Günün xəbəri / Xəbəriniz olsun!

Mehriban Əliyeva Ramazan bayramı münasibətilə xalqı təbrik etdi

Banu. | 24-05-2020, 08:29
130 0
Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edib.
Mehriban Əliyevanın "Instagram" səhifəsində edilən paylaşımda deyilir:
“Bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını müqəddəs Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Uca Tanrı etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin, bütün insanlara sağlamlıq və səadət, dünyamıza əmin-amanlıq və xoş günlər bəxş etsin!”Publika.az