Həyat tərzi / Məsləhətlər

Sirkənin faydaları.Alma sirkesinin 8+ 1 xüsusiyyətləri

Banu. | 7-02-2013, 11:00
36 137 40

 

 

 Sirkənin faydaları.

 Sirkə soyuqluq və quruluq verir, bədənə tez sorulur, dərmanların təsirini sürətləndirir. Susuzluğu yatırır, həzmə kömək edir, iştahı artırır, bəlğəmi əridir və onun xaric olmasını asanlaşdırır, mədə iltihabı üçün münasibdir. Acqarına bir müddət sirkə işlətmək bağırsaq qurdunu öldürür. Onu isidib içərək özünü qusdurmaqla mədəni təmizləyirlər. Sirkə ilə qarqara etmək boğaz, qırtlaq və diş ağrısı üçün xeyirlidir. Ona duz qataraq ağızı qarqara etmək diş dibinin qanamasını kəsir. Yaralı yerlərin kənarlarına sirkə sürtmək yaranın ətraflara yayılmasının qarşısını alır. Qızıl yel, dəri şişləri, təzə yaraların şişməsi, qızdırma ilə müşahidə olunan baş ağrısı, qaşınma və s. hallarda onu sürtdükdə faydalıdır, həşərat dişləməsi və od yanığı zamanı müsbət təsir göstərir. Sirkədə bişən əncir təpitməsini bədənin ağrıyan nahiyələrinə sürtdükdə ağrını sakitləşdirir. Onu gül yağı ilə sürtdükdə gündəymədən olan baş ağrısını kəsir. Arpa unu ilə təpitməsi difteriya, döş şişi, qulaq dibi şişi, gül ilə təpitməsi isə soyuq şişlər üçün faydalıdır. Bədən orqanlarının keyləşməsində və oynaqların ağrısında üzərlik ilə təpitməsi xeyirlidir. Öd yolları xəstəliklərini, hamamdan sonra yaranan baş ağrısını sakitləşdirmək üçün gülabla qaynadır, parçanı isladaraq başa qoyurlar.
Xronik baş ağrısı, öskürək və qrip zamanı möhkəm qızdırılmış daşın üzərinə sirkə səpir, başı onun buxarına verirlər. Əncir və kişmişi sirkədə isladıb yedikdə dalaq üçün xeyirlidir. Zirə və kəklikotunu sirkədə qaynadıb diş ağrısı zamanı ağızı qarqara edirlər. Bu, damaq yarası üçün də faydalıdır. Qulağı və burunu onun buxarına vermək qulaq uğultusunu aradan qaldırır, qulaq və burun tutulmasını açır.Qocalara, sinir sistemi xəstəlikləri, təzə və quru öskürəyi, oynaq ağrıları olanlara sirkə ziyandır. Çox sirkə işlətmək bəzən bədəndə su yığlımasına səbəb ola bilər. gözə zərərdir, adamı arıqladır.Sirkənin başqa faydaları da var:
-Sobada balıq bişirəcəksiniz, amma ev iy verməsin deyə, sobanın bir küncünə içi sirkə dolu bir kasa qoyun! Balıq qoxusu sobaya və mətbəxə bulaşmayacaq.
-Yumurta qaynadarkən içinə 1 şorba qaşığı sirkə qatın. Yumurta həm çatlamayacaq həm də asanca soyulacaq.
-Qızartma tavası yapışırsa, 2 stəkan sirkəni içinə qoyub 15 dəq. qaynadın. Uzun müddət tavanıza yeməklər yapışmayacaq.
-Körpəniz oyuncaqları ilə oynayır və ağızına aparırsa, bunları sirkəli suyla təmizləyin. Həm təmizlənmiş olacaq, həm də körpələr üçün təhlükə meydana gətirməyəcək.
-Xalçada, örtüdə, köynəkdə, masada diyircəkli qələm ləkəsi var isə ləkənin üstünə sirkəli bez qoyun. Ləkə asanlıqla çıxacaq.
-Mebel, tava, qazanlardakı yapışqan etiketi çıxarmaq üçün əvvəl plastik bir əşya ilə qopardın. Sonra üzərinə sirkəli bez qoyun. Etiket izi asanlıqla çıxacaq.
-Şüşə və dolçalarınızın içi ləkəli və dibləri yaşıllanmağa başladısa, bir az duz və sirkə ilə çalxalayıb gözlədin. Sonra yuyun!
-Çaydanda ərp yaranmağa başladı. Hətta ağızından çay belə axa bilmir. Ya da içi qapqaradır! Nə edəcəksiniz? Çaydanın içinə sirkə qoyub 10-15 dəqiqə qaynadın. Bütün əhəngin dağıldığını və ləkələrin itdiyini görəcəksiniz.
-Çörəkləriniz dərhal kiflənir və pis iy verirsə çörək qabını sirkəli suyla silib qurulayın! Baxın, neçə gün sonra çörəyiniz kiflənəcək?
-Mis qab və qazanlarınızı, paslanmayan polad qazanlarınızı parlatmaq istəyirsinizsə sirkəli bez ilə silin. Quru bir parça ilə parladın.
-Kristal stəkan və çilçıraq daşlarınızın işıl-işıl parlamağını istəyirsinizsə, sirkəli bez ilə silib quru bir bez ilə parladın.
  -Əgər bədəninizdə bir yanıq meydana gəlsə, sirkəyə batırdırılmış bir pambığı yanığın üstünə qoyun, həm ağrısını həm də qabarıb su toplamasına mane olacaq.

