Həyat tərzi / Kitab aləmi

Acı bir sevgi hekayəsi

vanessa0 | 5-09-2015, 19:30
5 045 11
 

 
Bir avtobus dayanacağında qarşılaşmışdılar ilk dəfə... Biri tibbdə, digəri memarlıqda oxuyurdu. O ilk qarşılaşmadan sonra bir daha, bir daha, bir daha qarşılaşa bilmək üçün həmişə eyni saatda, eyni dayanacaqdan, eyni avtobusa mindilər.
Gənc idilər, çox gənc... Birbirləri ilə danışacaq cəsarəti tapmaları zaman aldı,amma sonunda bacardılar.İkisi də hər sabah avtobusa mindikləri səmtdə yaşamırdılar əslində,oğlan dostunun evində qaldığı üçün o sabah ordan minmişdi avtobusa,qız isə bacısının evində qaldığı üçün. Sırf birbirlərini görmək üçün, hər səhər tezdən evdən çıxıb,şəhərin o biri ucundakı dayanacağa gəldiklərini bir zaman sonra gülərək etiraf etdilər birbirlərinə...
Universitet bitər-bitməz evləndilər. Xoşbəxt idilər,həm də çox...
Bəzən işsiz,bəzən pulsuz qaldılar,amma əlləri və ürəkləri elə möhkəm bağlanmışdı ki,heç bir şeyə əhəmiyyət vermədilər.
Ayın sonunu çətin gətirdikləri zamanda da,məşhur bir həkim və məşhur bir memar olduqlarında da xoşbəxt idilər.Zamanın təsirinə məruz qalmayan,vərdişlərə məğlub olan bir sevgi deyildi onlarınki.Ya da bank hesabında pul qalmadığı üçün və ya tam tərsinə o hesabı daha qabarıq hala gətirmək üçün bitib-tükənən sevgilərdən deyildi.
Zaman keçdikcə sevgiləri də böyüdü,böyüdü... Tək əksikləri uşaqlarının olmamasıydı.Məşəqqətli bir müalicə müddətinə rəğmən uşaqları olmadığında "Bütün xoşbəxtliklərin bizim olmasını gözləmək eqoistlik olar" deyərək davam ettilər həyatlarına.Uşaq yerinə sevgilərini böyütdülər...
"Sənin üçün ölərəm " deyərdi qadına bərk-bərk qucaqlayaraq, qadın da "Yox,mən sənin üçün ölərəm"- deyə cavab verərdi həmişə...
Bəzən evə gəldiyində güzgünün üstündə bir not görərdi qadın, "Birdənəm,kitabxananın ikinci rəfinə bax"...
Kitabxananın ikinci rəfində başqa bir not olardı "Mətbəxdəki masanın üstünə bax və səni çox sevdiyimi əsla unutma". Mətbəxdəki masadan qonaq otağındakı şkafa sevgi notları oxuya-oxuya qaçan qadın sonunda ya bir dəstə çiçəklə qarşılaşardı,ya sevdiyi şokoladlarla,ya da bahalı hədiyyələrlə... Aldığı hədiyyənin nə olduğunun heç bir əhəmiyyəti yox idi onsuz da...
Həyat nə qədər sürətlə axarsa axsın,işləri nə qədər çox olursa olsun,həmişə bir-birlərinə zaman ayırırdılar,lakin yaşları qırxı ötdükdən sonra daha işləməyə qərar verdilər.Kişi xəstəxanadakı işindən çıxdı və xəstələri öz müayinə mərkəzində qəbul etməyə başladı.Qadın isə,memarlıq ofisini bağladı və sadəcə özəl layihələrdə yer aldı. Artıq daha çox biryerdə olurdular. Bir gün sahildə gəzərkən xaraba vəziyyətdə bir ev gördü qadın,üzərində "Satılır" lövhəsi asılmışdı. "Nə deyirsən,bu evi alaq?"- dedi kişiyə, "Bu viranəni yıxıb,gözəl bir ev yaradarıq.Layihəni artıq hazırladım beynimdə.Böyük bir eyvanı olan,qağayıları səhər yeməyinə dəvət edə biləcəyimiz çox gözəl bir dəniz evinə çevirək buranı." "Sən istəyərsən də mən heç yox deyə bilərəmmi? Amerikadakı tibb konqresindən qayıdan kimi zəng edərəm əmlakçıya,qiyməti nə olursa olsun bura bizimdir artıq.
Sadəcə bir həftə ayrı qalacaqlarını bilmələrinə rəğmən ayrılmaları çətin oldu,hər gün,hər saat telefonla danışırdılar,gözyaşları içində ayrılmışdılar hava limanında.
Fəqət,o gəldikdən sonra bir qəribəlik hiss etdi onda qadın.Əvvəlki qədər xoşbəxt görünmür,danışmaqdan qaçırdı.Onu xoşbəxt etmək üçün sahildəki evi xatırlatdı qadın,lakin heç gözləmədiyi bir cavab aldı ondan:
-Canım, o ev bizim büdcəmizi aşır,sən ən yaxşısı o evi unut.
