Günün xəbəri / Reklam

“Balaca qızı qətlə yetirmiş canini sülh danışıqlarına çağırmağın nə mənası var?” - Ukraynalı ekspert

Banu. | 3-11-2020, 15:05
570 0
"Hazırda geosiyasi vəziyyət tamamilə Bakının xeyrinədir. Azərbaycanın parlaq hərbi taktika və strategiyası xalqı tam və qəti qələbəyə doğru aparır".
Azadqadin.az xəbər verir ki, bunu Ukrayna Politoloqlar Assosiasiyasının eksperti Rinat Kovbasyuk söyləyib.
O qeyd edib ki, Azərbaycan Ordusu sürətlə modernləşir, ordunun şəxsi heyətinin döyüş ruhu çox yüksəkdir, Azərbaycan xalqı həmişəkindən daha sıx birləşib, buna görə qələbə yaxındır.
R.Kovbasyuk daha sonra deyib: “Azərbaycan şəhərlərinin dinc sakinlərinin atəşə tutulması bütün beynəlxalq konvensiyaların hiddətləndirici şəkildə pozulmasıdır. Həlak olanlar arasında uşaqların və yaşlı insanların olması şok doğurur. Belə dəhşətli insidentlər cəzasız qalmamalıdır, erməni işğalçılar buna görə cavab verməlidirlər. Əlbəttə, bu mürəkkəb məsələnin bir hissəsini müzəffər Azərbaycan Ordusu görəcək, lakin beynəlxalq birlik dərhal bu məsələyə münasibət bildirməlidir. O, Ermənistan hakimiyyət orqanlarının cinayətkar əməllərini sadəcə pisləməklə kifayətlənməyib, konkret tədbirlər görməlidir ki, cinayətkarlar cəzalandırılsın. Axı yaxın günlərdə sənin balaca qızını qətlə yetirmiş canini sülh danışıqlarına çağırmağın nə mənası var?! Mən əslində, heç nəyi həll etməyən növbəti qətnamələr qəbul etməklə kifayətlənən, bununla da Ermənistanın cinayətkar fəaliyyətini davam etdirməsinə şərait yaradan insanların üzünü görmək, onların gözlərinin içinə baxmaq istərdim”.
Ukraynalı ekspertin fikrincə, indiki məqamda Azərbaycan xalqı daha sıx birləşməli, başa düşməlidir ki, erməni işğalçıların Azərbaycan əhalisi arasında panika yaratmaq üçün göstərdiyi bütün iyrənc cəhdlərin məqsədi Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatlarından diqqəti yayındırmaq, ölkədə ictimai-siyasi sabitliyi pozmaqdır.
R.Kolbasyuk deyib: “Lakin ermənilərin belə cəhdləri nəinki baş tutmayıb, əksinə, Azərbaycan xalqını daha sıx birləşdirib və Ermənistanın bu cür mənfur əməlləri azərbaycanlıların öz ölkələrinin gələcəyinə inamını zəiflədə bilməz!” (Azərtac)