Həyat tərzi / Maraqlıdır

Həzrəti Peyğəmbərin (sav) dillərə dastan pişik sevgisi

Gülçin | 11-09-2015, 18:00
5 710 13

 

Bir gün bunu edəcəyimi heç düşünməmişdim. Hər təklif edildiyində bitərəf qaldığım şeyi etdim. Sonunda "Ümmü Hüreyrə" oldum! Evimizdə sevimli bir pişik var, artıq. Gündüz yatarkən izləyirik onu ... Gecə və xüsusilə səhər namazı vaxtı isə tam bir enerji partlamasıyla evi hərəkətə keçirir evin kiçik fərdi. Oradan oraya qaçır, tullanır. Kompüterdə çalışarkən yanımızda dayanıb  baxanda mənalı baxışı hamımızın xoşuna gedir.

İnsanlar arasında "nankor" olaraq adlandırılması qətiliklə haqsızca bir ittiham. Çünki bu gözəl canlılar nemətə deyil neməti verənə, yəni Allaha (cc) şükür  edirlər. Bu xüsusiyyətləri səbəbiylə Əfəndimizin (sav) yanındakı yerləri ayrıdır.

Həzrəti Peyğəmbərin (sav) pişik sevgisi olduqca diqqət çəkicidir. Bir rəvayətdə Uhud Döyüşünə gedərkən balalarını əmizdirən pişiyin ordudan zərər görməməsi üçün bir əsgərin onu qorumaqla vəzifələndirdiyi nəql edilər. Savaş dönüşü Əfəndimizin (sav) o pişiyi sahibləndiyini və adını da muezzam qoyduğu gələn rəvayətlər arasındadır. Yanından bir pişik keçirsə yanındakı suyu uzadıb, içməsini təmin etməsi, Əfəndimizin (sav) pişiklərə olan məhəbbətinə ayrı bir nümunədir. Əfəndimiz (sav); "Şübhəsiz ki, pişik nəcis (murdar) deyil, o da ev xalqından biridir." Buyurur.

Birlikdə keçirdiyimiz qısa zamanda hədisin təzahürünü yaşayırıq. Hər yeməkdən sonra dəqiqələr sürən təmizliyini izləyirik. Tualet ehtiyacını qum dolu bir qaba etmə mövzusunda həssaslığı və sonra o nəcasəti sürətlə qumla örtməsi bu heyvanı daha bir fərqli edir insanın nəzərində. Tüpürcəyi axmayan, təmizliyə çox diqqət göstərən bu canlıların ağızlarının dəydiyi su İslam baxımından mundar deyil; o su ilə dəstəmaz alına bilər. Əfəndimiz (sav) Hz. Aişənin (r.anha) rəvayət etdiyi hədisdə, pişiyin içdiyi sudan qüsl dəstəmazı aldıqlarını xəbər verir.

Səhabələr bir gün Hz. Əbu Hüreyrə (ra) haqqında Əfəndimizə (s.ə.s.) məzəmmətdə bulunurlar: Küçədən pişik yığıb onları evinə apardığını izah edirlər. Əfəndimiz (sav) bunun səbəbini Əbu Hüreyrəyə (ra) soruşduğunda o, ac və sahibsiz pişikləri evə aparıb qarınlarını doyurduğunu söyləyir. Əfəndimiz (sav) onun bu hərəkətini çox bəyənir və ona "pişik atası" mənasını verən Əbu Hüreyrə ləqəbini verir.

İslam böyüklərinin həyatında pişiyin yeri xüsusidir. Ustad Bədiüzzaman Həzrətləri bir əsərində pişiklərdən bəhs edərkən, bu heyvanların təsbihlərinə şahid olduğunu izah edir. Bir gecə vaxtı yastığının yanında mır-mır səs çıxaran pişiyin bir az diqqət edəndə, "Ya Rahim, Ya Rahim!" Dediyinin şahidi olur.  Pişiklər evdə bərəkət vəsiləsidir. Ustad Həzrətləri evində qonaq etdiyi dörd pişikdən gördüyü bərəkəti izah yenə bir əsərində.

Əhməd Rufai Həzrətləri, paltarının üzərində yatan pişiyi narahat etməmək üçün pişiyin yatdığı yeri kəsər. Bu davranış Əfəndimizin (sav) hərəkətidir əslində və sünnədir. Çünki, Həzrəti Peyğəmbər (sav) cübbəsi üzərində yatan bir pişiyi, namaz vaxtı girəndə narahat etməmək üçün pişiyin paltar üzərində yatdığı yeri kəsmişdir.

