Həyat tərzi / İslam

Ramazan ayıyla bağlı hədislər

X... | 26-07-2013, 18:00
5 959 26


Peyğəmbərimizin Dilindən Ramazan Ayı

Peyğəmbərimiz Şaban ayının son günündə oxuduğu bir xütbədə səhabələrə belə səslənirdi:
Ey insanlar! Böyük və mübarək bir ay yaxınlaşdı,kölgəsi başınıza gəldi.
Bu elə bir aydır ki, içində min aydan daha xeyirli olan Qədr gecəsi vardır.
Allah o mübarək ayın gündüzlərində orucu fərz ,gecələrində nafilə namazları vacib etdi.
Bu ayda kiçik-böyük xeyir iş görən insan başqa aylarda bir fərz əda etmiş kimi savab qazanar.
Bu ayda bir fərzi etmək başqa aylarda yetmiş fərz yerinə keçir.
Bu ay Allah üçün aclıq və susuzluğun itaət və ibadətin çətinliklərinə səbr və dözümlülük ayıdır. Səbrin qarşılığı da ancaq Cənnətdir.
Bu ay yardımlaşma ayıdır, bu ay möminlərin ruzisini artıracaq aydır.
Bu ayda hər kim oruclu bir möminə iftar edəcək bir şey versə etdiyi bu iş günahlarının bağışlanmasına və Cəhənnəmdən xilas olmasına səbəb olar. Oruclunun savabından da heç bir şey azalmadan onun qədər savaba qovuşar.


Digərləri:

Bir kimsə Ramazan ayında inanaraq və savabını ümid edərək təravih namazı qılsa keçmiş günahı bağışlanar
Hz. Əbu Hureyre

"Ramazan" deməyin. Çünki Ramazan Əziz və Cəlil olan Allahın adlarından bir addır. Lakin "Ramazan ayı" deyin.
Hz. Əbu Hureyre
  
Bir kimsə həcc və ümrə etsə  eyni il içində ölsə, Cənnətə girər. Kim Ramazan orucunu tutsa sonra ölsə Cənnətə girər.
Hz. Əbu Səid

Allah Ramazanın hər gecəsi iftar vaxtında bir milyon adamı Cəhənnəmdən azad edər. Cümənin hər saatında da, hamısı cəhənnəmlik olan yenə bir milyon adamı Cəhənnəmdən azad edər.
Hz. Ibni Abbas

Ramazanda Allahı zikr edən bağışlanmağa nail olar. Və o ayda Allahdan diləyi olan kimsə də məhrum edilməz.
Hz. Cabir

Sizə Ramazan ayı gəldi. O bərəkət ayıdır. O ayda tam xeyir vardır və Allah sizi günahlardan təmizləyər. Rəhmətini nazil edər, xətaları silər, duaları qəbul edər. Sizin rəğbətinizə baxar və sizinlə mələklərinə fəxr edər. Onun üçün Allaha öz tərəfinizdən xeyr ödəyin (Çox xeyr edərək Ramazanın haqqını verin). Çünki bədbəxt, o ayda Allahın rəhmətindən məhrum olan kimsədir.
Hz. Ubadə

  Ramazan ayı girdiyində Allah təala Ərşi daşıyan mələklərə, təsbehdən əllərini çəkib Məhəmməd (s.ə.s) ümmətinə və möminlərə istiğfar etmələrini əmr edər.
Hz. Əli

Həcc, özü ilə əvvəlkisi arasına, Ramazan da əvvəlki ilə arasına, Cümə da əvvəlki ilə öz arasına kəffarədir. (Günahlardan da anadan doğulan kimi  təmiz olur)
Hz. Əbu Ümamə

Ramazanda son 10 günü ibadətlə məşğul olmaq, nafilə iki həcc və iki ümrə kimidir.
 Hz. Hüseyn

Oruc tutan, namaz qılan kimsə, mükafatını qiyamətdə ağlı qədər alar.
Hatib

Təmizlik imanın yarısı, oruc da səbrin yarısıdır.
Müslim

Ramazan ayında qəlblər imanla, əllər göy üzündə Dua etməklə,dincliklə keçməlidir.

  Ramazan ayında dərdi ,kədəri bir küncə at dincliklə, imanla dolu xoşbəxt bir Ay Yaşa.,

Ramazanın əvvəli rəhmət, ortası bağışlanma, sonu isə, Cəhənnəmdən qurtuluşdur.
Ebiddünya

  Bizim orucumuzla, əhli kitabın orucu arasında hüdud, sahur yeməyidir.
Müslim

İslam, kəlmeyi-şəhadət gətirmək, namaz qılmaq, zəkat vermək, Ramazan orucunu tutmaq və həccə getməkdir.
Müslim

Ramazan ayı insanların dinclik tapacağı bir aydır.

