Günün xəbəri / Kriminal

Ərlə arvadın intiharının təfərrüatı məlum oldu

Banu. | 20-02-2019, 09:00
1 267 0

 Qubada ərlə arvadın intihar etməsi ilə bağlı xəbərlər yayılmışdı. Belə ki, ötən il dekabrın 29-da intihar edən Susayqışlaq kənd sakini Səməd Bədirxanovdan beş gün sonra həyat yoldaşı Bədirxanova Ceyran Kamal qızı da canına qəsd edib. O, özünü yaşadığı evin həyətindəki tövlədən asıb.
Məsələnin təfərrüatı ilə bağlı Open.az-a danışan kənd sakinləri bildirib ki, ailə ziyalı ailədir.
Sakinlərin sözlərinə görə, Səməd Bədirxanov içki aludəçisi olub:
“İçki içməyinə baxmayaraq, çox yaxşı insan idi. Qardaşı uzun illər bələdiyyə sədri olub. Hörmətli ailədirlər. Lakin Səməd müəllim içəndən sonra şizofren vəziyyətində etdiklərinə nəzarət edə bilmirdi.
Bəzən içib başqa yerlərdə yatıb qalırdı, gedib evinə gətirirdilər. Həmin vəziyyətdə ağzının danışığını da bilmirdi. Amma kiməsə söz atsın, ailəsinə və ya başqalarına qarşı şiddət göstərsin, belə şeyləri yox idi. Elə hadisə baş verən günü də içkili olub. Evdəkilər onu intihar edəndən sonra görüblər.
Niyə edib, hansı vəziyyətdə edib məlum deyil. Həyat yoldaşı da ondan beş gün sonra intihar edib. Səbəblərini prokurorluq araşdırır. Meyiti ekspertiza ediblər. Xəbərlərdə ailənin problemlərinin olduğunu deyiblər. Əslində, ailənin heç bir sosial problemi olmayıb.
Dolanışıqları yaxşı olub”.Oxu.Az

Bu xəbərləri də oxuyun:

20 qəpiklik ərzaqla 20 yaş cavan göründü- Kosmetoloqlar ŞOKDA

Əri, sevgilisi şorgöz olan xanımlara: Bu hiylələrlə onları ideal kişiyə çevirəcəksiniz

Duzu zeytun yağı ilə qarışdır, bel ağrılarından 5 illik azad ol!

"Toy gecəsi" gənc qadına Bakıda son arzusuna çatmağa kömək etdi - FOTO

“Ərim mənimlə fahişə kimi davranırdı” - ŞOK TƏFƏRRÜAT

Axtarış rekordu qıran qırışları, ləkələri, slzanaqları, qızartıları yox edən Çin maskası-FOTO