Günün xəbəri / Xəbəriniz olsun!

Ərəb ölkəsində içkiyə və nikahdankənar yaşamağa icazə verildi

Banu. | 9-11-2020, 10:42
513 0
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) spirtli içki içmək, intihara cəhd etməklə bağlı cəzaları ləğv edib və qanunda evlənməmiş cütlüklərin birlikdə yaşamasına icazə verən dəyişiklikləri qəbul edib.
Bu barədə “RİA Novosti” xəbər yayıb. 
Bildirilir ki, dəyişikliklərin təsdiqlənməsindən sonra sözügedən ərəb ölkəsində yaşları 21-dən yuxarı olanlar artıq istər xüsusi, istərsə də ictimai yerlərdə spirtli içki qəbul edə bilərlər. Bundan əvvəl yalnız müsəlman olmayan turistlərin və xarici vətəndaşların (yaşları 21-dən yuxarı) bu icazəsi var idi.
Dəyişikliklər intihara cəhd üçün cinayət təqibini ləğv edir və subay cütlüklərin birlikdə yaşamasına imkan verir.
Bundan əlavə, ölkədə qadına sataşma cəzaları sərtləşdiriləcək.