Günün xəbəri / Məktub var!

"Gəlinimiz qardaşıma evli kişi ilə xəyanət edir, nə edim?"

Banu. | 26-12-2019, 18:00
2 447 0

Son zamanlar xəyanətlər, erkən nigah, boşanma halları, qadınların şiddətə məruz qalmasını nəzərə alaraq “MƏKTUB VAR” rubrikasına oxucularımızın çoxsaylı xahişlərini nəzərə alaraq, yenidən davam edirik. Sayta ünvanlanmış növbəti məktubu sizə təqdim edirik:  

Mənim qaradaşımın yoldaşı, yani gəlinimiz bir başqa kişi ilə görüşür.
Qardaşıma xəyanət edir. İş orasındadırki, həmin adam da evlidir. Necə olduğunu soruşmayın, amma əlimdə faktlar var, gəlnimizin qardaşıma xəyanət etdiynə dair. İnternetdə yayılmasın diyə ətraflı yazmıram. Qısasın yazım. Gəlinmiz mənim notebookumdan facebookuna daxil olub həmin adamla yazışmışdı, sonra facebooktan çıxış vermiş, notebooku söndürmədən qapağın örtmüşdü. Tələsmişdi çünki otağa mən girdim, özünü itrib bu səhvi etmişdi.

Mən notebooku qapağın açdığım zaman aktiv oldu, google chormenə daxil oldum. Yazı gəldiki öncəki əməlyatları geri qaytarmaq istəyirsiniz ? Mən də onayladım və gəlnimizin facebookuna daxil oldum. Demək natamam çıxmışdı facebooktan, ya da çıxmağı unutmuşdu.
Nə isə... Orda gəlnimizin bir kişi ilə yazışmasını gördüm. Necə deyim bilmirəm, gözüm qaraldı.

Eşq dolu yazışmalar, hətta intim mövzular... Çox pis oldum, günlərnən yuxusuz qaldım, amma bu sirri açıb evdə kimsəyə demədim. Qardaşımın ailəsinin dağılmasını istəmədim, susdum.

Amma keçən gün qonşumuz xəbər gətirdi ki, bir qız səninlə danışmaq istəyir. Çox vacibdir. Nə isə həmin qızla telfonda danışıb, Nərmanov metrosunun yanında görüşdük. O qız mənə dedi ki, mənim qohumum olan qızın əri sənin qardaşının arvadı ilə görüşür. O kişi hər gün evində qırğın dava edir, arvadın döyür, söyür, uşaqları qorxu içində yaşayır. Sondan bildik ki, bəs bu kişi bir başqa qadınla görüşür. Araşdırdıq, o həmin qadın sənin qardaşının arvadıdır. Qadına xəbər göndərdik, ailəsinə dedik, amma gəlininiz qohumumun ərindən əl çəkmir.

İş ondadır ki, bu  kişi də gəlninizdən əl çəkmir. Qız dedi ki, əgər qardaşının arvadının qohumumun ərindən ayırmasanız, bu dəfə qardaşının özünə deyəcəyik. Çox pis hadislər olacaq, istəmirik bayramınız qara gəlsin, bayram bitənə qədər gəlninizi bizim qohumdan ayırın. İnanın mənə  başımdan qaynar su tökdülər elə bil...

Həmin qıza lazımı cavabı verdim, amma haqlıydı, axı başşqa nə edə bilərdim ki ?!

İndi bu mövzunu evdə aça bilmirəm, qardaşımın ailəsinin dağılmasını istəmirəm, dava qırğın istəmirəm. Həm bilsəniz necə  bir birlərin sevərək  q evlənmişdilər. Gözündən gəlsin onun üçün etdiklərimiz.

Mənə deyin, mən necə edim? Nə deyim? Kimə deyim? Fikirdən- xəyaldan yuxularım qaçıb. O kişi də evlidir iki uşağı var, qardaşımın da bir qızı var. Gəlnimiz necə baxır, o balaca qızının gözlərinə anlaya bilmirəm. Elə sevirdilər ki, qardaşımla bir birlərini. Sevən necə xəyanət edər axı sevdiynə, necə bir dünyadır biz yaşayırıq ?! Uzun yazdım baışlayın, amma mənə verə biləcəyniz hər məsləhətə ehtiyacım var.