Günün xəbəri / Xəbəriniz olsun!

Azərbaycanın bu rayonunda kütləvi yoluxma qeydə alındı - Bazar bağlandı

Banu. | 18-09-2020, 09:17
5 404 0
Şəkidə “Bazar” adlanan ərazidə koronavirus infeksiyasına kütləvi yoluxma faktı qeydə alınıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, həmin ərazidə 01.09.2020 tarixindən bu günə qədər götürülən test nümunələrinin 13-də koronovirus testi pozitiv olub. Hazırda məsələ ilə bağlı araşdırma aparılır:
“Epidemioloji vəziyyət barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Şəkidə epidemioloji vəziyyətin stabilləşdirilməsi istiqamətində profilaktik və əksepidemik işlər aparılır.
Mövcud vəziyyətdə infeksiya ocağının bazar olduğu nəzərə alınaraq, yaxın günlərdə profilaktik dezinfeksiya işlərinin aparılması məqsədilə bazarın müvəqqəti bağlanması məsələsinə baxıla bilər”.

***
Nazirlər Kabineti yanında Operativ Qərargah Şəkidə “Bazar” adlanan ərazidə koronavirus infeksiyasına kütləvi yoluxma faktı ilə bağlı məlumat yayıb.
Qərargahdan bildirilib ki, mövcud vəziyyətdə infeksiya ocağının bazar olduğu nəzərə alınaraq, yaxın günlərdə profilaktik dezinfeksiya işləri məqsədilə, Operativ Qərargah tərəfindən bazarın müvəqqəti bağlanması qərarı verilib.
Qeyd edək ki, həmin ərazidə sentyabrın 1-dən bu günə qədər götürülən test nümunələrinin 13-də koronovirus testi pozitiv olub.Yenicag.az