Həyat tərzi / Maraqlıdır

“Vicdan Haqqı” serialı bu tarixdə başa çatacaq

Banu. | 1-07-2018, 13:30
52 0

ATV kanalında nümayiş olunan “Vicdan Haqqı” serialı yaxın zamanlarda başa çatacaq.



AzadQadin.az bildirir ki, bunu Kulis.az-a açıqlamasında serialda İmran rolunda iştirak edən Əməkdar artist İlham Hüseynov söyləyib.



“Çəkilişlər artıq bitib. Final bölümlər iyulun ilk həftəsində tamaşaçılara təqdim olunur. Bununla da “Vicdan haqqı” serialı sona çatır”.



Xatırladaq ki, rejissor Rövşən İsaxın quruluş verdiyi “Vicdan haqqı” serialı artıq üçüncü mövsüm idi ki, davam edirdi. Böyük reytinq qazanmış serialla bir çox istedadlı aktyorlar daha da populyarlaşmışdı. Baş rollarda Aygün Zeynalova və Elxan Yunisin çəkildiyi serial Rusiyada ikinci ailəsi olan azərbaycanlı kişinin ailə dramından bəhs edir.



info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.