Maraqlıdır / Manşet

Şəbnəm Tovuzludan ŞOK ETİRAFLAR: “15 yaşımda bildim ki, anam xalamdır, atam əmim - VİDEO

Banu. | 23-06-2017, 20:17
2 615 0
ARB TV-nin "Gəlin danışaq" verilişinin bu dəfəki qonağı müğənni Şəbnəm Tovuzlu (Əsədova) olub. O, öz həyatı ilə bağlı indiyə qədər heç kəısin bilmədiyi məqamları açıqlayıb. 
"15 yaşımda bildim ki, anam xalamdır, atam əmimdir. Atam üçün heyifslənmədim. Əslində ona çox hirsli oldum. Anam üçün çox ağladım. Atam da ağladı və dedi ki, ömrümü sənə bağlamışam. Ailə qurmamışam, artıq 15 ildir. Atama dedim ki, çox istəyirəm məni məzarlığa aparasan. Əlimdən tutub anamın məzarına apardı, orada da ağladım".
 
Şəbnəm Tovuzlu ilk ailə həyatından da danışıb. "18 yaşımda Bakıda, sevərək ailə qurdum, hətta qoşulub qaçdım. Elə oldu ki, 20 günün içində evləndim. Anlaşılmazlıq üzündən boşandıq. İkimiz də uşaqlıq etdik. Bugünkü həyatıma baxanda deyirəm ki, yaxşı ki boşanmışam. Keçmiş yoldaşım çox maraqlı insan idi. Mənə dedi ki, sənə heç maraqlı deyil atan kimdir? Bir gün dedi ki, dur geyin gedək. Atamla məni görüşdürdü. Bizi görüşdürəndə atam mənə dedi ki, anana çox bənzəyirsən. Atama heç vaxt qanım qaynamadı. O hissi yaşamadım, ata deyə bilmirəm ona. Mən məni böyüdənləri valideynlərim kimi qəbul edirəm. Amma atam dedi ki, səni görməyə imkan vermirdilər. İnanmadım".
 
Daha ətraflı videoda:


RePost.Az


info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.