Günün xəbəri / Xəbəriniz olsun!

Azərbaycanda koronavirusla bağlı ŞAD XƏBƏR: Yoluxma iki rəqəmliyə endi, ölüm isə...

Banu. | 9-08-2020, 14:27
4 336 0
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 87 yeni yoluxma faktı qeydə alınıb, 308 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzadQadin.az-a  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 33568 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 30364 nəfər müalicə olunaraq sağalıb, 490 nəfər vəfat edib, aktiv xəstə sayı 2714 nəfərdir.