Günün xəbəri / Xəbəriniz olsun!

Azərbaycanda 19-20 iyunda sərt karantin rejimi tətbiq ediləcək – AÇIQLAMA

Banu. | 16-06-2020, 14:48
19 351 0
Bu həftə ərzində də sərt karantin rejiminin tətbiqi ilə bağlı qərar qəbul edilə bilər.

Həftənin 5-ci, 6-cı günləri sərt karantin rejimi tətbiq olunacağı gözlənilir.

Bu barədə ötən həftə Operativ Qərargahın brifinqində jurnalistlərə açıqlamasında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirmişdi. O, qeyd etmişdi ki, gələn həftə cümə və şənbə günü sərt karantin rejimi tətbiq olunacaq, bazar günü isə vətəndaşların istirahəti üçün saxlanılacaq.

Qeyd edək ki, əgər həftə sonu deyildiyi kimi cümə və şənbə günləri sərt karantin rejimi tətbiq olunacaqsa, bu barədə Operativ Qərargahın brifinqində ictimaiyyətə məlumat veriləcək.Qazet.az