Günün xəbəri

Dİzelin qiymət artımına görə gediş haqqının da 30 qəpikdən 40 qəpiyə qalxdı?-AÇIQLAMA

Banu. | 10-01-2021, 21:23
2 656 0

Vüqar Bayramov- İqtisadçı alimdi! DEPUTATDIR!
Dİzelin qiymət artımına görə gediş haqqının da 30 qəpikdən 40 qəpiyə artırılması ehtimalını vurğulayıb.
Sözügedən məsələyə münasibətində deputat Vüqar Bayramov bildirib ki, kənd təsərrüfatından istifadə olunan texnikanın əhəmiyyətli hissəsi dizellə işləyir. Deputat vurğulayıb ki, ictimai nəqliyyat da bura aiddir və hər iki sektor üzrə dəstək paketinin hazırlanması gözlənilir.
Bunları nəzərə alsaq, avtobuslarda gediş haqqının nə qədər artırılacağı müzakirə mövzusudur.
Bununla bağlı iqtisadçı-ekspert Akif Nəsirli danışıb:
"Belə qaydada qiymət artımı olandan sonra, yəni ictimai nəqliyyat vasitələrinə, metro, avtobusa hokumət əlavə subsidiya və ya yardım etməyəcəksə, əlbəttə ki, sözügedən qurumlar gediş haqqının artırılması ilə baglı Tarif şurasına müraciət edəcək. Bu da əsaslı olacaq.
Tarif şurasının əsaslandırmasında bir çox sahələrin adı çəkilib ki, onlara əlavə kompensasiya veriləcək. Bura kənd təsərrüfatı və ictimai nəqliyyat da daxil edilib.
Həmin zərəri qarşılamaq üçün hökumətin kompensasiya verəcəyi deyilir. Yəni bu xidmətlər subsidiyalaşdırılacaq.
Yanacağın qiymətinin artması mal və xidmətlərin maya dəyərinin artmasına səbəb olur. Bu da qiymət artımını aktuallaşdırır.
Maya dəyəri artırsa, sahibkarın mənfəət norması aşağı düşür, rentabelli işləyə bilmir. Sahibkar da belə olduğu təqdirdə qiyməti qaldırmağa məcburdu.
Hesab edirəm ki, avtobuslarda qiymət artımı 10 qəpik artırılmaqla, bu məbləğ 40 qəpik olacaq. Bu hal kompensasiya olmasa, Tarif şurası qiymət artımına gələn xərcləri qarşılaya bilməsə, qeyd etdiyim kimi qiymət artımı gözləniləcək".
Şəlala Babayeva