Günün xəbəri / Xəbəriniz olsun!

Rayonlara gediş-gəliş BU TARİXDƏ açıla bilər, kafe və restoranlar isə daha... - RƏSMİ

Banu. | 8-08-2020, 11:52
5 065 0
"Bir həftə sonra, ayın 17-si ərəfəsində açıq havada kafe və restoranların fəaliyyətə başlaması müzakirə edilir. Ondan bir həftə sonra rayonlara gediş-gəlişin bərpa edilməsi istiqamətində addımlar nəzərdə tutulur".
Bunu Operativ Qərargahın brifininqdə Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.
O bildirib ki, epidemioloji vəziyyətlə bağlı bir dəyişiklik olmazsa rayonlara gediş-gəliş bərpa ediləcək:
"Amma bütün bu yumşalmalara gedilməsi üçün bir şərt var, o da mövcud sanitar epidemioloji vəziyətə bağlıdır. Əgər epidemioloji nəzarəti saxlaya bilsək bu yumşalmamlara gedəciyik. Əks halda bu yumşalmalar gedilməyəcək".

Milli.Az