Cənnətdəki gözəl yerlər, sözü xoş, salamı çox, yemək yedirən, orucuna davam edən və gecə namazı qılan kəslərə verilər.
ibni Nəsr



Yenə Əbu Hureyrə izah edir: "Rəsulullah (s.ə.s) buyurdular ki:" Kim Allah Təala yolunda bir gün oruc tutsa, Allah onunla atəş arasına, eni səma ilə ərz arasını tutan bir xəndək edər. "
Tirmizi

Xüsusilə oruclu ikən çirkin, pis söz söyləməyin! Biri sizə sataşsa, ona "Mən orucluyam" deyin!

İslam beş əsas təməl üzərinə qurulmuşdur: Allahdan başqa ilah olmadığına və Məhəmmədin onun qulu və elçisi olduğuna şəhadət gətirmək, namaz qılmaq, oruc tutmaq, Kəbəyə həccə getmək, Ramazan orucu tutmaq.
Tirmizi

Gerçək oruc, yalnız yeyib-içməyi deyil, boş və həyasızca sözləri də tərk edərək tutulan orucdur.
Hakim

Allahu təalanın, gözlərin görmədiyi, qulaqların eşitmədiyi və heç kimin xəyalına belə gəlməyən nemət dolu süfrəsinə, ancaq oruclular oturar.
Taberani

Bir qadın Rəsulullah (s.ə.s)-in yanına gələrək:" Mən həcc etmək üçün hazırlıq etmişdim. Mənə bir mane ərz oldu nə edim? "Peyğəmbərimiz Ramazan-da ümrə et, çünki o ayda ümrə eynilə həcc kimidir" buyurdu.
Əbu Davud, Həcc 79, Tirmizi, Həcc 95

Allah yolunda bir gün oruc tutanın üzünü, Allahu təala yetmiş il atəşdən uzaqlaşdırar.
Müslim

Oruclu ikən ölənə, qiyamətə qədər oruc tutmuş kimi savab yazılar.
Deyləmi

Beş vaxt namaz, bir cümə namazı digər cümə namazına, bir Ramazan digər Ramazana həmişə kəffarədir. Böyük günah, rüşvətxorluq edilmədikcə aralarındakı günahları bağışladar.
Müslim

Rəsulullah Əfəndimiz: Oruc tutun ki səhhət tapasınız- buyurmuşdur

Rəsulullah Əfəndimizin: "Neçə oruclu insan vardır ki, orucundan nəsibi yalnız ac və susuz qalmasıdır. Və neçə-neçə gecələri ibadətlə keçirən var ki, bundan nəsibi yalnız yuxusuz qalmasıdır. "

 "Hər iftar vaxtında Allah tərəfindən cəhənnəmdən azad edilən kəslər olur. Bu, Ramazanın hər gecəsində olar. "
Hz. Cabir

Ard-arda üç gün oruc tuta bilənin, Ramazan orucunu tutması lazımdır.
Əbu Nuaym

Ramazan ayında oruc tutmağı fərz bilib, savabını da Allahu təaladan gözləyərək oruc tutanın günahları bağışlanar.
Buxari

Zəhmətsiz qənimət qışda tutulan orucdur.
(Tirmizi, Savm 74, (797)


Rəsulullahdan (s.ə.s) "Qədr gecəsi Ramazanın harasında? deyə soruşulmuşdu. O, "Ramazanın hamısında!" Deyə cavab verdi.
(Əbu Davud, Salat, 824, (1387)

Bu aya Ramazan deyilməsinin səbəbi, günahları yandırıb əritdiyi üçündür.
Mənsur

Qədr gecəsini, kim savabına inanıb onu qazanmaq ümidiylə əhya edərsə, keçmiş günahları bağışlanar.
(Müslim, Müsafirin 174, (769); Əbu Davud, Salat 318, (1371); Tirmizi, Savm 83)

Ramazan ayında ailənizin sədəqəsini geniş tutun! Bu ayda edilən xərcləmə, Allah yolunda edilən xərcləmə kimi savabdır.
ibni Əbiddünya
                                         
             P.S.Sonda bütün müsəlmanlara bu gözəl ayda günahlarının bağışlanmasını dilərəm.Rəbbim bu gözəl ayda oruc və ibadətlərinizi qəbul etsin Amin.                  

@Tərcümə azadqadin.az saytına məxsusdur, istifadə edilərkən istinad mütləqdir.


