Həyat tərzi / İslam

İslam öncəsi Məkkə dönəmi

Mavish | 24-08-2013, 18:00
2 304 14
İslam öncəsi Məkkə dönəmi




İslam tarixçiləri İslam öncəsi Məkkə dönəminə "cahiliyyə dönəmi” deyirlər. Ona görə biz də o dönəmi daha yaxşı anlaya bilmək məqsədi ilə tədqiqatımıza cahiliyyənin nə olduğu sualı ilə başlamaq istəyirik.

Ərəbcə cəhlə kəlməsindən törəyən və mənası "bilməmək” olan cahiliyyənin termin mənası İslam öncəsi dönəmdə Məkkə Dövlətindəki dini, ictimai və siyasi hərəkətlərdən İslam dininə zidd olan əməllərə deyilir.
İstər İslam tarixində cahiliyyə olaraq adlandırılan, istərsə də İslami elmlərdə keçən cahiliyyə ifadəsinin istifadə edildiyi sahələrə baxdığımızda onun İslamın "təhrif” olaraq qəbul etdiyi hərəkətlər toplusu olduğunu görərik. Belə ki, bu termin günümüzdə istifadə etdiyimiz mənada cəhalətlə, yəni mədəni və ya sosial savadsızlıqla o qədər də əlaqəli deyil. Çünki sözü gedən dövrdə mədəni mənada Məkkədə çox tanınmış, məşhur olan şairlər, ədiblər vardı. "Muallakatu’s- Səb’a” adlanan və bu günə qədər ədəbi və sənət dəyərindən heç bir şey itirməyən şerlər Ərəb ədəbiyyat tarixinin şah əsərlərindəndir. O halda cahiliyyə, bizim anladığımız kimi "elmsizlik” demək deyil.

Cahiliyyə kəlməsindən Qurani Kərimdə də söz edildiyindən bu kəlmələrin keçdiyi ayələri tədqiq edərək cahiliyyə deyilərkən nəyin nəzərdə tutulduğu daha yaxşı anlaya bilərik. Belə ki, Quran ayələrinə baxmadan bu termini anlamaq mümkün deyil. Çünki nəyin cahiliyyə olduğunu bizə ilk öncə Quran öyrətmişdir; və Quranı da Rəsulullah (sas) öz Sünnəti ilə açıqladığından onun bu haqdakı hədisi şəriflərinə də baxmaq lazımdır.

İlk öncə ayələrə baxaq:

Cahiliyyə kəlməsi Qurani Kərimdə dörd yerdə keçir.
1. "Öz canlarının hayına qalan bir qrup (münafiqlər) də Allaha qarşı haqsız yerə cahiliyyə dövrünə bənzər düşüncələrə düşür "Bu işdə bizim üçün bir xeyir varmı?” deyirdilər...” (Ali İmran, 154)

2. "Yoxsa onlar (İslam öncəsi) cahiliyyə hökmünümü istəyirlər? Anlayan bir toplum üçün Allahın hökmündən daha gözəl olan nədir?” (Maidə, 50)

3. "Ey Nəbinin zövcələri! Siz hər hansı bir qadın kimi deyilsiniz. Əgər Allahdan qorxursunuzsa nazlana-nazlana və diqqət çəkərək danışmayın. Sonra qəlblərində bir mərəz olanlar tamaha düşər(lər). Danışarkən ciddi danışın. Evlərinizdə oturun! Köhnə cahiliyyə adətində olduğu kimi işvəli, nazlı, açıq-saçıq geyinərək gəzməyin...” (Əhzab, 32-33)

4. " O kafirlər qəlblərinə o cahiliyyə təəssübünü yerləşdirdiyi anda Allah, Rəsulunun və möminlərinin üzərinə sükunət və əminlik nazil etdi, onları təqva kəlməsi üzərində sabit qıldı. Onlar da buna layiq idilər və buna haqları vardır. Allah hər şeyi haqqı ilə biləndir.” (Fətih, 26)

Yuxarıda zikr etdiyimiz ayələrin işığında cahiliyyənin nə demək olduğunu aşağıdakı şəkildə sıralaya bilərik:
1. Münafiqcə hərəkətlər: bunu daha çox Rəsulullahın (sas) Məkkə kafirlərinə qarşı vuruşduğu Uhud savaşında müsəlman ordusu içərisində olan münafiqlərin davranışında müşahidə edirik ki, Ali İmran surəsinin 154-cü ayəsi buna işarə edir. Ayənin nüzul səbəbini tədqiq etsək görərik ki, bu münafiqlər məhz şəxsi mənafeləri üçün bu savaşa qatılmışdılar. Həqiqətdə isə İslama inanmayan bu qrup müsəlman kimi görünərək "qənimət alaram” sevdası ilə döyüşə getmişdilər. Uhud savaşı müsəlmanların məğlubiyyəti ilə nəticələnincə qəlblərindəkini dilə gətirib "Məhəmməd haqq peyğəmbər olsaydı bu cür məğlub olmazdı; Allah ona bu Məkkə ordusunu göndərməzdi” deyib Allah haqqında yanlış düşündülər ki, bu da cahiliyyə adətidir. Onlardan başqa bir qrup da "əgər bizi dinləyib (savaşa getməsələrdi) ölməyəcəkdilər” (Ali İmran, 166-169) deyirdilər.

