Həyat tərzi / Fotoqalereya

Fenomen biznesmen: “Evliyəm, amma yatağımda ən azı dörd qadın olmalıdır” – FOTO

Banu. | 27-03-2018, 21:30
555 0

Instagram sosial şəbəkəsi tətbiq olunandan bəri dünyanın müxtəlif yerlərində insanlar gözqamaşdıran paylaşımlar edərək qısa müddətdə məşhurlaşmağı bacarırlar.
Artıq məşhur olmaq üçün pul xərcləməyə, sponsorlara və digər maddi amillərdən asılı olan vasitələrə ehtiyac yoxdur. Instagram bu mənada insanlar üçün əlverişli məkandır.
Instagramın məşhurlaşdırdığı növbəti şəxs isə avstraliyalı Travers Beynondur.  Sosial şəbəkə istifadəçiləri Traversi Dan Bilzerianın rəqibi kimi görürlər.
Buna səbəb isə onun lüks yerlərdən, gəzintidə seksual qadınlarla birgə fotolar  paylaşmasıdır. Avstraliyalı fenomenin lüks həyatı necə əldə etdiyi də sosial şəbəkə istifadəçilərinin ən çox ünvanladığı suallardan biridir.
Müsahibələrinin birində Beynon tütün biznesi ilə məşğul olduğunu bildirib. Ən maraqlısı isə budur ki, fenomen evlidir və dörd övladı var. Ancaq buna baxmayaraq o, çox sayda qadınla görüşdüyünü etiraf edib:
“Evliyəm və dörd uşağım var. Ancaq buna baxmyaraq gün ərzində ən azı dörd qadınla oluram. Yatağımda ən azı dörd qadın olmalıdır”.