Həyat tərzi / Kitab aləmi

Səni unutmağa başlıyım hardan?!..

SaDəCə_SəN | 17-01-2017, 16:30
12 289 3

 

 


 
 
Səni unutmağa başlayim hardan?
Əvvəl gözlərini unudum bəlkə?!
Ömrümü bəzəyən o baxişlardan,
Qaçmaqçun beynimi qurudum bəlkə?!


Səni unutmağa başlayim necə??
İsti nəfəsini duyuram axi??!!
Sənin xəyalinla danişib gecə,
O həzin səsini duyuram axi??!!



Mən səni unudum indi nə üzlə??
Axi sən olmuşdun mənim həyatim??!!
Unutmaq istəsəm gərək bir sözlə,
Bütün həyatimi mən silim atim!!



Səni unutmağa başlasam indi,
Sənli xatirələr düşər yadima,
Onlari unutmaq elə çətindi,
Mələklər ağlayar bu fəryadima...


Səni unudacam söyləsədə dil,
Çətin xatirələr məndən əl çekər,
Yox yox, bu elə də asan iş deyil,
Səni unutmağim neçə il çekər..


Səni unutmağa illərdə yetməz,
Bəlkədə adini söyləməz dilim,
Amma ki xəyalin gözümdən getməz,
Çətinki mən səni unuda bilim...
 



Nigar_ | 17 yanvar 2017 21:54 | Status: Professional user | Şərh: 2 125
Hara getsen de,neylesen de unuda bilmeyeceyin insan var bu dunyada.Ureye hokm etmek olmur.Teessuf,cox teessuf ki,heyatda saf,temiz,esl sevgi var.Severek unutmamaq var.

Tesekkurler xebere gore,Fidan.cox gozel ve duygusal seirdir,ezizim.

Bu da menden gelsin:
Bezmisem sevginin ezabindan men,
Bu esq iztirabsiz neye gerekdir?
O qeder yorgunam,ole bilmerem,
Bu aci taleyi yazan felekdir.
Gül heyat | 17 yanvar 2017 17:47 | Status: Şərhçi | Şərh: 370
Çox gözəl bir şeirdi, təşəkkürlər xanım var olasız.
B.Fereh | 17 yanvar 2017 17:14 | Status: Nəzarətçi | Şərh: 6 975
xeber başligin oxuyan kimi bildim Fidoşun xeberidir bu)
Gözəl şeirdir