Günün xəbəri / Kriminal / Manşet

Azərbaycanda DƏHŞƏT: Kişi arvadını və övladlarını yatan yerdə... (TƏFƏRRÜAT-YENİLƏNİB)

Banu. | 24-07-2017, 18:32
605 0

Azadqadin.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Hacalı kəndi ərazisində baş verib.
Belə ki, həmin kəndin sakini 1968-ci il təvəllüdlü Saday Əliyev ailə münaqişəsi zəminində həyat yoldaşı 1973-cü il təvəllüdlü Gülbəniz Əliyevanı ağır çəkiclə vuraraq öldürüb. Daha sonra iki övladına ağır xəsarət yetirən S.Əliyev özünü də öldürüb.
Onun övladları 18 yaşlı Məleykə Əliyeva və 14 yaşlı Murad Əliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağırdır.
10:35
Bərdə rayonunda dəhşətli qətl hadisəsi baş verib.
Rayon sakini 1968-ci il təvəllüdlü Saday Əliyev arvadı və iki övladını yatan yerdə ağır çəkiclə ("kvalt”) vurub.
Nəticədə S.Əliyevin arvadı 1973-cü il təvəllüdlü Gülbəniz Əliyeva ölüb. Onun övladları 18 yaşlı Məleykə Əliyeva və 14 yaşlı Murad Əliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.

info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.