Bədbəxtlik xoşbətliyin dadına alışmış insanlara daha acı,daha çəkilməz gəlir.Qadın heç sevmədi bu gözləmədiyi qonağı.
Dərdini söyləməsi üçün yalvardı ona, "Sənin üçün ölərəm,bilirsən,nə olar danış" deyə dil tökdü boş yerə.İllərdir sevdiyi adam,duyarsız və sevgisiz biri ilə yerini dəyişmişdi sanki.
Bir gün bütün həyatını bir yerdə keçirdiyi uşaqlıq dostuna dərdindən bəhs edərkən "Artıq dayana bilmirəm,sənə deməliyəm" deyə sözünü kəsdi dostu:
-O, sənə xəyanət edir.İş yerimin tam önündə bir restoranda hər günorta bir gənc qadınla yemək yeyirlər.Sarmaş-dolaş minirlər maşına...
-Sus,sus, eşitmək istəmirəm bu yalanları-deyib, onu qısqanmaqla günahlandırdı onca illik dostunu... Ertəsi gün günorta o restoranın qarşısında pusuya durdu bir köşədə və pəri nağıllarının sadəcə nağıl olduğunu anladı...Ərinin əvvəl eyni xəstəxanada işlədiyi uşaq həkimini həmin an tanıdı.Bəzən evlərində qonaq olan bu qadını ərinin necə qucaqladığını gördü.Axşam əri evə gələr-gəlməz bəzən bağıraraq,bəzən ağlayaraq,bəzən bərk-bərk qucaqlayıb,bəzən də yumruqlayaraq onun üzünə hayqırdı hər şeyi.İnkar etmədi o da.Zamanla hislərin dəyişdiyini,insanların orta yaşa gəldiyində fərqlilik axtardığı kimi şeylər gəvələdi ağzında və çamadanını alıb getti evdən.Qapıdan çıxarkən "Son dəfə qucaqlamaq istəyirəm səni" dedi amma,nifrətlə "Rədd ol" dedi qadın... İlk səfərdə boşandılar... Modern bir sevgi hekayəsinin belə sonla bitməsinə heç kim inana bilmədi.Dostlarının dəstəyilə ayaqda qalmağa çalışdı qadın.Onun sevgilisi ilə Amerikaya köçdüyünü öyrəndi.Bəzən tək qaldığında,onu hələ də sevdiyini hiss ettikdə ağlama krizi keçirir,eşqin yerini ən az onun qədər yoğun bir hiss olan nifrətin alması üçün dua edirdi.Aradan bir il keçdi... Herşeyin elacı olduğu deyilən zaman belə,qadının dərdinə çarə olmamışdı.Bir sabah israrla susmayan qapının zənginə oyandı qadın.Qapını açdıqda qarşısında o qadını gördü. "Sən bura nə üzlə gəlirsən" deyə qışqırmaq istədi,lakin səsi çıxmadı.
"Xahiş edirəm,içəri girməyimə izn ver,mütləq danışmalıyıq"-dedi gənc qadın.Divana ilişdi və zor eşidilən bir səslə danışmağa başladı:
-Heç bir şey göründüyü kimi deyil əslində.Çox üzgünəm,amma o bir saat öncə öldü.Keçən il Amerikadakı konqres sırasında öyrəndi xəstəliyini və təqribən bir il ömrü qaldığını.Sənin buna dayana bilməyəcəyini,hər zaman dediyin kimi onunla birlikdə ölmək istəyəcəyini bilirdi.Səni özündən uzaqlaşdırmaq üçün məndən sevgilisi rolunu oynamağımı istədi.Ailəsinə də xəbər vermədi.Birlikdə Amerikaya köçdüyümüz yalanını yaydı.Halbuki,ilk qarşılaşdığınız avtobus dayanacağının qarşısında bir ev tutmuşdu.Müalicə alırdı və qurtulacağına inanırdı,amma olmadı.Gecə baxıcısı mənə zəng etdi və vəziyyətinin pisləşdiyini söylədi,son anda yetişdim.Sənə bu qutunu verməyimi istədi...
Gözlərindən axan yaşları tuta bilməyəcəyini bilirdi qadın.Elə ordaca ölmək istəyirdi.Etina ilə qatlanmış bir çox kağız vardı qutuda.İlk kağızda "Lütfən,bütün notları sıra ilə oxu,birdənəm"yazılmışdı. Sıra ilə oxudu. "Səni çox sevdim"... "Səni sevməkdən heç vaz keçmədim"... "Sənin üçün ölərəm deyərdin həmişə,doğru dediyini bilirdim"..."Fəqət mənim üçün ölməni istəmədim"... "İndi mənə söz verməyini istəyirəm"... "Mənim üçün yaşayacaqsan,razılaşdıqmı"... Son kağızı əlinə aldıqda qutuda bir açar gördü qadın... Və son kağızda bunlar yazılmışdı
Sahildəki evimizi sənin hazırladığın proyektə görə hazırlatdım.Böyük eyvanda qağayılarla qəlyanaltı edərkən,mən həmişə səni izləyəcəm...

