Həyat tərzi / Maraqlıdır

32 yaşlı qadın özü ilə EVLƏNDİ - İNANILMAZ TOY (FOTO)

Banu. | 11-10-2018, 19:15
120 0

32 yaşlı qadın özünə qeyri-adi toy edib. Belə ki, o, valideynlərinin təzyiqlərindən xilas olmaq üçün özü ilə ailə qurub.
Hadisə Uqandada qeydə alınıb. Beş il əvvəl Lulu Djemima ali təhsili almaq üçün Avstraliyaya gedib. O, Sidney universitetində bakalavr təhsilini bitirdikdən sonra magistr təhsili üçün Böyük Britaniyanın Oksford universitetinə yollanıb.
Valideynləri onun ailə qurması üçün həddən artıq israr etdiklərindən Lulu qeyri-adi çıxış yolu tapıb. O, bütün ailə üzvlərinə evlənəcəyinə dair xəbər verib və özü ilə evlənib.
Dostları ilə birlikdə təşkil etdiyi toya 30-dan artıq qonaq gəlib. Lulunun qardaşı toy üçün böyük tort bişirib.
Xatırladaq ki, bənzər hadisə 2017-ci ildə də İtaliyada da qeydə alınıb. Laura adlı qız 40 yaşına qədər evlənməyə kişi tapmadığı üçün özü ilə evlənib.

publika.az



info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.