ESMERRi | 13 aprel 2016 12:56 | Status: Brilliant user | Şərh: 5 378
Təşəkkürlər.
SEVDA | 26 mart 2016 10:02 | Status: Nəzarətçi | Şərh: 17 439
Deyerli xebercun twk...
dılay | 27 noyabr 2015 10:15 | Status: Brilliant user | Şərh: 8 183
Sitat: N....N92
COX DEYERLI XEBERDI TWK EDIREM
N....N92 | 12 iyul 2014 14:08 | Status: Professional user | Şərh: 4 351
COX DEYERLI XEBERDI TWK EDIREM
SABINA | 7 iyul 2014 15:46 | Status: Professional user | Şərh: 7 410
ALLAH RAZI OLSUN SIZDEN
Anonimka. | 2 avqust 2013 23:03 | Status: VİP user | Şərh: 623
Allah razı olsun, təşəkkür edirəm
jasmin7 | 30 iyul 2013 14:23 | Status: VİP user | Şərh: 745
]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]
Billurə | 29 iyul 2013 16:50 | Status: Professional user | Şərh: 4 892
Hədislərin çoxsunun yalan olduğunu dedikləri üçün hədislərə inanmıram.
ayruska | 28 iyul 2013 13:06 | Status: Professional user | Şərh: 3 978
Sonda bütün müsəlmanlara bu gözəl ayda günahlarının bağışlanmasını dilərəm.Rəbbim bu gözəl ayda oruc və ibadətlərinizi qəbul etsin Amin.


cox gozel xeberdir
Beren | 28 iyul 2013 04:07 | Status: Professional user | Şərh: 3 214
Çox gözəl xəbər!Allah razı olsun!
Sonda bütün müsəlmanlara bu gözəl ayda günahlarının bağışlanmasını dilərəm.Rəbbim bu gözəl ayda oruc və ibadətlərinizi qəbul etsin Amin.

Amin!
Belə gözəl xəbərə görə təşəkkürlər.
Aytekin82 | 27 iyul 2013 22:32 | Status: Brilliant user | Şərh: 6 587
Sonda bütün müsəlmanlara bu gözəl ayda günahlarının bağışlanmasını dilərəm.Rəbbim bu gözəl ayda oruc və ibadətlərinizi qəbul etsin Amin.
nn35
Qanad | 27 iyul 2013 18:03 | Status: Yazar | Şərh: 4 357
Cox cox gözəl sözlərdir
svetlana | 27 iyul 2013 14:12 | Status: VİP user | Şərh: 544
Çox-Çox təşəkkür edirəm! Bu gözəl və faydalı xəbərə görə nn35
Göz yaşlarım | 27 iyul 2013 07:33 | Status: Şərhçi | Şərh: 424
gözəl hədislərdir
DENIZ QIZI3 | 26 iyul 2013 23:41 | Status: Gümüş user | Şərh: 3 858
Cox gozel xeberdir.bele xeberleri oxumaq ureklere sevinc bexs edir .Gunesim ALLAH RAZI OLSUN sizden.Allah oruc ve namazlarmizi qebul etsin.
Aliyeva | 26 iyul 2013 23:34 | Status: Yazar | Şərh: 4 036

Ramazan ayı girdiyində Allah təala Ərşi daşıyan mələklərə, təsbehdən əllərini çəkib Məhəmməd (s.ə.s) ümmətinə və möminlərə istiğfar etmələrini əmr edər.
Hz. Əli



Ramazanda son 10 günü ibadətlə məşğul olmaq, nafilə iki həcc və iki ümrə kimidir.
Hz. Hüseyn


Allah Ramazanın hər gecəsi iftar vaxtında bir milyon adamı Cəhənnəmdən azad edər. Cümənin hər saatında da, hamısı cəhənnəmlik olan yenə bir milyon adamı Cəhənnəmdən azad edər.
Hz. Ibni Abbas