B.Fereh | 31 mart 2016 20:06 | Status: Nəzarətçi | Şərh: 6 971
Sitat: vanessa0
Beyndiyinize sevindim,men bunu oxuyanda agladim,kovrek insanam,amma ele de aglayan adam deyilem,daha dogrusu sevgi hekayelerine ele de tesirlenmirem,hiss etmirem o duygunu,amma bu meni aglatti,ona gore sizle de paylasmaq istedim

Qizz,canin yanmasin,aglatdin meni:(Mende senin kimiyem,sevgi hekayeleri,sozleri coxda tesir elemir mene,amma bu cox tesir eledi mene.
Ay_Sun | 23 sentyabr 2015 12:08 | Status: Brilliant user | Şərh: 13 407
Sonadek oxudum cox pis oldum 0106
vanessa0 | 7 sentyabr 2015 18:09 | Status: Gümüş user | Şərh: 449
Beyndiyinize sevindim,men bunu oxuyanda agladim,kovrek insanam,amma ele de aglayan adam deyilem,daha dogrusu sevgi hekayelerine ele de tesirlenmirem,hiss etmirem o duygunu,amma bu meni aglatti,ona gore sizle de paylasmaq istedim
Nilay | 7 sentyabr 2015 15:57 | Status: Qonaq | Şərh: 0
Allahindan ureyim pisdi onsuzda darixiram qefesdeki ulbul kimiyem ..Amma sevdiyin olmadan her gun onun oldugu yere gelib belke qayidi deye umud etmek ve meyus olub getmekden pis hecne yoxdu 0106 recourse Bilsende donmeyecek yenede onun oldugu yere gelirsen belke geler deye ..... recourse
Sariwka1 | 7 sentyabr 2015 15:03 | Status: VİP user | Şərh: 1 773
Sitat: SEVDA
Çox qemgin bir hekaye idi... 0106
Nara88 | 6 sentyabr 2015 20:08 | Status: Professional user | Şərh: 4 252
coxdan oxumusam
Cicim İncim | 6 sentyabr 2015 13:23 | Status: Gümüş user | Şərh: 2 456
Çox təsirləndim...Göz yaşlarımı saxlaya bilmədim...Allahım ,sevgi böyük hissdi, hər adama qismət olmur
SEVDA | 6 sentyabr 2015 00:13 | Status: Nəzarətçi | Şərh: 17 437
Çox qemgin bir hekaye idi... 0106
gece-gunduz | 5 sentyabr 2015 22:15 | Status: Gümüş user | Şərh: 1 720
ele bil kinoya baxdım.
aylin9159 | 5 sentyabr 2015 21:52 | Status: Qonaq | Şərh: 0
Men demezdim esil sevgi ele sevdiyinin yaninda olmekdir.hec kim hec kimnen olmur.
Dəniz qızı | 5 sentyabr 2015 21:13 | Status: Brilliant user | Şərh: 8 015
Ayy necə pis oldum mən.Bax əsl sevgi budur. 0144