Günün xəbəri / Xəbəriniz olsun!

Bir şagirdi məktəbə göndərmək üçün ən azı 200 manat lazımdır

Banu. | 19-08-2019, 16:31
359 0

“Azərbaycanda məktəblilər üçün təşkil olunan yarmarka və digər yerlərdə satılan məktəb ləvazimatları arasında 3 il ərzində apardığımız araşdırma göstərir ki, post sovet ölkələri arasında ən bahalı dəftərxana malları Azərbaycandadır”.

Bu barədə açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov bildirib.
O, deyib ki, bizdə bir məktəbli üçün minimal dəst təxminən 70 manata başa gəlir: “Halbuki oxşar dəsti Moldovada 35 manata, Qırğızıstanda 32 manata, Qazaxıstanda 27 manata, Rusiyada isə 19 manata almaq olar. Ən ucuz dəftərxana dəsti Ermənistan və Belorusdadır. Ermənistan məktəblisi dəftərxana malları üçün ən azı 16 manat ödəməlidir. Dəftər, qələm və karandaşın ən ucuz olduğu ölkə Belorusdur. Belorus məktəblisinin minimal xərci 12 manat təşkil edir. Ümumilikdə götürdükdə Ermənistan və Gürcüstan istisna olmaqla post sovet ölkələrində dəftərxana malları orta hesabla 5-10 faiz bahalaşıb”.Ekspert deyib ki, Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin əksəriyyətində vahid məktəbli geyimi tətbiq edilir: “Azərbaycanda 2012-ci ildən ildən məktəbli geyiminə keçilib. Məktəbli geyimlərinin alınması üçün rusiyalı valideynlər daha çox xərcə düşürlər. Rusiyada məktəbli geyiminin bir dəsti təxminən 130 manata başa gəlir. Qazaxıstanda bunun üçün 82 manat, Azərbaycanda isə 80 manat ödənilməlidir. Ukrayna da bu geyimləri 41 manata, Belorusda 39 manata almaq olar. Yaxın qonşularımızda vəziyyət nisbətən yaxşıdır. Ermənistanda şagird geyimi 40 manatadır. Gürcüstanda isə məktəbli geyimləri 20 manat təşkil edir”.
Ekspert deyib ki, dərsliklər hər il məktəblilərin baş ağrısına çevrilir: “Azərbaycan və Qazaxıstanda dərsliklər pulsuz paylanacaq. Belə ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2004-cü ildə imzaladığı sərəncama əsasən bütün şagirdlər pulsuz olaraq dərsliklə təmin olunurlar. Ermənistanda dərslikdən istifadəyə görə ödəniş nəzərdə tutulub. Bir kitabın illik icarə haqqı təxminən 82 qəpiyə başa gəlir. Moldovada ibtidai siniflər üçün pulsuz olan dərsliklər yuxarı sinif şagirlərə pulla verilir. Qırgızıstanda kitabdan istifadəyə görə ödəniş haqqı ləğv edilib. Qırgız şagirdi indi çatışmayan hər dərslik üçün təxminən 3 manat ödəməli olur. Gürcüstanda bir dərslik 4 manata, Rusiyadaisə 5,5 manata satılır.
Azərbaycan valideyni ora məktəbə övladını yola salmaq üçün, azı 80 manata məktəbli forması, 40 manata çanta, 40 manata ayaqqabı almalıdır. Bunlardan əlavə dəftər, qələm və digər vacib olan ləvazimatlar almalıdır ki, bu da hər bir valideynin tədris ilinin əvvəlində azı 200 manat xərc çəkməsi ilə nəticələnəcək. Bu xərclərin azaldılması üçün vahid yarmarkalar yaradılmalı və qiymətlərə ciddi şəkildə nəzarət olunmalıdır”.
bizimyol.info


BU XƏBƏRLƏRİ MÜTLƏQ OXUYUN:

Aparıcı Çiçək görün kimin qızı imiş...Tanınmış müğəninin...

Sinəsini dikləşdirmək istəyən evli qadını həkim narkozdaykən zorladı - FOTO

ƏSİL TAPINTI: Yaşıl bibər dərinizdəki hər növ ləkələri yox edr

Zobunuzun olub olmadıgını özünüz yoxlayın! Bunun üçün sizə hər evdə olan termometr kifayətdir...

Bədənin ən mistik orqanı- Göbəyin forması keçmişdən, gələcəkdən, xarakterdən, hətta ölümdən danışır!