Günün xəbəri / Xəbəriniz olsun!

Koronavirusa qalib gələn ilk ölkə məlum oldu

Banu. | 17-04-2020, 08:22
660 0

Qrenlandiya koronavirusa qalib gələn ilk ölkə olub.
Bu barədə “Worldometers.info” saytında məlumat verilib.
Belə ki, ölkədə COVID-19-a yoluxan 11 nəfərin hamısı sağalıb, ölən yoxdur.
Aprelin 14-dən adada koronavirusa yoluxma halı qeydə alınmayıb.
Ölkədə COVID-19 infeksiyasına ilk yoluxma martın 16-da qeydə alınıb. Virusun yayılması müddətində Qrenlandiyada 900 nəfər tibbi yoxlanışdan keçib.