 

Alma sirkəsinin faydaları xalq təbabətində geniş yer almışdır. Daha çox 8 xüsusiyyət qeyd edilir:

1. Bir çay qaşığı alma sirkəsi hıçqırtını kəsir;
2. Alma sirkəsi ilə qarqara dişləri ağardır;
3. Alma sirkəsi mədə-bağırsaqda olan bakteriyaları öldürür;
4. Yorğunluğu aradan qaldırır;
5. Həzmi asanlaşdırır;
6. 2 qaşıq alma sirkəsi, 1 qaşıq bal həll edilmiş 1 stəkan su içdikdə gecələr ayaq əzələlərinin tutulmasının qarşısı alınır; belə şərbət soyuqdəyməyə də xeyirlidir;
7. Burun tutulduqda 1 stəkan suya 1 çay qaşığı alma sirkəsi qatıb için;
8. 1 çay qaşığı sirkə boğazağrısını kəsir, sirkənin təkibindəki turşu mikrobları öldürür

P.S. Təcrübədə müşahidə edilib ki, sirkəni çay qaşığından artıq, eləcə də tələsik içmək boğulmaya səbəb olur. Unutmayın ki, sirkə turşu tərkiblidir, boğucu havası var. Bunu sirkənin 9-cu xüsusiyyəti kimi yadda saxlayın.



B.Fereh | 19 mart 2016 23:35 | Status: Nəzarətçi | Şərh: 6 701
Bezilerini bilirdim,twk.
fea | 23 sentyabr 2014 00:09 | Status: Gümüş user | Şərh: 1 739
cox maraqlidir
Nurgul Ali | 10 fevral 2013 20:20 | Status: Gümüş user | Şərh: 760
demeli sirke hemishe evde olmalidir.
gulya20 | 10 fevral 2013 18:02 | Status: Professional user | Şərh: 4 686
Melumata gore tesekkurler,amma meni sirkeni hec xoslamiram,qoxusu gelende bele halim deyisir.
Əfşan | 9 fevral 2013 16:49 | Status: Professional user | Şərh: 1 714
ela,cox isimize yarayan melumatlar var
rufet ehmed | 8 fevral 2013 13:00 | Status: Gümüş user | Şərh: 1 392
cox sagolun faydali xebere gore
Sol Naciente | 8 fevral 2013 11:48 | Status: Şərhçi | Şərh: 164
bilmirdim..cox faydali xeberdi , cox sagolun.
Qaracaqiz | 8 fevral 2013 11:37 | Status: VİP user | Şərh: 1 884
Alma sirkesinin faydali olduqunu bilirdim amma bu qeder xeyirli olduqunu duzu bilmiridm. Men alma sirkesi ile saclarimi yaxalayiram ve uzumun derisini pambiqi alma sirkesine batirararq silirem.
TATLI GUZEL | 8 fevral 2013 10:47 | Status: Professional user | Şərh: 5 790
Biz mamamla bir ara alma sirkesi icirdik xeyir oldugu ucun wink Ancaq men sora her gun her gun alma sirkesin gunorta icmekden bezdim wink day icmedim ancaq mamam icmeye davam etdi wink Tesekkurler
Aya:)) | 8 fevral 2013 09:45 | Status: Gümüş user | Şərh: 2 241
çox əladır mən bir müddət alma sirkesi içmişəm
Nur | 8 fevral 2013 09:01 | Status: Professional user | Şərh: 3 999
maraqlidi,bilmediklerimizide bildik,sizin sayenizde.twkler
Damla | 8 fevral 2013 06:15 | Status: Brilliant user | Şərh: 7 186
Lazimli xeberdi...
Aziza | 8 fevral 2013 00:10 | Status: VİP user | Şərh: 572
Maraglidi bu qederini bilmirdin tesekkurler...
ferqane.s | 7 fevral 2013 23:31 | Status: Şərhçi | Şərh: 102
Texniki səbəblərə görə üzr istəyirəm. mənlik deyil
zoluwka | 7 fevral 2013 23:08 | Status: Professional user | Şərh: 3 174
Tewekkurler Banu xanim deyerli melumatlardi ama sirke yadimdan cixib.burda gormemiwem.
ferqane.s | 7 fevral 2013 22:52 | Status: Şərhçi | Şərh: 102
Mən bir müddət səhər acqarnına suya qatılmış alma sirkəsi qəbul etmişəm. Düzdür heç bir mənfi təsirini görməsəm də, tanış bir həkimin sirkəyə çox aludə olmamağımı məsləhət etdiyindən sonra, sirkənin qəbulunu dayandırmışam. Amma tanıdığım xanımlar arasında alma sirkəsi kapsullarından istifadə edənlər də var, arıqlamaqdan ötəri. Mədəsində problemi olanlar bir az diqqətli olsunlar. Hə bir də diş minasını zədələməmək üçün sok çöplərindən (truboçkalardan) istifadə etməyi lazım bilirlər. Banu xanım Sizə də təşəkkürlər.