Mickey Mouse | 26 iyul 2013 22:05 | Status: Professional user | Şərh: 4 008
Allah razi olsun!!!!
PAYIZ | 26 iyul 2013 21:48 | Status: Gümüş user | Şərh: 1 078
Allah razi olsun.
Sehri. | 26 iyul 2013 21:34 | Status: Qonaq | Şərh: 0
Sitat: Gunewim
Şaban ayının sonuncu gecəsində, yəni Ramazanın ilk gününə keçən gecə qılınmağa başlanır və Ramazan ayı boyunca hər gecə Yatsı namazı ilə Vitr namazı arasında qılınır. 20 rükətdir. Bəzən 8 rükət də qılınır. Camaatla da, təkbaşına da qılına bilər. Məsciddə və camaatla qılınması çox fəzilətlidir. Camaatla qılınarkən səslə qılınır. Təravih namazını iki, dörd, səkkiz rükətdən bir salam verməklə qılmaq olar. Birdəfəyə də qılmaq mümkündür. Amma ən çox məsləhət görülən odur ki, iki və ya dörd rükətdən bir salam verilsin.İki rükətdən bir salam verdikdə sübh namazının sünnəti, dörd rükətdən bir salam verdikdə isə ikindi namazının sünnəti kimi qılınır. Namaza bir dəfə, yəni lap əvvəldə niyyət etmək yetərlidir. Belə niyyət edilir: Niyyət etdim Allah rizası üçün təravih namazı qılmağa. Bu namazı kişilər də, qadınlar da qıla bilərlər. Bir məsələyə xüsusilə diqqət yetirmək lazımdır. Belə ki, başqa aylarda Vitr namazı ayrılıqda və səssiz qılınarsa, Ramazanda imamla birlikdə və səslə qılınır. Ramazan bayramından əvvəlki gecə təravih qılınmaz.
Hemcinin bu linkede baxa bilersen http://www.islamevi.az/modules/news/article.php?storyid=2902

Çox,çox təşəkkürlər.
Gunel | 26 iyul 2013 21:29 | Status: Professional user | Şərh: 4 087
Hedden artiq gozel bir xeberdir.Cox beyendim ve boyuk zovqle oxudum butun hedisleri.Allah her bir kesin orucunu qebul etsin InshAllah.
su peerisi | 26 iyul 2013 21:19 | Status: Gümüş user | Şərh: 955
Cox gozel xeberdir,tesekkurler.Ureyimiz,qelbimiz acildi.
Torpaq | 26 iyul 2013 20:49 | Status: Professional user | Şərh: 3 570
Sitat: Gunewim
Şaban ayının sonuncu gecəsində, yəni Ramazanın ilk gününə keçən gecə qılınmağa başlanır və Ramazan ayı boyunca hər gecə Yatsı namazı ilə Vitr namazı arasında qılınır. 20 rükətdir. Bəzən 8 rükət də qılınır.

He Minnosum qeyd edib artiq....
men ele 2 ruketden 1salam verib 8 ruket qiliram...evde de qilmaq olur...
Sehri. | 26 iyul 2013 20:07 | Status: Qonaq | Şərh: 0
Çox sağolun Güneşim xanım belə gözəl xəbər üçün...

Bir kimsə Ramazan da inanaraq və savabını ümid edərək təravih namazı qılsa keçmiş günahı bağışlanar.

Təravih Namazı nədir ki,bilən varsa zəhmət olmazsa yazsında.
Seyidli | 26 iyul 2013 18:56 | Status: Yazar | Şərh: 2 706
Sitat: Torpaq
Bu qeder gozell xeberle qarsilasacagimi sanmirdim acigi...
nece boyuk mujdeler verib Allahimiz!!!
Allah heeer bir muselmana bu ayin haqqini vermeyi nesib etsin!!!
Rebbimiz bizi eff etmek isteyir...yeter ki biz de bagislanmagi isteyek!!!
Minnosum Allah razi olsun
Dogurdan cooooox deyerli xeberdi!!!


Ay Allah nə qədər gözəl bir xəbərdi bu belə! Təşəkkürlər Günəşim! nn29

Bu Ramazan ayında Allahdan diləyirəm, Ya Aləmlərin Rəbbi Sən bütün övlad diləyənlərə elə bu ayda və ya tezliklə saglam və xeyirli övlad nəsib edib, oları sevindir! Amin!!!
Övlad yolu gözləyənlər isə sağ-salamat övladlarını qucagına alsın, inşallah!
Övladı olanların da övladlarını və onların səhhətini qoru, canlarını sag et, və əməli saleh, xeyirli, ata-analarının fəxr edəcəyi övladlar et, daima öz nəzarətində saxla içi mənim övladlarım qarışıq.
ALLAH daima bizi nəzarətində saxlasın, imanımızı artırsın, günahlarımızı bagışlasın və də dualarımızı qəbul etsin, AMİN!!!
Torpaq | 26 iyul 2013 18:17 | Status: Professional user | Şərh: 3 570
Bu qeder gozell xeberle qarsilasacagimi sanmirdim acigi...
nece boyuk mujdeler verib Allahimiz!!!
Allah heeer bir muselmana bu ayin haqqini vermeyi nesib etsin!!!
Rebbimiz bizi eff etmek isteyir...yeter ki biz de bagislanmagi isteyek!!!
Minnosum Allah razi olsun
Dogurdan cooooox deyerli xeberdi!!!
XeyaleR | 26 iyul 2013 18:13 | Status: VİP user | Şərh: 573
Allah haminin orucunu qebul etsin