Günün xəbəri / Sağlam ol!

Tədris ili uzadılacaqmı? Təhsil Nazirliyindən CAVAB

Banu. | 5-03-2020, 07:54
1 591 0
Koronavirusa görə Nazirlər Kabineti tərəfindən təhsil müəssisələrində dərslərin bir həftəlik dayandırılması boş qalan günlərin dərs proqramının şagirdlərə nə vaxt keçiləcəyi barədə suallar yaradıb.
Təhsil nazirinin müavini İdris İsayev bildirib ki, koronavirus infeksiyası ilə bağlı ölkənin ali və orta ümumtəhsil ocaqlarında dərslərin bir həftəlik təxirə salınması kompensasiya olunacaq. O, qeyd edib ki, kompensasiya dərs ilinin uzadılmasının hesabına yox, əlavə dərs saatlarının salınması hesabına həyata keçiriləcək.
Nazir müavini, həmçinin hazırda dərslərə verilən fasilənin müddətinin uzadılıb-uzadılmayacağından da danışıb. O bildirib ki, vəziyyətdən asılı olaraq məsələ ilə bağlı qərar veriləcək: "Nazirlər Kabineti tərəfindən Qərargah yaradılıb. Proseslər izlənilir. Nəticədən asılı olaraq müvafiq qərar qəbul ediləcək. Bugünkü tarixə kimi müddətin uzadılması ilə bağlı fikirlər mövcud deyil". (sputnik.az)