Həyat tərzi / Kitab aləmi

AYRILIQ.. ( Ramiz Rövşən )

dılay | 6-12-2016, 19:30
19 521 3

 


 

 

Ayrılıq .
 

 


Yənə bu şəhərdə üz-üzə gəldik,
Neyləyək, ayrıca şəhərimiz yox.
Bəlkə də, biz xoşbəxt ola bilərdik,
Bəlkə də, xoşbəxtik,
Xəbərimiz yox.

 

 

 
 
Aradan nə qədər il keçib görən,
Tanıya bilmədim, səni bağışla
Mən elə bilirdim, sənsiz ölərəm,
Mən sənsiz ölmədim,məni bağışla.!

 

 

"Ölmədim” deyirəm, Nə bilim axı,
Bəlkə də, mən sənsiz ölmüşəm elə,
Qəbirsiz-kəfənsiz
ölmüşəm elə.

 

 

 
Bəlkə də, biz onda ayrılmasaydıq,
Nə mən indikiydim, nə sən indiki,
Ayrıldıq, şeytanı güldürdük onda,
Bu ilin, bu ayın, bu günündəki,
Elə bu küçənin bu tinindəki
Məni də, səni də öldürdük onda.

 

 

 
Sağımız-solumuz  adamla dolu,
Qol-qola kişilər, qadınlar keçir.
Özündən xəbərsiz, ömründə min yol
Özünü öldürən adamlar keçir.

 

 

 
Keçir öz qanına batan adamlar,
Bir də ki, qan hanı?
Qan axı yoxdu.......
Hamı günahkardı dünyada,
amma
Dünyada heç kəsin günahı yoxdu.

 

 

Bizsiz yazılmışdı bu tale, bu baxt,
Sapanddan atılan bir cüt daşıq biz.
Bəlkə bu dünyada
15 il yox,
Min il bundan qabaq ayrılmışıq biz.

 

 

 
Halal yolumuz dəyişib, nəsə
Çaşmışıq, biz özgə yoldan getmişik.
Bəlkə min il qabaq səhv düşüb nəsə,
Min illik bir səhvə qurban getmişik.

 

 

 
Dəyişib yerini bəlkə qış – bahar,
Qarışıb dünyanın şəhəri, kəndi.
Bəlkə öz bətnində
ögey analar
Ögey balaları gəzdirir indi.

 

 

 
Ömrüm başdan- başa yalandı bəlkə,
Taleyim başqaymış doğrudan elə.
O yoldan ötən qız
anamdı bəlkə,
Bəlkə də, oğlumdu bu oğlan elə.

 

 

Bu yalan ömrümdə
görən sən nəsən?
Bəlkə heç sevgilim deyilsən mənim?
Anamsan,
bacımsan,
nənəmsən, nəsən?
Bircə allah bilir, nəyimsən mənim.

 

 

Bizi kim addadar bu ayrılıqdan,
Çatmaz dadımıza
nə yol, nə körpü.
Ölüsən,
dirisən,
hər nəsən, dayan!
Dayan, heç olmasa, əlindən öpüm......

 

 

Deyirsən: " Ölüyəm, ölünü öpmə.......””
Əlimin içində
soyuyar əlin.
Deyirsən:” Sən Allah, əlimi öpmə,
Əlimdən, deyəsən, qan iyi gəlir......”
 


 


B.Fereh | 7 dekabr 2016 15:58 | Status: Nəzarətçi | Şərh: 6 975
Ramiz Rovsenin maraqli desti xetti secilir her zaman.
Men mahnini yadima sala bilmedim amma sozler taniş geldi,mahnini xatirlaya bilmedim.
Gül heyat | 7 dekabr 2016 11:13 | Status: Şərhçi | Şərh: 370
Çox gözəl şeirdi. Çox sağ olun. Ruhum təzələndi.
ESMERRi | 6 dekabr 2016 20:27 | Status: Brilliant user | Şərh: 5 378
Bu şeirin sözlərinə mahnıda yazılıb .Şeir özüdə gözəl şeirdi .Mahnıda gözəldir.təşəkkür gözəlim.