Günün xəbəri / Hüququnu bil! / Manşet

Məişət zorakılığına məruz qaldıqda nə etmək lazımdır?QAYDASI, İZAHI, ÜNVAN, EMAİL, TELEFON NÖMRƏLƏRİ, SAYTLARIN LİNGLƏRİ XƏBƏRDƏ!

Banu. | 12-06-2017, 16:16
787 0
Məişət zorakılığına məruz qaldıqda nə etmək lazımdır? QAYDASI, İZAHI, ÜNVAN, EMAİL, TELEFON NÖMRƏLƏRİ, SAYTLARIN LİNGLƏRİ XƏBƏRDƏ!

Məişət zorakılığına məruz qaldıqda nə etmək lazımdır?

Məişət zorakılığı dedikdə ailədaxili zorakılıq başa düşülür. Məişət zəminində gücə sahib olan şəxs yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə edərək, digər şəxsə qarşı alçaldıcı və zorakı davranış nümayiş etdirir. Bunlar fiziki, psixoloji, seksual, iqtisadi zorakılıq formasında ola bilər. Daha çox hallarda zorakılıqlar kişilər tərəfindən hazırlanır və subyekt qadınlar olur.

Məişət zorakılığına məruz qaldıqda nə etməli?

• Zərəçəkənə qarşı hər hansı fiziki zorakılıq olmuşdursa, bədəndəki xəsarətlərin müayinəsi üçün öz təşəbbüsü ilə yaşadığı yer üzrə tibbi məntəqələrə və ya təcili tibbi yardıma müraciət edə və müvafiq tibbi arayış əldə edə bilər. Həmin tibbi arayış isə müraciət ediləcək müvafiq orqanlara təqdim olunur.

Fiziki zorakılıq dedikdə məişət zəminində şəxslərin birinin digərinə qəsdən fiziki təzyiq göstərməsi, yəni zor tətbiq etməklə təhlükəsizliyini pozması, döyməsi, sağlamlığına zərər vurması, işgəncə verməsi başa düşülür.

• Ərazi üzrəyaxınlıqdakı polis idarələrinə yazılı ərizə ilə və yaxud şifahi şəkildə müraciət etmək lazımdır. Şifahi şəkildə edilmiş şikayət polis əməkdaşı tərəfindən aktlaşdırılır.

Ərizədə aşağıdakı məlumatlar göstərilməlidir:

• Müraciət olunan orqanın adı;

• Müraciət edənin adı, soyadı, atasının adı və ünvanı;

• Zorakılığın baş verdiyi yer və vaxt;

• Zorakılığı törətmiş yol vermiş şəxsin adı;

• Zoraklığın hərtərəfli təsviri (hadisə kim tərəfindən, necə, hansı formada baş verib)

• Ərizəçinin tələbi

Ərizədə tarix göstərilməlidir və imzalanmalıdır.

• Ərazi üzrə prokurorluq orqanlarına yazılı müraciət etmək lazımdır.

• Zərərçəkənə qarşı hər hansı fiziki zorakılıq olmuşdursa və zərərçəkən öz təşəbbüsü ilə tibbi ekspertizadan keçməmişdirsə, işi aparan təhqiqatının təşəbbüsü ilə məhkəmə ekspertizasından keçirilir.


• Ərazi üzrə məhkəmələrə müraciət etmək lazımdır.

Məişət zorakılığına məruz qalan şəxslərə dövlət vəsaiti hesabına tibbi yardım, hüquqi yardım, psixoloji yardım göstərilə bilər və zərərçəkənlər qadın sığınacaqlarında yerləşdirilə bilərlər.

Həmçinin ailede münasibətlər zorakılıq həddinə çatmayıbsa və ya artıq baş veribsə psixoloji, hüquqi yardım və sığınacaq almaq üçün

• Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə online müraciət edə bilərlər.

http://scfwca.gov.az/?p=17709

• "Təmiz Dünya" Qadınlara yardım İctimai Birliyinə müraciət edə bilərlər.

Əlaqə: (012) 5113415, 4971058, (050, 055) 3143515

Email:tamizdunyasu@gmail.com

http://gozetci.az/article/index/7393



info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.