771
Günəşim,canım nə gözəl xəbərdir bu.Allah səndən razı olsun.Nəfəs almadan oxudum demək olar.))Ardını isə səbirsizliklə gözləyək İnşALLAH!
yanina | 11 avqust 2013 16:17 | Status: Şərhçi | Şərh: 384
GUNESIM cox maraqli ve vacib xeberdir tesekkurler elinize saqliq cox gozel movzuya toxunmusunuz salam olsun nur uzlu peygembermize ve onun ailesine smile cox saqolunnnnnnnnnnnnn
Just me | 11 avqust 2013 16:17 | Status: Professional user | Şərh: 1 296
ela maraqliydi swk
XeyaleR | 11 avqust 2013 16:11 | Status: VİP user | Şərh: 573
Tewekkurler xebere gore
Seyidli | 11 avqust 2013 15:37 | Status: Yazar | Şərh: 2 706
Günəşim əllərin agrımasaın canım. Çox gözəl bir xəbərdir. Allah səndən razı olsun!
Bəli Mədinə əhli qədər alicənab, gözəl əxlaqlı bir camaat yoxdur deyərdim yer üzündə bəlkədə. Peygəmbərimizin s.a.s. də Mədinəni sevməsində mədinəlilərin rolu az deyil...
Hz Xədicənin İslam dini ugrunda xidmətləri çox böyükdür əlbət! _define084
Lola. | 11 avqust 2013 14:43 | Status: Professional user | Şərh: 2 230
P.S.Bu xəbərin ardı olacaq daha 11-ini paylaşacam sizlərlə inşallah
olsun canım cox bəyəndim. ALLAH razi olsun ureyim
Lumia | 11 avqust 2013 14:16 | Status: Professional user | Şərh: 5 378
Tesekkur edirem.
Mehdiyeva Cinara | 11 avqust 2013 14:12 | Status: VİP user | Şərh: 1 038
cox gozel movzudur.
Sebiska xanim | 11 avqust 2013 14:10 | Status: Qonaq | Şərh: 0
cox sag olun minnetdaram
dance
Sehri. | 11 avqust 2013 13:54 | Status: Qonaq | Şərh: 0
Allah səndən razı olsun Minə bacım!Çox sağol belə gözəl xəbərlərin üçün.