_Nazlim_ | 7 fevral 2013 20:46 | Status: Professional user | Şərh: 2 272
cox sagol xebere gore
rosee | 7 fevral 2013 20:15 | Status: Professional user | Şərh: 1 855
sirkeni ancaq salata vururam
_Peri_ | 7 fevral 2013 18:23 | Status: Gümüş user | Şərh: 1 666
hmmm,men bilirdim,onu da deyimki,alma sirkesi insani ariqladir ozde tez bir zamanda.
Girl | 7 fevral 2013 18:03 | Status: Professional user | Şərh: 8 216
melumata gore tesekkurler
mehebbet adasi | 7 fevral 2013 17:04 | Status: Şərhçi | Şərh: 421
tesekkurler deyerli melumatlardir
K.AWK.S.LOVE | 7 fevral 2013 16:57 | Status: Gümüş user | Şərh: 1 239
COX SAGOLUN AMMA TENBELIKDEN ISTIFADE ETMIRIK.
tenhaqiz | 7 fevral 2013 16:42 | Status: VİP user | Şərh: 478
Özüm üçün köçürdüm.Çox sağ olun,lazımlı xəbərdir.
sanel | 7 fevral 2013 16:21 | Status: Professional user | Şərh: 3 650
tesekkur cox lazimli faydali xeberdi
Torpaq | 7 fevral 2013 15:13 | Status: Professional user | Şərh: 3 575
ay ay ay...
onsuz sirkeye cox boyuk hormetim vardi mikroblari oldurduyunden dolayai...
indi 1 e 5 artdi...
bir de sirkeli suya goyertileri salmaq da onlari qesengce temizleyi...
mene maraqli geldi qarqara hisse ki,su ile qarisdirmaq lazimdi ya yox?
ancaq sirke olarsa dis minasini zedelemezmi?
QAR DENECIYI | 7 fevral 2013 14:55 | Status: Şərhçi | Şərh: 425
TESEKKURLER BİLMEDİKLERİMİ OYRENDİM MARAQLİ İDİ n43 n48 n42
Aliyeva | 7 fevral 2013 14:43 | Status: Yazar | Şərh: 4 046
maraqli melumatdi coxsagol
HEYATIM | 7 fevral 2013 14:42 | Status: Professional user | Şərh: 2 114
maraqlıdı heç eşitməmişdim amma sirkə sevmirəm əsasda qoxusundan xoşum gəlmir amma faydalarına bax hələ))
Meqa | 7 fevral 2013 14:25 | Status: Professional user | Şərh: 2 078
alam sirkesini sevrem xüsusende sulu yemeklerde çox istifade edirm
Princess_93 | 7 fevral 2013 13:48 | Status: Brilliant user | Şərh: 5 885
ayy ne yaxsi xeberdi bu xeyirli oldugunu bu qeder bilmirdim
info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.