Günün xəbəri / Xəbəriniz olsun!

İşsizlərin nəzərinə: 190 manatı almaq üçün bu qaydalardan istifadə edin

Banu. | 13-04-2020, 09:09
6 247 0
Bir daha işsizlərə veriləcək müavinətlər haqqında

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik ödəmələri alan şəxslərin siyahısını internet səhifəsində dərc etməli, imtina etdiklərinə isə səbəbini izah edən SMS göndərməlidir.

Dostlar, bu günlərdə sizin işsizlik müavinəti almaq üçün ünvanladığınız müraciətin taleyi barədə yazıram. Sizin ərizənizin qəbul olunmasını təsdiq edən SMS aldıqdan sonrakı günlər ərzində sizə yeni SMS gəlməlidir.
Bu SMS-də 2 cür məlumat ola bilər.
1. Hörmətli vətəndaş sizə 190 manat birdəfəlik ödəmə təyin edilmişdir. Zərmət olmazsa şəxsiyyət vəsiqənizlə
1.1. “Azərpoçt”un və ya
1.2. Beynəlxalq Bankın və ya
1.3. Kapital bankın sizə yaxın filialına yaxınlaşın.
SMS-lər fəqlidir, orda yuxarıda sadalananlardan birinin adı qeyd olunmaldıır.
2. Hörmətli vətəndaş aidyyatı qurumların informasiya ehtiyatlarına sorğular göndərilmiş və bu səbəbdən imtina edilmişdir.
Əgər bu cavablardan heç birini almamısınızsa onda
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 142 nömrəli - "Qaynar xətt"inə zəng edin, dəqiqləşdirin.
İndiyədək e-sosial.az saytına müraciət etməyənlər və müraciəti hansısa səbəbdən qəbul olunmayanlar bu həftə ərzində təkrar müraciət etməyi unutmasınıar.
Əlavə məlumat üçün qeyd edim ki, ƏƏSMN tərəfindən təqdim olunan siyahıya əsasən birdəfəlik ödəmələri poçt şöbələrinə köçürülən vətəndaşların məlumatları “azerpost.az” portalında yerləşdirilir. Portalın əsas səhifəsindəki müvafiq bölmədə şəxsiyyət vəsiqəsinin seriyasını və ya PİN kodu daxil etməklə məlumat almaq mümkündür.
Qeyd edim ki, SMS -lər siz müraciət edərkən qeyd etdiyiniz telefon nömrəsinə göndərilir. Yalnız təsdiq mesajınızı alandan sonra işsiz şəxslər evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, SMS-də “Azərpoçt” qeyd edilibsə, istənilən poçt şöbəsinə, Beynəlxalq Bank və ya Kapital bank qeyd edilibsə, istənilən bank filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edib vəsaitlərini ala bilərlər.

Qubad İbadoğlu

İqtisadçı