Hər hansı allergik bir narahatlıq yoxsa; evimizin içində bir heyvan bəsləmək uşaqlarımıza müsbət təsir edə bilər. Özündən kiçik və ona möhtac bir canlı ilə yaşamaq, onun məsuliyyətini almaq uşağa təhsili baxımından bir fürsət ola bilər. Məsələn, heyvanın yemək və su sorumluğunu uşaqlarımıza verə bilərik. Bu aciz heyvanların baxımını boynuna götürən uşaq irəlidəki illərdə daha böyük məsuliyyətlərin altına daha asan girə bilər. Canlılara qarşı mərhəmət duyğuları daha yaxşı inkişaf edər.

Bununla bərabər  daha gözəl bir şey var ki, onu bildirmədən keçə bilməyəcəyəm. Evdə bəzən vaktimizi televiziya qarşında, kompüter başında keçiririk. Uşaqlar da onlara zərərli olacaq qədər kompüter başında vaxt keçirir. Evdə qonaq ediləcək kiçik bir heyvan ailə fərdlərinin ortaq keçirəcəkləri vaxtın daha fərqli qiymətləndirilməsinə səbəb ola bilər. Bu kiçik və şirin canlıların oyunlarını, maraqlı hərəkətlərını izləmək, onlarla zaman keçirmək xüsusilə uşaqlarımızın çox xoşuna gedər.

Bu sevimli heyvanlara evimizi açaraq və ya sahib çıxıb maraqlanaraq, böyük xeyrlərə vəsilə ola bilərik. Ən əhəmiyyətlisi Həzrəti Peyğəmbərin (sav) bir sünnəsini həyatımıza keçirmiş olarıq.  Həm də  aciz bir canlıya sahib çıxmanın savabı göz ardı edilə bilməz. 

Türkan Akbulut.


dılay | 17 noyabr 2015 14:31 | Status: Brilliant user | Şərh: 8 183
MaraqlI idi twk
Ay_Sun | 3 oktyabr 2015 13:53 | Status: Brilliant user | Şərh: 13 408
varimdir pisik sevirem
BULUTUM | 13 sentyabr 2015 23:26 | Status: Professional user | Şərh: 7 387
Piwikleri Sevirem ancaq evde saxlayamam.Heyet evim olanda mutleq saxliyacam.Qaynanamda sevirr.
SEVDA | 13 sentyabr 2015 09:52 | Status: Nəzarətçi | Şərh: 17 439
Pişikleri men de sevirem.amma heç vaxt evde saxlamaram.tüklerine göre
Resube | 12 sentyabr 2015 15:55 | Status: VİP user | Şərh: 394
Mən süvmirem. HEÇ xoşum gəlmir.
Melek3 | 12 sentyabr 2015 11:55 | Status: Qonaq | Şərh: 0
Allaha qurban olum yaratdigi her bir varlig deyerlidi.ama men pisikleri hec sevmirem.qorxuram onlardan.onlari gorende meni alergiya tutur.ozume gele bilmirem.bu mende uje bir fobiyaya cevrilib.nece edimki bu qorxudan qurtarim bilmirem no
Dəniz qızı | 12 sentyabr 2015 09:03 | Status: Brilliant user | Şərh: 8 017
Pişikdən xoşum gəlir,ama saxlayammaram.
AÇELYA21 | 12 sentyabr 2015 01:36 | Status: Qonaq | Şərh: 0
pisikleri evde saxlamaq yox amma qapinin agzinda olar yemek su vermek yay vaxti istidr daima heyetde su qoymaq h er yere ki icsinler .men bele edirdim .pisik murdar deyil it saxlamaq murdardi bizde var idi her yeri dagidirdi butun heyeti sonra gonderdiy getdi
Cicim İncim | 11 sentyabr 2015 22:12 | Status: Gümüş user | Şərh: 2 456
Balaca pişiklərdən xoşum gəlir, amma evdə qətiyyən saxlaya bilmirəm.
aylin9159 | 11 sentyabr 2015 21:22 | Status: Qonaq | Şərh: 0
Men sevmirem evde heyvan yasaya.onlarin incimesin de isdemerem.
Elcin sangu........ | 11 sentyabr 2015 21:00 | Status: VİP user | Şərh: 631
pisikleri cox sevirem
lalita | 11 sentyabr 2015 20:04 | Status: VİP user | Şərh: 1 390
MENIM DE QIZIMIN PISIYI VAR IDI ONA ELE OYRESMISDIKKI,O,GEDENDEN SONRA NECE DARIXIRDIQ
Nara88 | 11 sentyabr 2015 19:00 | Status: Professional user | Şərh: 4 253
pisiyi hec sevmemek olarmi 0115