Maraqlıdır / Azadqadin.az

Azadqadin.az saytına xoş gəlmisiniz! Bu xəbər saytda aktiv olan ilk xəbər idi... 11.02.11

Azadqadin.az | 11-02-2015, 08:00
1 495 22

11 fevral 2011-ci il tarixində (11.02.11) Azərbaycanda azlıq təşkil edən qadın saytlarından biri də artdı. Böyük iddialarla azadqadın.az da bu sıraya qoşuldu.


 

Saytımızın məqsədi-məramı haqqında qısaca deyim ki, bu məkanda zamanla əsasən qadınların cəmiyyətimizdə üzləşdiyi problemlərdən söz açılıcaq və çıxış yolunu birlikdə arayacağıq. Daha ətraflı AZADLIQ VERİLMİR, ALINIR bölməsinin girişində oxuya bilərsiniz. Azadqadın.az ilk saytdır ki, hər bir bölmənin mahiyyəti haqqında o bölməyə daxil olduğunuzda başda narıncı fonun üzərində qısa xülasə yerləşdirib.

 

O cümlədən HÜQUQUNU BİL bölməsində öz hüquqlarınızı öyrənəcəksiniz. Çünki, yalnız hüququnu, qayda-qanunları bilənlər problemlərlə daha rahat mübarizə aparmağı bacarırlar.

 

Saytımızın ən maraqlı bölmələrindən biri KIŞI VƏ QADIN SÖZ DUELIdir. Bu bölmə isə eksluziv olaraq Azadqadın.az layihələrinə daxildir. Burada yerləşdirilən yazılarda adından göründüyü kimi, bir mövzuya əks düşüncəli qadın və kişilərin fikrini öyrənəcək və onlar qarşı-qarşıya qoyulacaq. Məsələn: Bölmə üçün hazırlanan ilk xəbərdə ateist kişi ilə dindar qadın «İslamda qadına münasibət» mövzusu ətrafında duelə çıxıblar.

 

Azadqadın.az-da maraqlı və hər birinizin zövqünü oxşayan rəngarəng bölmələr məhz sizlərin maraqlarına uyğun olaraq yaradılıb. Zamanla bu mövzulara uyğun xəbərlər sizin ixtiyarınıza veriləcək. Bunun üçün sadəcə saytımızı gündəlik ziyarət etmək və yeni, ekskluziv xəbərləri qaçırmamaqdır.

 

Maraqlı mövzuları, müxtəlif sahələri əhatə edən əsas və yarım bölmə olaraq saytda 52 bölmə yerləşdirilib. Ayrıca 9 mövzunu özündə birləşdirən GÖZƏL QADINLARIN SİRRİ isə özünə qulluq edən, baxımlı xanımlar üçün yaradılıb.

 

 Digər qadın saytlarından fərqli olaraq biz qapılarımızı kişilər üçün də açmışıq. Azadqadın.az yalnız uşağa baxmaqdan, məxbəxdən yox, ümumi cinsindən asılı olmayaraq hər kəsə lazımlı olacaq mövzulara üstunluk verdiyi üçün bəylər də bu saytda istədiklərini tapa bilərlər.

 

Niyə bəylərin bu sayta gəlməsində maraqlıyıq?


Adətən qadın təşkilatları, saytları sadəcə qadınlardan ibarət olduğuna görə, hər hansı qadın zorakılığından bəhs edərkən özümüz deyib, özümüz eşidirik. Bu nəyə lazımdır? Əslində bu cür toplantılarda kişilər çoxluq təşkil etməlidir, yazılar onlar üçün yazılmalıdır. Hər iki tərəf problemin kökünü araşdırmalı və həlli yollarını tapmalıdır.

 

Sosial, yalnız ciddi mövzulardan bəhs edən saytların istifadəçi kontigenti az olur. Bu cür saytlarla yalnız ziyalı insanlar maraqlanır. Bizim məqsədimiz isə, yalnız ziyalıların yox, hər bir yaş təbəqəsinin, sənət sahibinin, xüsusilə də gənclərin diqqətini problemlərə cəmləşdirməkdir. Bu səbəbdən azadqadın.az-da ciddi mövzularla yanaşı, əyləncə bölmələri də var.  Əylənməyə meylli gənclər sayta yollarını salarkən, eyni zamanda cəmiyyəti narahat edən məsələlərlə də tanış olacaq.


UĞUR VƏ PUL QAZANMAĞIN YOLLARI bölməsi də məhz hər iki cinsi maraqlandıran mövzulardan biridir. Bu bölmənin xəbərlərini izləməklə karyeranızda yüksəliş edəcəyinizə əminik.

 

AİLƏ QURMAQ İSTƏYİRƏM! bölməsi isə tənha insanların öz yarını tapması məqsədilə yaradılıb.

