Günün xəbəri / Xəbəriniz olsun! / Manşet

Larisa "Vicdan haqqı" serialından ayrıldı

Banu. | 28-12-2017, 14:32
766 0

ATV-də aparıcı Zaur Baxşəliyevin təqdimatında yayımlanan "Bizimləsən" verilişinə qonaq olan aktrisa Çimnaz Sultanova maraqlı açıqlamalar verib.

Aktrisa verilişdə anasını analıqdan məhrum etmək istəyən Oktaya bunları deyib:

“Mənim də sənin yaşında bir oğlum var. Ölərəm, əgər oğlum mənə səninlə qalmaq istəmirəm desə ölərəm. Buna dözə bilməzdim. Şəxsi həyatımdan heç vaxt danışmamışam, qapalı həyat tərzi sürürəm, amma bilirəm ki, bu, necə çətindir. Əziz xanımlar, Allahdan istəyirəm ki, heç bir qadın başsız qalmasın. Deyirlər ki, cənnət bizim - analarımızın ayaqları altındadır. Bilirəm ki, anam da indi məni izləyir. Fürsətdən istifadə edib anama demək istəyirəm ki, ana, bağışla məni. Hər birimiz səhv edirik. Bu dünyada anadan müqəddəs heç nə yoxdur. İnan mənə, səni bu dünyada ana qədər heç kəs sevməyəcək".


Verilişin sonunda isə Çimnaz Sultanova “Vicdan haqqı” serialından uzaqlaşdığını bildirib:

"Bu gün bura Çimnaz kimi deyil, Larisa kimi gəlmişəm. Sizinlə vidalaşıram. Artıq "Vicdan haqqı"ndan gedirəm. 2 il, 3 mövsüm əlimdən gələni elədim ki, bu obraza hər kəs nifrət eləsin və bu məndə alındı. Hamı deyirdi ki, elə yaxşı oynayıram ki, yəqin həyatda da belə insanam. Amma inandırım sizi ki, 2 il çox əzab çəkdim, stress keçirdim. Mənim üçün bu obrazı canlandırmaq çox çətin idi".baku.ws

info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.