Günün xəbəri / Xəbəriniz olsun!

Karantin qaydaları yenidən sərtləşdirilir: Qərargahın brifinqinin vaxtı məlum oldu - ÖZƏL

Banu. | 5-03-2021, 08:18
4 854 0


Azərbaycanda koronavirus infeksiyasının son günlər artması səbəbindən xüsusi karantin rejimi çərçivəsində bəzi məhdudiyyətlərin yenidən tətbiq ediləcəyi gözlənilir.
 
Azadqadin.az xəbər verir ki, Pravda.az-ın mötəbər mənbələrdən əldə etdiyi məlumata görə, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah yaxın günlərdə qərar verəcək.
 
Qərargahın brifinqi martın 13-nə təyin edilib. Brifinqdə yeni qərarlar açıqlanacaq.
 
Məlumata görə, məhdudiyyətlər daha çox martın 20-28-də qeyri-iş günlərini əhatə edə bilər. Belə ki, həmin günlərdə Bakı şəhəri daxil olmaqla, virusun geniş yayıldığı şəhər və rayonlarda ictimai nəqliyyatın fəaliyyəti tam dayandırılması nəzərdə tutulur.
 
Qeyd: Son günlər ölkəmizdə koronavirusa yoluxma hallarında kəskin artım müşahidə olunur və yoluxma sağalmanı üstələyib.