 

Azadqadın.az-ın digər həmkar saytlardan daha bir üstünlüyü 4 sahədə insanlara yardım edəcək - həkim, hüqüqşünas, psixoloq və kosmetoloq onlayn məsləhət bölmələrinin mövcudluğudur. Bu sahədə problemi olanlara peşəkar müxəssislər tərəfindən pulsuz məsləhətlər  veriləcək.



Bunları oxumaq məsləhətdir:


Saytin qaydaları

  "XƏBƏR ƏLAVƏ ET" bölməsindən necə istifadə etməli?


Azadqadın.az-a dostunu dəvət et, pul qazan!


Saytda statuslar



  1. lady sweet | 24 mart 2015 02:36 | Status: Gümüş user | Şərh: 1 886
    tek istfade etdiyim bu saytdir ve cox xosum gelir bele bir sayti acdiginiz ucun tesekkurler 0115
  2. Nergiz love | 13 fevral 2015 14:12 | Status: Professional user | Şərh: 7 901
    Mende heqeqten tek busaytda varam.uzun omurlu olsun saytmiz.
  3. Vetenperver | 12 fevral 2015 21:19 | Status: Professional user | Şərh: 6 727
    Bu saytda başqa qadın saytlarından fərqli olaraq qadınlar kişi userlərə pis baxmır,aşağılamır(istisnalara həmişə var) ona görə məndə bu saytı sevirəm.Əlbətdə baxır kişiyə.Burdakı qadınlara böyük hörmətim var.
  4. Ay_Sun | 12 fevral 2015 15:09 | Status: Redaktor | Şərh: 13 463
    Sitat: SEVDA
    Saytın yaradıcı heyyetine tewekkürler......
  5. boris arxan | 12 fevral 2015 01:20 | Status: Professional user | Şərh: 4 800
    yaxsiki burda varam 0123
  6. BULUTUM | 11 fevral 2015 23:16 | Status: Professional user | Şərh: 7 435
    En qemli animda bu sayiti tapdim.Var olun.[right][/right] 0140
  7. SEVDA | 11 fevral 2015 22:25 | Status: Nəzarətçi | Şərh: 17 524
    Saytın yaradıcı heyyetine tewekkürler......
  8. Ag Gul | 11 fevral 2015 19:30 | Status: Professional user | Şərh: 4 345
    Sitat: sevgi istanbul
    yaxsiki burda varam...
  9. 007 | 11 fevral 2015 17:57 | Status: Redaktor | Şərh: 33
    Saytimiz uzun omurlu olsun.
  10. Gulya2676 | 11 fevral 2015 16:35 | Status: Gümüş user | Şərh: 2 591
    Sitat: gulcin70
    Sayt, elə ilk gündən öz sözünü deməyi bacarıb..
    Yaxşı ki varsan, Azadqadın.az!

  11. N....N92 | 11 fevral 2015 16:08 | Status: Professional user | Şərh: 4 368
    Maraqlidir...
  12. Narin-Ulker | 11 fevral 2015 15:58 | Status: Gümüş user | Şərh: 2 763
    heyatimda en uqurlu gunum bu sayta uzv olduqum gundur hemise var ol Azadqadin.az sayti 0109
  13. SEVA | 11 fevral 2015 14:05 | Status: Professional user | Şərh: 5 165
    yaxsiki burda varam...
  14. Nara88 | 11 fevral 2015 13:13 | Status: Professional user | Şərh: 4 269


    love Tesekkurler
  15. FLOVERandGİRL | 11 fevral 2015 13:12 | Status: Professional user | Şərh: 3 258
    Sitat: fea omer
    bu sayt menim gizli dunyamdi

    İnanmazsan amma mende de
  16. Miraj | 11 fevral 2015 12:07 | Status: Professional user | Şərh: 2 644
    bu sayt menim gizli dunyamdi
  17. gulya88 | 11 fevral 2015 10:27 | Status: Şərhçi | Şərh: 176
    Sitat: mila21
    SUPER SAYITDIR TEBRIKLAR 0158 0123
  18. nurlana nurlana | 11 fevral 2015 10:19 | Status: Gümüş user | Şərh: 1 965
    Sayıt her cehetde superdiiiii 0140
  19. Gülçin | 11 fevral 2015 10:08 | Status: Redaktor | Şərh: 6 809
    Sayt, elə ilk gündən öz sözünü deməyi bacarıb..
    Yaxşı ki varsan, Azadqadın.az!

  20. mila21 | 11 fevral 2015 08:46 | Status: Şərhçi | Şərh: 285
    SUPER SAYITDIR TEBRIKLAR 0158 0123
  21. ●♥ Meley ♥● | 11 fevral 2015 08:40 | Status: Gümüş user | Şərh: 414
    Bu sayt No:1 0115
  22. Dəniz qızı | 11 fevral 2015 08:27 | Status: Brilliant user | Şərh: 8 089
    Mən şəxsən bu saytı çox sevirəm.

info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.