Günün xəbəri / Qadın və problemlər

Elçin Əlibəylini döydüyü deyilən həyat yoldaşından - Nəhayət AÇIQLAMA verdi

Banu. | 19-11-2019, 17:17
705 0

Məşhur aparıcı Elçin Əlibəylinin həyat yoldaşı tərəfindən döyüldüyü haqda xəbər yayılıb. 
 
AzadQadin.az-ın məlumatına görə, AZXEBER.COM məsələ ilə bağlı aparıcının həyat yoldaşı Dilrubə Vaqifzadəylə əlaqə saxlayıb. O deyilənləri təkzib edib:
 
"Son günlər Elçin haqda qarayaxma kampaniyası aparılır. Bu da daha bir qara piardır. Bir müddət əvvəl xəbər yayıldı ki, verilişdən uzaqlaşdırılıb. Hazırda Elçin verilişin çəkilişindədir. Bu kimi söz-söhbətlər ailəmizdə problemlər yaratmır. Çünki biz bir-birimizi tanıyırıq. Mən Elçini döyməmişəm." 
 
Elçin Əlibəyli özü də məsələylə bağlı açıqlama verib. Xəbər saytları mənə qarşı kampaniyaya başlayıblar. Bir-birinin ardınca yalan, sifarişli xəbərlər qoyurlar. Bütün yazılanlar yalandır və mətbuatın bu iyrəncliyinə etiraz olaraq ölkəni birdəfəlik tərk edirəm, təki dincəlsinlər. 

Qeyd edək ki, oxu.az saytı Elçin Əlibəylinin həyat yoldaşı tərəfindən döyüldüyü haqda xəbər yayıb.