Məhz bu cahil qrupun bu gün də dəyişməyən özəlliyi budur: Allah yolunda mücadilədən uzaqlaşdırmaq. Namaz qılaraq və ya qıldıraraq, oruc tutaraq, həccə gedərək və ya bunları etməsə belə ara – sıra "mən də müsəlmanam” deyərək müsəlman kimi görünür, ardınca da səmimi müsəlmanları azdırıb İslama qarşı savaşır.

2. Allahdan başqasının hökm, yəni qanun qoyması; belə bir hərəkət cahiliyyə hərəkəti adlanır. Bununla yanaşı Allah müsəlmanlara ictihad etmək şansı vermişdir ki, bu ictihadın da Allahın qanunlarına, yəni Qurana əks olmamağı vacibdir. Allah, Rəsulunun şəxsində bütün müsəlmanlara Quranla əməl etmələrini bu ayə ilə əmr edir:
"Quranı, əvvəlki kitabları təsdiq edərək və ona şahid olaraq haqla sənə nazil etdik. Aralarında Allahın endirdiyi ilə hökm et; həqiqət olan sənə gəlmiş olduğuna görə onların həvəsinə uyma! Hər biriniz üçün təqib ediləcək bir şəriət təyin etdik. Əgər Allah diləsəydi sizi bir tək ümmət edərdi. Lakin bu, verdikləri ilə sizi imtahan etmək üçündür. Elə isə xeyirli işlərdə bir-birinizlə yarışın. Çünki hamınızın son dönüşün Allahadır. O zaman O, haqqında ixtilaf etdikləriniz şeyləri sizə (orada) xəbər verəcək. O halda aralarında Allahın endirdiyi hökmlərlə hökm et, Allahın nazil etdiyi Quranın bir qismindən səni vaz keçirmələrindən çəkin, arzularına tabe olma. Əgər onlar (endirilən hökmləri) qəbul etməyib arxa dönsələr bil ki, Allah o günahları səbəbi ilə onları mütləq müsibətə düçar etmək istəyir. İnsanların çoxu Allahın əmrlərinə tabe olmayan fasiqlərdir.” (Maidə, 48-49)

Allah, istər müsəlmanların və istərsə də müsəlmanların idarəsi altında olan qeyri müsəlmanların mütləq şəkildə Allahın qoymuş olduğun hökmlərlə idarə olunmalarını əmr etdikdən sonra bunu qəbul etməyənlərin, cahiliyyə dönəmindəki sirk qanunlarını istədiklərini söyləyir və beləcə də Rəsulullahı bu barədə xəbərdar edir.

3. Qadınların süslənərək, nazlana-nazlana, işvə ilə küçələrdə dolaşmasını da Allah Kitabında cahiliyyə adəti olaraq təqdim edərək müsəlman qadınların belə etməmələrini əmr edir.

4. Kəbə ziyarətini müsəlmanlara yasaqlamaq.
Hicrətin 6-cı ilinin sonlarında Rəsulullah (sas) Məkkə Dövləti ilə savaş halında olmasına rəğmən anidən Kəbəni ziyarət etməyə yanı ümrə ziyarətinə çıxmağa qərar verdi; bir qrup səhabə ilə Məkkəyə doğru hərəkət etdi. Lakin Məkkə Dövləti ona və yanındakı əshabına Məkkəyə girərək Kəbəni ziyarət etmələrinə izin vermədi. Halbuki Rəsulullah (sas) savaş üçün deyil, ziyarət üçün Məkkəyə gəlmişdi. Aparılan danışıqlar heç bir nəticə vermədi, lakin bu ziyarət əsnasında Hudeybiyə anlaşması imzalandı və daha sonralar bu anlaşmanın da nə qədər əhəmiyyətli olduğu anlaşıldı. Qurani Kərim Məkkə müşriklərinin müsəlmanlara qarşı davranışını, onların ziyarətlərinə mane olmalarını "cahiliyyə təəssübü” adlandırır. Çünki Məkkəlilər sadəcə qürurlarının mənasız inadı ilə Allah evini ziyarət etməyi Rəsulullaha (sas) və onun səhabəsinə yasaqlamışdılar.
Həcc və ümrə üçün belə bir yasaq qoyanlar haqqında Allah belə buyurur:
"Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər? Onların (haqqı) oralara qorxa-qorxa girməkdir. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə ən böyük əzab vardır.” (Bəqərə, 114)

