Həyat tərzi / İslam

Orucu pozam amillər

Ay_Sun | 27-06-2015, 18:00
2 694 7
     Bismillahir-Rəhmanir-Rəhim
 

 

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, salat və salam olsun Onun Rəsulu Muhəmmədə (S.A.S), onun ailəsinə, yaxınlarına və səhabələrinə.

Əziz və hörmətli müsəlmanlar! Orucu pozan yemək-içmək əsas amilləri çoxlarımız bilirik. Amma bəzilərimiz bu amillərin hamısını bilmirik, bəzilərimiz də şübhə içində olur, beynində fikirlər yaranır, dəqiq olaraq orucu pozan bütün amillərdən xəbəri olmur. 
Müsəlman bacı və qardaşlarımız, orucu pozan ən əsas amillər aşağıdakılardır:
- yemək və içmək
- cinsi əlaqə
- bədəni qüvvətləndirən iynələr, buruna damızdırılan dərmanlar və başqa bu kimi yemək-içməyə bənzər şeylər
- özünü qusdurmaq
- heyz və nifas qanı
- şəhvətlə bilərəkdən məni (sperma) ifraz etmək

Qeyd etmək lazımdır ki, bunlar orucu yalnız üç şərtlə pozur. Şərtlər isə aşağıdakılardır:
   1. Oruc tutan şəxs onu pozan şeylər barədə məlumatlı olmalıdır;
   2. Oruc tutmaq onun xatirində olmalıdır;
   3. O, orucu qəsdən pozmalıdır.
Bundan belə nəticə çıxır ki, elmsiz olaraq, yaxud unudaraq, yaxud da zorla vadar edilərək orucu pozan şəxsin orucu düzgün sayılır və həmin günün qəzasını tutmaq lazım gəlmir. Bu xüsusda Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: "Həqiqətən, Allah mənim ümmətimə bilməyərəkdən, unutqanlıqdan və məcburiyyət qarşısında etdiklərini bağışlamışdır."(Bu hədisi ibn Macə rəvayət etmişdir)

 


Yuxarıda qeyd olunanlardan - cinsi əlaqə müstəsna olmaqla - hər hansı bir yolla orucu pozan şəxs bunun əvəzinə yalnız bir gün oruc tutmalıdır. Cinsi əlaqəyə gəlincə, qeyd etmək lazımdır ki, onun cəzası fərqlidir. Belə ki, bu günaha görə hər ikisi həm tövbə etməli, həm bir gün onun qəzasını tutmalı, həm də kəffarə olaraq ya qul azad etməli, ya altmış gün ardıcıl oruc tutmalı, ya da altmış kasıbı yedirtməlidir.


 

Öpüşmək orucu pozmur. Aişə rəvayət edir ki, Peyğəmbər səllallahu aleyhi və səlləm oruclu ola-ola zövcələrini öpərdi. (Bu hədisi Əhməd rəvayət etmişdir)
Dişlərin dibindən, burundan, boğazdan çıxan qanı udmaq orucu pozmur. Bunu məcburi halda qalıb və yaxud bilməyərəkdən etdikdə pozulmur, amma bunu bilərəkdən çıxarıb içmək orucu pozur. Eləcə də, tüpürcəyi, bəlğəmi və ya burundan axan seliyi udmaq orucu pozmur.
Analiz üçün qan vermək orucu pozmur. 
Ağrı kəsici, sakitləşdirici və bu kimi iynələr vurmaq orucu pozmur, amma gərək iynə, bədəni qüvvətləndirən iynə olmasın. 
Diş çəkdirmək, onu müalicə etmək, ona iynə vurmaq orucu pozmur. Misvakla dişləri təmizləmək, onun tərkibində olan suyu udmaq orucu pozmur. Amir ibn Rabiyə (r.a) deyir: "Peyğəmbərin səllallahu aleyhi və səlləm oruclu ola-ola misvakla dişlərini təmizlədiyini dəfələrlə görmüşəm." (Bu hədisi Buxari rəvayət etmişdir)
Diş mə′cunundan onu udmamaq şərti ilə istifadə etmək olar. 
Oruclu ola-ola ətir vurmaq və ya onu iyləmək  olar. 
Oruclu ikən sürmə, xına, lak, müxtəlif kremlər və yağlar və sair ənlik-kirşandan istifadə etmək olar. 
Oruclu ola-ola çimmək olar. 
Yeməyin dadına baxıb sonra onu tüpürmək orucu pozmur. 
Saç qırxdırmaq, dırnaq tutmaq, qoltuqaltında və qasıqda olan tükləri qırxmaq orucu pozmur.



Nergiz love | 29 iyun 2015 05:08 | Status: Professional user | Şərh: 7 871
Cox tsk.bezilerin bilmirdim.bir seyi bilmek isterdim.yemey bisirmek ve yemeyin iyi buruna gedirde oster istemez bu orucu pozurmu?bilen varsa xais edirem yazsin birde boqazzda olan azaciq belqem olsa onu udmaq bilerekden veya unudaraq orucu pozuzrmu?
boris arxan | 28 iyun 2015 02:35 | Status: Professional user | Şərh: 4 784
mence bezilri duz deyil
lady sweet | 28 iyun 2015 01:05 | Status: Gümüş user | Şərh: 1 880
Sitat: kiraz mevsimi
Oruc tutmuram allah tutanlarinkini qebul etsin insallah!
Sabahım. | 27 iyun 2015 20:16 | Status: Professional user | Şərh: 3 359
Insallah 10cu gunumuzu tutduq orucumuzu
Sienna | 27 iyun 2015 18:49 | Status: Şərhçi | Şərh: 287
Allah tutulan oruclari qebul elesin.Allah razi olsun canim tewekkurler
Meley... | 27 iyun 2015 18:46 | Status: VİP user | Şərh: 696
burda yazilanlar hamsi oruc olan vaxti olsa orucu batil edir orucuni acandan sonra olsa yox

bir seyle razi deyilem yemeyin dadina baxib tuburmey olmaz
ele ona qorede anamin yanina qeldimki anam mene qulug etsin
yemey bisirende yemeyin iysi burnuva qedirse orucun batil olur cunki beynin ruhun nefsin hemen iyi dadi qebul edir
cox adam yemey bisirende agzini burnuni sariyirki iy qedmesin burnuna
Real Madrid CF | 27 iyun 2015 18:04 | Status: Qonaq | Şərh: 0
Oruc tutmuram allah tutanlarinkini qebul etsin insallah!