Məhz bu hərəkətlər cahiliyyə insanının hərəkətləridir. Məkkəli müşriklər müsəlmanlara Kəbə ziyarətini cəmi bir il yasaqladıqları halda Allah buna "cahiliyyə təəssübü” deyir. Kəbəni öz şəxsi qazanc mənbəyinə çevirib, həcc və ümrə ziyarəti üçün getmək istəyənlərdən istədiklərinə viza verib, istəmədiklərinə verməyənlərin halını isə siz düşünün...

Ayələrdən cahiliyyənin nə olduğunu öyrəndik. Rəsulullahın (sas) hədislərindən də, cahiliyyə dediyimiz bu "İslama zidd” hərəkətin nə olduğuna baxaq:
"İz və yara buraxacaq şəkildə birinə xəsarət toxunduraraq cahiliyyə davası aparanlar bizdən deyildir”
Beləcə deyə bilərik ki, birinə işgəncə etmək, xəsarət toxundurmaq cahiliyyə davası aparmaqdır ki; İslamın işgəncə qarşısındakı mövqeyini başqa bir hədisi şərifdə belə oxuyuruq:

"Öldürmək istədiyiniz quduz bir köpək olsa belə ona işgəncə etməyin.”

Əl barmaqlarına böyük-böyük üzüklər taxmağı cahiliyyə (Buxari, Səhih, Cənaiz, 36) hesab edən Rəsulullah (sas) kimisə söyməyi, həqarət edib təhqir etməyi də cahiliyyə hərəkəti hesab edir. Belə ki, o bir adamın anasına söyən Əbu Zərrə belə deyir: "Ya Əbu Zərr, sən onun anasınamı söydün? Sən hələ cahil olan birisən.” (Buxari, Səhin, İmam, bab,22).
Və təbii ki, cahiliyyənin daha çox nəzərə çarpan özəlliyi sirkdir: Yəni Allahla yanaşı başqa ilahlara tapınmaq.
Xülasə olaraq onu deyə bilərik ki, İslamın əmrlərinə zidd olan bütün hərəkətlərə cahiliyyə deyilir.
 

SEVDA | 26 mart 2016 10:44 | Status: Nəzarətçi | Şərh: 17 441
Sitat: ayruska
Allah razi olsun bele xebere gore
dılay | 26 dekabr 2015 14:54 | Status: Brilliant user | Şərh: 8 184
Allah razI olsun maraqlI xeber idI

...M......m........
birdane | 1 mart 2014 14:23 | Status: Professional user | Şərh: 3 726
allah razi olsun tesekkurler
Mavish | 22 oktyabr 2013 18:25 | Status: Brilliant user | Şərh: 2 389
çox sağ olun qızlar,Allah sizdəndə razı olsun
Nazlı_Kız | 3 sentyabr 2013 20:56 | Status: Brilliant user | Şərh: 6 473
ALLAH RAZI OLSUN MARAQLI IDI
Just me | 28 avqust 2013 10:29 | Status: Professional user | Şərh: 1 296
allah razi olsun coxmaraqliydi
ayruska | 25 avqust 2013 10:40 | Status: Professional user | Şərh: 3 978
Allah razi olsun bele xebere gore
Girl | 25 avqust 2013 10:17 | Status: Professional user | Şərh: 8 206
Sitat: sadəcə MƏN
ALLAH RAZI OLSUN!
sadəcə MƏN | 24 avqust 2013 22:39 | Status: Brilliant user | Şərh: 4 771
ALLAH RAZI OLSUN!
Aliyeva | 24 avqust 2013 21:17 | Status: Yazar | Şərh: 4 036
Sitat: Aytekin82
Tewekkurler


amin amin)
Princess_93 | 24 avqust 2013 20:31 | Status: Brilliant user | Şərh: 5 877
Allah razi olsun canimmmm
Lola. | 24 avqust 2013 20:27 | Status: Professional user | Şərh: 2 230
ALLAH razı olsun canım.
Sabahım. | 24 avqust 2013 19:58 | Status: Professional user | Şərh: 3 359
bilirdim .yenə təşəkkürlər
Aytekin82 | 24 avqust 2013 18:10 | Status: Brilliant user | Şərh: 6 587
Tewekkurler